11 ayın Sultanı gəlir!
08.03.2024 [11:40]
Bu tarixdən Ramazan ayı başlayır...
Yeganə BAYRAMOVA
Dünən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının iclası keçirilib. Şeyxülislam Allahşükür Paşazadənin sədrliyi ilə keçən iclasda Ramazan ayı ilə bağlı Fətva qəbul edilib. Fətfaya görə, 2024-cü ildə Ramazan ayının ilk günü miladi təqvimlə mart ayının 11-nə təsadüf edir.
Məlumdur ki, Ramazan ayı İslam aləmində on bir ayın sultanı olaraq adlandırılır. Bunun səbəbi Ramazan ayında müsəlmanlar üçün iki mühüm dini hadisənin baş verməsidir. Həmin hadisələrdən biri İslam dininin müqəddəs kitabı “Qurani-Kərim”in Həzrəti Peyğəmbərimizə (s.a.v.) Ramazan ayının gecələrinin birində nazil olmağa başlamasıdır. Həmin gecə “Qədr” və ya “Əhyə” gecələridir, digəri isə müsəlman təqvimi ilə hicirinin 2-ci ilində (miladi təqvimi ilə 623-cü il) İslamın ibadətlərindən biri olan Orucun Allah-təala tərəfindən bütün müsəlmanlar üçün fərz buyurulmasıdır. Oruc ibadətinin Ramazan ayında fərz buyurulması səbəbilə bu ibadətin adı “Ramazan orucu” olaraq adlandırılır.
Əvəzsiz müalicə üsulu...
Oruc tutmaq orqanizmin sağlamlığı deməkdir. Bəzi xroniki xəstəliklər orucla müalicə edilir. Oruc, eyni zamanda, bağırsaq xəstəliklərinin dərmanı olduğu kimi, bəzi dəri xəstəliklərinin sağaldılması, mədənin müəyyən müddət ərzində istirahət etməsində də əvəzsiz müalicə üsuludur. Obez xəstələrinə oruc tutmaları xüsusilə tövsiyə edilir. Çünkin obez olan şəxslər Ramazanda oruc vasitəsiylə özlərinə yemək yemə mövzusunda nəzarət etmə fürsəti tapa bilərlər. İşi, sağlamlığı ilə bağlı qayğıları olmayan insanın oruc tutması mütləqdir.
Oruc tutmaq bu insanlar üçün risklidir...
Oruc bu gün də öz əhəmiyyətini qoruyur və aktuallığını itirməyib. Lakin Ramazan ayında oruc tutmaq bəzi insanlar üçün riskli hesab olunur. Məsələn, hamilələr, uşaq əmizdirən analar, şəkər xəstələri, ürək-damar sistemi ilə bağlı xəstəliyi olanlar, xroniki xəstəliklərdən əziyyət çəkənlər, ciddi psixoloji problemləri olanlar, yetkinlik yaşına çatmayan uşaqlar və kimyəvi terapiyaya müraciət edən xərçəng xəstələrinin oruc tutması məsləhət görülmür.
Həddi buluğa çatmayan uşaqların oruc tutması vacib deyil. Qızların 9 yaşından başlayaraq oruc tutmağa imkanı varsa, riayət edə bilərlər. Oğlanlara isə 15 yaşından etibarən sağlamlıqları, orqanizmi imkan verirsə, əməl etsinlər. Bu yaşdan kiçiklərə oruc vacib deyil.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

