YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov Yevlaxda partiya fəalları ilə görüş keçirib
19.07.2013 [15:09]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi Əli Əhmədov partiyanın Yevlax şəhər təşkilatının fəalları ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, görüşdə bildirilib ki, YAP Yevlax şəhər təşkilatı öz ətrafında 7500 nəfəri birləşdirir. Bunlardan 4000-i qadın, 2300-ü isə gənclərdir. Bundan başqa yerli təşkilatın prezident seçkiləri qarşısında fəaliyyəti və gələcək planları haqda da müzakirələr aparılıb.
YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov çıxış edərək bildirib ki, 1990-cı illərin əvvəlləri Azərbaycan və xalqımız üçün çox çətin olub. Daxili çəkişmələr, hakimiyyət uğrunda mübarizə və bunun fonunda Ermənistanın Azərbaycan torpaqlarını işğal etmək məqsədi ilə başladığı müharibə ölkədə xaosa, idarəolunmaz vəziyyətə gətirib çıxarmışdı. Yalnız Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ölkədə sabitliyi bərqərar etdi. Aparılan düzgün siyasət nəticəsində Ermənistan silahlı birləşmələrinin genişlənən hücumunun qarşısı alındı. Ölkədə vətəndaş müharibəsinə çevriləcək qarşıdurmalar səngidi, sabitlik bərpa olundu, ordu quruculuğunda yeni mərhələyə start verildi. Azərbaycanın yeni neft strategiyası müəyyənləşdi. Bütün bunlar Ulu öndərimizin titanik zəhməti bahasına başa gəldi.
Daha sonra Əli Əhmədov 2013-cü ilin ölkəmizin ictimai-siyasi həyatında mühüm il olduğunu qeyd edib. İcra katibi vurğulayıb ki, ətrafında 600 min üzvü birləşdirən YAP-ın V qurultayında yenidən dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb. YAP Sədrinin müavini qeyd edib ki, seçicilərin böyük əksəriyyətinin qənaəti budur ki, ölkə iqtisadiyyatının yüksəlişi, həyatımızın digər sahələrində baş verən dəyişikliklər Prezident İlham Əliyevin adı ilə bağlıdır: “Məhz bu siyasətin nəticəsində Azərbaycan 10 il ərzində böyük inkişaf mərhələsi keçib. Bu inkişafın kökündə Heydər Əliyev ideyaları dayanır 10 ilə yaxındır ki, Azərbaycanda Heydər Əliyev siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir. Bu illər ərzində Azərbaycanda əsası vaxtilə Heydər Əliyev tərəfindən qoyulmuş islahatların gerçəkləşməsi nəticəsində böyük inkişaf və tərəqqi əldə edilib”.
Sədr müavini bildirib ki, bütün bu amillər seçicilərin Prezident İlham Əliyevə inam və etimadını daha da gücləndirib. Məhz buna görə də, insanlar növbəti seçkilərdə yenə də cənab İlham Əliyevə səs verəcəklərini bildirirlər.
Sonra çıxış edənlər hazırki siyasətin uğurlarını öz rifahlarının yüksəlməsində gördüklərini və bu siyasətin davamlı olmasını istədiklərini bildiriblər.
Tədbirin yekununda Əli Əhmədov qarşıdan gələn prezident seçkiləri kampaniyasına hazırlıqla əlaqədar partiyanın Yevlax şəhər təşkilatının fəallarına müvafiq tövsiyələr verib.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

