Vyetnam Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir
29.06.2013 [10:01]
YAP Sədrinin müavini Əli Əhmədov Vyetnam Milli Məclisinin sədr müavini, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü Uonq Çu Lunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Dünən Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov ölkəmizdə səfərdə olan Vyetnam Milli Məclisinin sədr müavini, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü Uonq Çu Lunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Qonaqları salamlayan Əli Əhmədov bu səfərin ölkələrimiz arasındakı əlaqələrin inkişafına töhfə verəcəyini bildirib. Əli Əhmədov qeyd edib ki, Vyetnam parlamentinin sədr müavini vaxtilə Bakı Dövlət Universitetində (BDU) təhsil alıb və ona görə də Azərbaycan haqqında məlumatlıdır. Onun sözlərinə görə, BDU Azərbaycanın elm və təhsilinin inkişafına böyük töhfələr verməkdədir. Azərbaycanda hazırki inkişaf prosesləri haqda qonaqlara ətraflı məlumat verən YAP Sədrinin müavini ölkəmizin bu baxımdan dünyada öncül yerdə olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan iqtisadi inkişaf baxımından dünyada lider dövlətlər sırasındadır.
Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlıq haqqında Memorandumun imzalandığını xatırladan Əli Əhmədov partiyaların həm ikitərəfli, həm də İCAPP çərçivəsində əməkdaşlıq etdiyini vurğulayıb.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Vyetnam Milli Məclisinin sədr müavini Uonq Çu Lu ölkəmizə səfərindən və burada keçirdikləri görüşlərdən məmnun qaldıqlarını bildirib. O, vaxtilə Azərbaycanda vyetnamlı tələbələrin təhsil almasından söz açaraq özünün və bir çox həmvətənlərinin Azərbaycan ali məktəblərində müxtəlif ixtisaslara yiyələndiklərini bildirib. Uonq Çu Lu Bakıya səfərin ona təhsil aldığı illəri xatırladaraq, xoş hisslər oyatdığını deyib. Vyetnam Milli Məclisinin sədr müavini vaxtilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Vyetnamla əlaqələrin inkişafında göstərdiyi xidmətləri vurğulayıb və bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini bildirib.
Azərbaycanda sürətli inkişafı müşahidə etdiklərini deyən qonaq YAP-la Vyetnam Kommunist Partiyası arasında əlaqələrin inkişafının əhəmiyyətini qeyd edib. Onun fikrincə, bu əlaqələrin inkişafı üçün böyük potensial mövcuddur. Vyetnam Milli Məclisinin sədr müavini ölkəsinin Azərbaycanla neft-qaz, kənd təsərrüfatı, təhsil və həyatın digər sahələrində əməkdaşlığa böyük maraq göstərdiyini qeyd edib. Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Uonq Çu Lu Vyetnamın bu münaqişənin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.
Görüşdə YAP İcra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı, Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov iştirak ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12

