Sosial media “doktor”ları...
27.07.2023 [11:55]
Diplom əvəzinə reklam
Sosial şəbəkələr gündəlik həyatımızın bir parçasıdır. Təbii olaraq hər bir istifadəçi internetdən öz maraqlarına uyğun yararlanır. Kimisi işlə, kimisi özünüreklamla bağlı, kimisi də sadəcə vaxt “öldürmək” üçün...
Son vaxtlar sosial şəbəkələrdə həkim reklamlarının sayı artıb. Xüsusilə də Feysbukda bəziləri adlarının qarşısına “Dr” yazaraq özlərini “həkim” kimi təqdim edirlər. Məsələnin dərinliyinə gedəndə isə bəlli olur ki, həmin şəxslər heç tibb texnikumunu belə bitirməyiblər. Təbii ki, bu “həkim”lər onlara müraciət edənlər üzərindən apardığı reklam kampaniyaları ilə daha çox pasiyent cəlb etməyə çalışırlar. Ancaq cəmi 6 aylıq, uzağı 1 illik kurslara gedib sertifikat əldə etməklə həkim adını qazanmaq absurd, yanlış, bir o qədər də təhlükəli durumdur. Çünki söhbət insan həyatından gedir. Təsadüfi deyil ki, çoxsaylı insan sosial şəbəkə üzərindən tanıdığı “doktor”lara müraciət etdikdən sonra ciddi sağlamlıq problemilə üzləşiblər.
Qəribəsi odur ki, anatomiyanı bilməyən, müxtəlif yollarla sertifikatlar alan, dərin savada malik olmayan “həkim”lərin qəbuluna getsəniz, düşə bilməyəcəksiniz. Bu gün insanlarda sanki falçılıq təfəkkürü var. Sosial şəbəkələr, televiziyalar, radiolarda həmin “həkimlər”in reklamı gedir. Efirlərdə elə həkimlər reklam olunur ki, adam baxmağa utanır: “Bir nömrəli həkim”, “Dünyada analoqu olmayan doktor”. Təqdimatın özü belə gülüş doğurur. Amma bu cür reklam işbaz həkimlərin xeyrinə işləyir.
Təbabətin “ulduzları” yetişir
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən psixoloq Aynur Ələkbərova bildirib ki, bu gün sosial şəbəkələr, bəzi TV verilişləri insanların beyninə asanlıqla təsir göstərir. Onun sözlərinə görə, bəzi “həkim”lərın özünü sosial mediada reklam etməsinin əsasında korporativ maraqlar dayanır: “Təəssüf ki, insanlar buna inanır və reklamlara uyurlar. Sosial şəbəkələrdə hər gün bir “həkim” reklamı qarşımıza çıxır. Reklam olunan da ona etimad edənlərin üzərində eksperiment apara-apara “həkim”ə çevrilir və olur “təbabətin ulduz”u. Bu gün kifayət qədər “təbabət ulduzları” yetişir. Əsl həkim bunu özünə rəva görməz”.
Qadağan olunmalıdır!
Psixoloqun qənaətincə, həkimlərin, dərmanların, tibb müəssisələrinin reklamı tamamilə qadağan olunmalıdır: “Hansısa həkim çıxıb deyir ki, “bu mənim öz müalicə üsulumdur”. Lakin bu doğru yanaşma deyil. 20 ildən çoxdur ki, Amerikada robot cərrahlığı tətbiq olunur. Həkim otaqda oturur, əməliyyatı robot icra edir. Bizdə heç robot yoxdur. Utanmaq lazımdır. Bütün bunların hamısı cəmiyyətə hesablanan reklamlardır ki, bu sahədə xeyli uğur əldə edirlər”.
Həkimlik başdan-ayağa kommersiyaya çevrilib
Sosioloq Sahib Altayın fikrincə, heç bir halda sosial şəbəkələrdəki “doktor”ların paylaşımlarını, yaxud da onların efirə çıxmasını reklama çevirməməliyik: “Əlbəttə özlərinə “həkim” deyən şəxslər maraqlıdırlar ki, çıxıb efirdə danışsınlar və yaxud Feysbuk, İnstaqram kimi sosial şəbəkələrdə özlərini reklam etsinlər. Bu zaman onların müştəriləri də artır. Yəni birbaşa kommersiya maraqlarını güdürlər. Cəmiyyətdə xəstəlik kifayət qədər çoxdur, insanlar baxa bilər və həmin “həkim”lər müştəri qazanar. Amma bütün bunlar heç bir halda vətəndaşı aldatmağa yönəlməli deyil”.
Sosioloq qeyd edib ki, başqa ölkələrdə həkimlər 40 yaşına kimi müstəqil müalicə hüququna malik olmurlar: “Amma bizdə baxırsan ki, cavan adamdı və tibb elmləri doktoru adını alıb. Həkimlik təcrübə ilə bağlıdır. Təkcə bilgi ilə bu işin öhdəsindən gəlmək olmaz. Bilgilərin isə hansı səviyyədə olması ayrı mövzudur. Çünki bizim bir çox həkimlər Türkiyəyə can atırlar ki, filan tibbi prosedurları mənimsəsin, çünki orada yaxşı pul var. Həkimlik başdan-ayağa bir kommersiyaya çevrilib. Bu halda televiziya belə nüanslara çox ciddi diqqət yetirməlidir. Tibb Universitetində bir xanım tanıyırdım ki, 35 yaşı yoxdur, amma tibb elmləri doktoru, professordur. Xaricdə belə halları ağıla gətirmək olmaz, çünki bu, mümkün deyil. Bütün bunlar sağlamlığımıza böyük təhlükədir. İnsanlar bilməlidir ki, həkimlik bəlli bir yaşdan sonra müstəqil fəaliyyət sahəsidir. Ona görə də həkimlərin özünü sosial şəbəkələrdə reklam etməsi cəmiyyətdə bu peşə ilə bağlı yanlış təsəvvür yaradır”.
Y.BAYRAMOVA
Xəbər lenti
Hamısına baxAnalitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31

