YAP-ın təşkil etdiyi “Yay məktəbi”nin I Masallı turu başa çatıb
06.07.2013 [09:57]
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkil etdiyi “Yay məktəbi”nin I Masallı turu başa çatıb. “Yay məktəbi”nin sonuncu günündə dövlətin gənclər siyasəti barədə fikir mübadiləsi aparılıb.
Millət vəkili Sevinc Hüseynova, YAP-ın məsul əməkdaşı Rafael Gülməmmədov Ulu öndər Heydər Əliyev hakimiyyətinin hər iki dövründə, eyni zamanda, Onun layiqli davamçısı Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son on ildə gənclərə göstərilən diqqət və qayğıdan, bu istiqamətdə həyata keçirilən Dövlət proqramlarından ətraflı bəhs ediblər.
Bildirilib ki, əgər Ümummilli lider Heydər Əliyev hakimiyyətinin birinci dövründə daha çox gənclərin bir kadr kimi yetişməsinə çalışırdısa, müasir müstəqil Azərbaycana rəhbərliyi dövründə artıq onları dövlətin idarə edilməsində aparıcı qüvvə kimi görürdü. Gənclərə göstərilən bu etimad onların daha səylə çalışmalarına, müstəqil Azərbaycanın dünəni, bu günü və gələcəyi naminə sıx birləşmələrinə stimul verirdi.
Natiqlər qeyd ediblər ki, 1992-ci ilin noyabrında tarixi zərurətdən yaranan, bu gün nəinki ölkənin, hətta regionun aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının sıralarında da gənclərin böyük çoxluq təşkil etməsi Heydər Əliyevin onlara diqqət və qayğısından qaynaqlanırdı. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Bu gün YAP-ın 600 mindən çox üzvünün 40 faizini gənclərin təşkil etməsi də onlara diqqət və qayğının davamlılığının göstəricisidir.
Gənclər bu diqqət və qayğıdan bəhrələnərək, potensiallarını ortaya qoymalı, Azərbaycanın daha da qüdrətlənməsinə, möhkəmlənməsinə töhfələrini verməlidirlər.
Çıxışlarda vurğulanıb ki, respublika və YAP rəhbərliyi hər zaman gənclərə diqqət və qayğı ilə yanaşıb.
Sonra regionlarda turizmin inkişafı və seçki şüarları müsabiqəsinin qalibləri müəyyənləşdirilib.
Həmin gün gənclər Masallı rayonunun “İsti su” istirahət düşərgəsində və Lerik rayonunda olublar.
Eyni zamanda, gənclərin hərtərəfli inkişafını təmin etmək məqsədi ilə müxtəlif növ idman yarışları da təşkil olunub.
Bununla da, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin gənc siyasətçilər üçün “Yay məktəbi”nin I Masallı turu başa çatıb. Keçirilmiş bağlanış mərasimində ən fəal qrupların adları elan edilib.
Qeyd edək ki, gənclərimizin intellektual səviyyəsinin daha da yüksəlməsi və asudə vaxtlarının səmərəli keçirilməsi baxımından əhəmiyyətli layihə olan, gənclər üçün təcrübə və bilik mənbəyi hesab edilən “Yay məktəbi”nin I Masallı turu iyulun 1-də start götürmüşdü.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

