Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “WhatsApp”dan gələn mesajlara diqqət!

“WhatsApp”dan gələn mesajlara diqqət!

25.08.2023 [11:12]

Hesabınız ələ keçirilə bilər

Günel ABBAS

Son zamanlar “whatsApp” və digər tətbiqlərdə istifadəçilərin hesablarının kütləvi şəkildə ələ keçirilməsi halları müşahidə edilir. Elektron Təhlükəsizlik Xidməti vətəndaşları sosial şəbəkə, e-poçt, ani mesajlaşma tətbiqləri, eləcə də digər onlayn platformalardakı hesabları üçün ikimərhələli təsdiqləmə funksiyasını mütləq qaydada aktivləşdirməyə çağırır. Vətəndaşlar tərəfindən geniş istifadə olunan bəzi tətbiqlər üçün ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirməklə bağlı təlimatlarla bu linkə keçid edərək tanış olmaq mümkündür.

 “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasovun sözlərinə görə, problem beynəlxalq GSM operatorlarından birindəki boşluqdan qaynaqlanır: “Bir neçə həftədir ki, Azərbaycanda “whatsApp” profillərinin oğurlanması ilə bağlı ETX araşdırmalar aparır və onun nəticəsi göstərir ki, problem qlobal səviyyədədir. Belə ki, fırıldaqçılar beynəlxalq GSM operatorlarının sisteminə sızaraq “whatsApp” hesabının bir cihazdan başqasına köçürülməsi zamanı tələb edilən 6 rəqəmli OTP kodu ələ keçirə bilirlər. Çox güman ki, hansısa operatorda boşluq tapılıb, nəticədə Azərbaycandakı istifadəçilərə zərər vurulub. Yəni SMS kod gəlib Azərbaycanın mobil operatorunun istifadəçisinə çatmamış yolda oğurlanır. Deməli, bu problem sadəcə Azərbaycandadır demək doğru deyil. Demək olar ki, Azərbaycanla əlaqəsi yoxdur. Amma, təəssüf ki, “whatsApp” profillərinin kütləvi şəkildə oğurlanması Azərbaycanda da baş verir”.

Ekspert hesab edir ki, bu problemi Azərbaycan daxilində həll etmək real deyil: “Təəssüf ki, bu problemin qaynağı Azərbaycanda olmadığı üçün onun ölkəmizdə həlli real görünmür. Çünki “Meta”dan çıxan 6 rəqəmli OTP aktivləşdirmə kodu Azərbaycana çatmadan oğurlanır. Buna görə də ETX vətəndaşlara tövsiyə edir ki, ikili təsdiqləməni (“two-step verification”) aktivləşdirək. Sual oluna bilər ki, Bu bizə nə verəcək? Belə aktivləşmə olduğu halda “whatsApp” profilimiz oğurlansa da, oğurlayan şəxslər mesajlaşma proqramını açmayacaq. Çünki mesajı oxumağa cəhd etdikdə ikilik təhlükəsizlik kodu, yəni 6 rəqəmli şifrə soruşulacaq. Dələduzlar da bu kodu bilmədikləri üçün bizim oğurlanan “whatsApp” hesabımızdakı mesajlar onlar üçün əlçatan olmayacaq”.

Onun sözlərinə görə, indiyə qədər dünyada bu kimi kiberhücumların qarşısını almaq mümkün olmayıb: “Bu məsələ beynəlxalq miqyasda həll olunmalıdır və həlli istiqamətində işlər görülür. Bir daha qeyd edirəm ki, indiki halda ikili təsdiq kodunun aktivləşdirilməsi mütləqdir və bu, bizim təhlükəsizliyimiz üçün yeganə üsuldur. Nəzərinizə çatdırım ki, bu hallar əvvəlki illərdə baş verib və qısa bir müddətdə qarşısı alınıb. Amma bu dəfəki situasiya bir qədər fərqlidir və qlobal şəkildə həll edilməlidir. Hakerlər “whatsApp” hesablarının digər cihaza köçürülməsi üçün telefonlara random şəkildə sorğular göndərir və tələyə düşən istifadəçilərin hesabları oğurlanır. Yəni oğurlanan “whatsApp” profilləri xüsusi seçilmir, proses təsadüfi seçim əsasında baş verir. Oğurlanan profillərin geri qaytarılması üçün yeganə yol “whatsApp”ın özünün dəstək mərkəzinə yazmaqdır ki, belə müraciətlər də adətən 1 həftə ərzində cavablandırılır”.

İnformasiya texnologiyaları üzrə mütəxəssis Pərvin Əsədov isə qeyd edib ki, məsafədən kiminsə telefonuna müdaxilə edib, onun yazışmalarını əldə etmək mümkün deyil: “Proqramın yaradıcıları “WhatsApp” yeni xidmətlər əlavə edərkən bəzi funksiyaların istifadəsini nəzərə almayıb. Belə ki, proqramın veb versiyasının imkanları ilə başqa bir telefonun kodunu sistemə tanıdaraq həmin hesaba giriş etmək mümkündür. Veb versiyadan yalnız kompüterlər üçün istifadə edilsə də, mobil qurğular üçün də bunu tətbiq etmək olar. Xüsusi olaraq məhz bunun üçün hazırlanan bir proqram vasitəsi ilə başqasının “WhatsApp” hesabına bir neçə saniyədə daxil olmaq mümkündür”.

Paylaş:
Baxılıb: 646 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31