“Qarabağın qapısı” açılır: Ərdoğan Füzuliyə gəlir
05.10.2021 [17:31]
Türkiyə Prezidentinin bu səfəri əməkdaşlığa və sülhə “yeni nəfəs” vəd edir
Qısa zaman ərzində, cəmisi altı aya ərsəyə gələn və Qarabağın ilk beynəlxalq statuslu hava limanı olan Füzuli Beynəlxalq Hava Limanının yaxın günlərdə rəsmi açılışı nəzərdə tutulur. Açılışa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılacaq. Bununla bağlı Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın “Haber Global”a müsahibəsində deyib.
Vurğulamaq lazımdır ki, Füzuli Beynəlxalq Hava Limanının açılışı regional təhlükəsizliyin təmini, o cümlədən iqtisadi münasibətlərin inkişafı baxımından yeni mərhələnin başlanğıcıdır. Soçi görüşünün ardından Türkiyə liderinin bu açılışda iştirakı isə son dövrlərdə yenidən aktiv müzakirə predmetinə çevrilmiş kommunikasiya xətlərinin açılması, konkret olaraq Zəngəzur dəhlizinin reallaşması məsələsini aktuallaşdırır. Bu mənada, ekspertlərin də fikrincə, açılışda səslənəcək mesajlar Cənubu Qafqazın inkişafının gələcək yol xəritəsinin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Milli Məclisin deputatı, Azərbaycan - Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ramil Həsən qəzetimizə açıqlamasında Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin rəsmən strateji müttəfiqlik səviyyəsində olduğunu və gündən-günə inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, bu əlaqələrin möhkəmlənməsində hər iki dövlətin başçıları arasındakı səmimi qardaşlıq münasibətləri xüsusi əhəmiyyət daşıyır: “Şübhəsiz ki, münasibətlərin möhkəmlənməsində ikitərəfli qarşılıqlı səfərlər və bu səfərlər çərçivəsində regionun gələcək inkişafı ilə bağlı səsləndirilən mesajlar da böyük önəm daşıyır. Hələ iyul ayında cənab Ərdoğanın Şuşaya səfəri zamanı iki dövlət arasında strateji müttəfiqliklə bağlı bəyannamə imzalanmışdı. Budəfəki səfərdən də gözləntilər olduqca böyükdür. Çünki Qarabağda ilk dəfə beynəlxalq statuslu hava limanı açılır və qardaş ölkə olsa belə, bir xarici dövlətin başçısının orada iştirakı xüsusi anlam daşıyır. Xüsusilə də, son dövrlərdə dünyanın aparıcı iqtisadi siyasi güc mərkəzinə çevrilməkdə olan Türkiyənin prezidentinin bu açılışa gəlməsi prosesə böyük dəstək ifadəsidir”.
Hava limanı açılışında Azərbaycan-Türkiyə əməkdaşlığının inkişaf predmetləri ilə yanaşı regional əməkdaşlıqla bağlı yeni mesajların və bəyanatların şahidi ola biləcəyimizi istisna etməyən R.Həsənin fikrincə, bizi qarşıda maraqlı proseslər gözləyir. “Türkiyə bir daha Azərbaycanın regionda davamlı sülhə nail olunması istiqamətində atdığı addımları dəstəklədiyini göstərir. Artıq bölgədə dayanıqlı sülhün təmin olunması ilə bağlı müsbət fikirlər səslənir və Türkiyənin bu dəstəyi indiki halda olduqca əhəmiyyətli və vacibdir”, - deyən millət vəkili əlavə edib ki, bir neçə gün öncə Rusiya və Türkiyə liderləri arasında baş tutmuş Soçi görüşü də bütövlükdə regionun gələcəyi üçün mühüm anlam kəsb edir. R.Həsən “Qarabağın hava qapısı” adlandırılan hava limanının açılışı zamanı Soçi görüşündə müzakirə olunmuş məsələlərlə bağlı müəyyən məsləhətləşmələrin və fikir mübadiləsinin aparılacağını da istisna etmir: “Regionda davamlı sülhə nail olunması, dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycan və Türkiyədən daha çox Ermənistan üçün lazımdır. Buna nail olmaq üçün hər kəs əlini daşın altına qoymalıdır. Yəni Ermənistan üzərinə götürdüyü öhdəliyə riayət etməlidir. İnanıram ki, Soçi görüşü bu proseslərə də böyük təkan verəcək. Əminəm ki, yaxın zamanda Zəngəzur dəhlizinin açılması ilə bağlı verilmiş sözlərin tutulmasının, nəqliyyat kommunikasiya infrastrukturlarının reallaşmasının şahidi olacağıq”.
Politoloq Zaur Məmmədov isə vurğulayıb ki, Füzuli Beynəlxalq Hava Limanının qısa zamanda inşa edilməsi Azərbaycan dövlətinin infrastruktur layihələrinin reallaşması istiqamətindəki iradəsini göstərir. Z.Məmmədovun fikrincə, yenidənqurma, bərpa işləri uzunmüddətli zaman tələb etsə də, Azərbaycan dövləti vaxtilə öz doğma yurd-yuvalarından qovulmuş vətəndaşlarımızın yenidən öz doğma torpaqlarına qayıtmasını prioritet sayır, buna qısa zamanda nail olmağı planlaşdırır. Bu mənada, ən vacib məsələ isə yeni infrastrukturların qurulmasıdır: “Qarabağda beynəlxalq statuslu Hava Limanının istifadəyə verilməsi stratej əhəmiyyət daşıyır. Cənab Prezidentin də ifadə etdiyi kimi bu hava limanı “Qarabağın hava qapısı”dır. Türkiyə Prezidentinin bu Hava Limanının açılışına qatılması isə qardaş dövlətin müharibə dövründə olduğu kimi postmüharibə dövründə də Azərbaycanın yanında olduğunu göstərir. Bu gün Türkiyə və Azərbaycan istənilən təhlükəni zərərsizləşdirmək iqtidarındadır. Bizi istəyən və istəməyən qüvvələr də bunu görür. Hər kəs anlayır ki, Azərbaycan və Türkiyə qarşıdakı illərdə həm Zəngəzurda, həm Qarabağda, ümumilikdə, Qafqazda uzunmüddətli, strateji hədəfləri bəlli olan işlər aparacaqlar”.
Türkiyə ilə Azərbaycanın işğaldan azad edilmiş regionların bərpası prosesində də əməkdaşlıq etdiyini diqqətə çatdıran Z.Məmmədovun sözlərinə görə, hazırda ən önəmli məsələ “Zəngəzur layihəsi” və onun reallaşmasıdır. “Bəzi dövlətlər Zəngəzur dəhlizini özünə rəqib hesab edir. Türkiyə və Azərbaycan isə regiona elə bir layihə təqdim edir ki, bu layihə dövlətləri siyasi cəhətdən də yaxınlaşdıracaq. 40 kilometri Ermənistan ərazisindən keçəcək bu yol Şərqlə Qərbi, Şimalla Cənubu, ən nəhayət, Avropa ilə Asiyanı Azərbaycanda qovuşduracaq. Bu yol Londondan Pekinə, Hind okeanından Şimal Buzlu okeana qədər müxtəlif yüklərin daşınmasına imkan verəcək, qitələr, ölkələr arasında sıx əlaqələrin qurulmasına yol açacaq”, - deyə politoloq əlavə edib.
Pərviz Sadayoğlu
Xəbər lenti
Hamısına baxDünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13

