Həftəsonu və bayram günlərində qəzaların artmasının səbəbi nədir?
10.07.2023 [12:01]
M.BAYRAMLI
Həftəsonu Azərbaycanda yol qəzalarında 8 nəfər həlak olub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, iyulun 8-9-da respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 8 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.
Nazirliyin daha öncə yaydığı məlumata görə, 26-30 iyun tarixlərində - bayram günlərində isə respublika ərazisində 11 yol qəzası baş verib, nəticədə 12 nəfər həyatını itirib.
Görəsən, həftəsonu və bayram günlərində yol qəzalarının çox olmasının və statistikanın durmadan artmasının səbəbi nədir?
Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli yeniazerbaycan.com-a açıqlamasında qəzaların artmasını müxtəlif səbəblərlə əlaqələndirib. Onun sözlərinə görə, xüsusilə də Bakı-Quba, Bakı-Qazax, Bakı-Qəbələ istiqamətlərində qəzaların sayı daha çox olur: “Statistikaya nəzər salsaq, görərik ki, dünyada qəzalar daha çox həftəsonlarına və bayram günlərinə təsadüf edir. Aydın məsələdir ki, insanlar həftəsonu istirahətə maraq göstərirlər. Bu zaman özünə nəzarəti itirirlər, spirtli içkilər qəbul edirlər. Eləcə də səfərdən dönərkən ailələr təcrübəsi olmayan övladlarının nəqliyyat vasitəsindən istifadə etməsinə icazə verirlər. Bu da nəticədə qəzaların artmasına gətirib çıxarır.
Ekspertin sözlərinə görə, aidiyyəti qurumlar tərəfindən dəfələrlə sürücülərə ehtiyatlı olmaları ilə bağlı çağırışlar edilib. Lakin yenə də qaydalara yetərincə əməl edilmir: “Bəzi məsuliyyətsiz sürücülər özləri ilə birlikdə digərlərinin də həyatına təhlükəyə atırlar. Bu mənada maarifləndirici tədbirlər görülməli, insanlarla çağırışlar edilməlidir”.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

