“Milli Qəhrəmanlarımız” kitabının təqdimatı olub
15.04.2016 [10:02]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazirliyin dəstəyi ilə hazırlanaraq nəşr etdirilmiş, Azərbaycanın Milli Qəhrəmanlarının həyat və mübarizəsi haqqında sənədli materialları əhatə edən “Milli Qəhrəmanlarımız” kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbiri giriş sözü ilə açaraq, Vətənimizin ərazi bütövlüyü və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə böyük şücaət və igidlik göstərmiş Milli Qəhrəmanlarımıza daim hörmət və ehtiram, qayğıkeş münasibət göstərildiyini, şəhid olmuş Qəhrəmanlarımızın xatirəsinin yüksək tutularaq əbədiləşdirildiyini vurğulayıb: “Hələ ötən əsrin 90-cı illərindən Ümummilli liderimiz Heydər Əliyev bu sahədə ilk mühüm addımların atılmasını təmin edib. Habelə 1993-cü ilin dekabrında Ulu öndərin müvafiq Sərəncamı ilə milli qəhrəmanlara, onlardan həlak olanların ailələrınə yardım edilib. 1995-ci ilin iyununda milli qəhrəmanların, onların ailələrinin sosial vəziyyətlərinin yaxşılaşdırılması tədbirləri haqqında Sərəncam imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu istiqamətdə tədbirlər daha da gücləndirilib, milli qəhrəmanların, ümumən Vətənin müdafiəsində şəhid olmuş insanların xatirəsinin əbədiləşdirilməsi üçün mühüm işlər aparılıb. Eləcə də dövlət başçısının 14 iyul 2005-ci il tarixli Sərəncamı ilə milli qəhrəmanlarımıza, onlardan şəhid olmuş şəxslərin ailə üzvlərinə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün ödənilməsinə başlanılıb və ötən dövrdə bu təqaüd artırılaraq 1000 manata çatdırılıb”.
S.Müslümov ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olmuş insanların, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan siyasət barədə də məlumat verib.
Azərbaycan Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı kitabın ərsəyə gəlməsindən bəhs edib. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin son illərdə digər vətəndaş cəmiyyətləri ilə yanaşı, həmin təşkilatla da əməkdaşlığa önəm verməsindən razılıqla söz açıb.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri general-mayor Dadaş Rzayev bildirib ki, milli qəhrəmanlarımızın daha geniş şəkildə tanıdılması, onların həyat və qəhrəmanlığının təbliği bu gün Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunun yüksəldilməsində, ümumən hərbi-vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu sahədə aparılan işlərin, habelə “Milli Qəhrəmanlarımız” kitabının nəşrinə dəstək verilməsinin təqdirəlayiq və yaxşı bir nümunə olduğunu diqqətə çatdırıb.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli respublikamızın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə igidliklər göstərmiş milli qəhrəmanlarımıza diqqət və qayğı göstərilməsi, eyni zamanda şəhid qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsi sahəsində görülən işlər, müvafiq normativ-hüquqi aktlar barədə söz açıb. Komitə sədri təqdim edilən “Milli Qəhrəmanlarımız” kitabının nəcib və xeyirxah bir mərama xidmət etdiyini, gənc nəslin vətənə sədaqət ruhunda tərbiyəsində onun dəyərli və təsirli vasitələrdən biri olacağını vurğulayıb.
Milli Məclisin deputatı Qənirə Paşayeva milli qəhrəmanlarımız haqqında nəşr olunmuş kitabın Vətən, xalq, dövlət naminə yaşamaq və mübarizə aparmaq ruhunun daha da güclənməsində xüsusi rola malik olduğunu qeyd edib. Milli qəhrəmanlarımızın hər birinin həyat və döyüş yolunun, şücaətlərinin gənclərimiz üçün bir örnək olduğunu bildirib.
Digər çıxış edənlər kitabın milli qəhrəmanlarımız haqqında ən dolğun və əhatəli informasiya mənbəyi olmasından, onun qəhrəmanlarımızın tanıdılması sahəsində önəmindən və tərbiyəvi əhəmiyyətindən bəhs ediblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

