Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir
19.07.2013 [09:59]
Masallıda təşkil olunmuş “Yay məktəbi”nin iştirakçıları “Azərbaycanda dövlət gənclər siyasəti” mövzusunda müzakirələr aparıblar
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) Masallıda təşkil etdiyi “Yay məktəbi”nin iştirakçıları “Azərbaycanda dövlət gənclər siyasəti” mövzusunda müzakirələr aparıblar. Bu mövzu ilə bağlı “Yay məktəbi”nin iştirakçıları qarşısında çıxış edən “Yeni Azərbaycan” qəzetinin Baş redaktoru, qrupun rəhbəri Hikmət Babaoğlu bildirib ki, Azərbaycanın sürətli inkişafı, ölkəmizin ictimai həyatının bütün sahələrində əldə etdiyi nailiyyətlər dövlət gənclər siyasətində də əhəmiyyətli uğurların qazanılmasını şərtləndirib. Onun sözlərinə görə, əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan bu siyasət nəticəsində Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır. Ulu öndərimizin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
“Bu siyasət, eyni zamanda, müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Həmin siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humantiar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir. Məhz Prezident İlham Əliyevin böyük əməyi və səyi nəticəsində Azərbaycan gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib” - deyə, Baş redaktor qeyd edib.
Hikmət Babaoğlu bildirib ki, gənclər siyasətinin əsasını məhz ölkəmizin davamlı inkişafı prosesində gənclərin imkanlarından səmərəli istifadə edilməsi üçün hər cür şəraitin yaradılması təşkil edir: “Gənclər öz siyasi mövqelərini daha çox Yeni Azərbaycan Partiyasının sıralarına qoşulmaqla ifadə edirlər. Eyni zamanda, bu siyasi fəallıq bütün seçkilərdə də özünü göstərməkdədir. Gənclər dövlətimizin onlara göstərdiyi diqqət və qayğıya adekvat olaraq daim Prezident İlham Əliyevin siyasətini dəstəklədiklərini bəyan edirlər. Bu gün ölkəmizin inkişaf siyasətində özünəməxsus rolu olan Yeni Azərbaycan Partiyası öz sıralarında 600 min insanı birləşdirir. Xalqın iradəsini ifadə edən, iştirak etdiyi bütün seçkilərdə parlaq qələbələr qazanan, ölkənin avanqard partiyasının üzvü olmaq hər bir gənc üçün böyük şərəf və məsuliyyətdir”.
Hazırda YAP üzvlərinin 40 faizinin gənclərdən ibarət olduğunu deyən Baş redaktor Hikmət Babaoğlu partiyada birləşən gənclərin sayının 200 min nəfərdən çox olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, gənclərin partiyamıza axınının sürətlənməsində Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti xüsusi əhəmiyyət kəsb edir.
Hikmət Babaoğlu bildirib ki, hazırki proseslər Azərbaycan gəncliyinin milli siyasət həyata keçirən indiki iqtidarı dəstəklədiyini göstərir. Onun fikrincə, gənclər hər zaman olduğu kimi, qarşıdan gələn seçkilərdə də antimilli qüvvələrə yox deyəcək.
Diskussiyada çıxış edən gənclər bu ilin oktyabr ayında ölkəmizdə keçiriləcək növbəti prezident seçkilərilə əlaqədar bildiriblər ki, onlar qarşıdan gələn prezident seçkilərində də yekdilliklə dövlətimizin başçısı İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər. Onlar, eyni zamanda, dövlət gənclər siyasətinin əhəmiyyətini də vurğulayıblar.
Qeyd edək ki, gün ərzində “Yay məktəbi”nin iştirakçıları intellektual oyunlar da təşkil ediblər.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

