Qaradağda “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib
14.05.2025 [23:23]
2025-ci il mayın 14-də Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının və Qaradağ Qaz Anbarları İdarəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində "Müstəqillik Günü və Suverenliyin əhəmiyyəti" mövzusunda tədbir keçirilib.
Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ Qaz Anbarları İdarəsinin rəisi Rövşən Qarayev, YAP Qaradağ rayon təşkilatının və idarənin işçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qaradağ Qaz Anbarları İdarəsinin rəisi Rövşən Qarayev tədbirin Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik ili" elan olunması ilə əlaqədar təşkil olunduğunu və bunun ölkəmizin müstəqillik tarixinə, hüquqi dövlət quruculuğuna və suverenlik prinsiplərinə dövlət başçısı tərəfindən verilən yüksək qiymətin təcəssümü olduğunu bildirib.O, müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunan Konstitusiyasının ulu öndər Heydər Əliyevin şah əsəri olduğunu, bu sənədin müasir dövlətin və vətəndaş cəmiyyəti quruculuğunun hüquqi bünövrəsini təşkil etdiyini, Konstitusiyanın Azərbaycan xalqının azad iradəsini, dövlət müstəqilliyinin hüquqi əsaslarını və vətəndaşların hüquq və azadlıqlarını təmin edən əsas sənəd olduğunu qeyd edib.İdarə rəisi yni zamanda suverenliyin bərpası, işğaldan azad olunmuş torpaqlarda Azərbaycanın suveren hüquqlarının tam bərqərar olunması, Konstitusiyanın Qarabağda real həyata tətbiqinin mümkün olmasını əsasən Azərbaycanın hazırkı Prezidenti İlham Əliyevin fəaliyyətinin nəticəsi olduğunu diqqətə çatdırıb.
Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev “Azərbaycan Konstitusiyası və Suverenlik" mövzusunda çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi haqda verdiyi sərəncam həm Azərbaycanın dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, həm də demokratik cəmiyyət quruculuğu prosesinin daha dərindən aşılanması baxımından olduqca vacibdir. 1995-ci ildə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi və referendum yolu ilə qəbul olunan Azərbaycan Konstitusiyası ölkəmizin müstəqil və hüquqi dövlət kimi inkişafının əsasını qoydu. Bu sənəd xalqın iradəsinin ifadəsi olmaqla yanaşı, insan hüquq və azadlıqlarının əsas təminatçısı kimi çıxış edir. Rayon təşkilatının sədri bildirib ki, suverenliyin tam bərpası, ölkəmizin ərazi bütövlüyünün və konstitusiya quruluşunun tam təmin olunması, bu gün Konstitusiyanın real həyatda tam tətbiqi və təsdiqi 44 Günlük İkinci Qarabağ Müharibəsindən sonra mümkün olub. Qafar Əliyev xüsusilə gənclərin bu sahədə maarifləndirilməsinin vacibliyini qeyd edərək, bu kimi tədbirlərin ictimai şüurun formalaşmasına, vətəndaşlıq övqeyinin və məsuliyyətinin güclənməsinə mühüm töhfə verdiyini bildirib. Konstitusiyaya sonrakı dövrlərdə üç dəfə - 2002, 2009 və 2016-cı illərdə ümumxalq referendumu ilə əlavə və dəyişikliklər edildiyini xatırladan rayon təşkilatının sədri bildirib ki, nəticədə Əsas qanun cəmiyyətin inkişafı və müasir tələblərə uyğunlaşdırılması baxımından yenilənib. Bu baxımdan Konstitusiya hər bir vətəndaşın hüquqlarının müdafiəsinə əvəzsiz hüquqi zəmin yaradıb. Suverenliyin əhəmiyyətindən danışan Qafar Əliyev bildirib ki, 2023-cü ilin sentyabrında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük uğurla reallaşdırılan antiterror əməliyyatından sonra Azərbaycan öz ərazi bütövlüyünü və Konstitusiya quruluşunu tam bərpa edərək bütün ərazilərində suveren hüquqlarını tam şəkildə həyat keçirir. Bu, ölkəmizin güclü dövlətçilik ənənələrinə və hüquqi sistemə əsaslanmasının nəticəsidir. Azərbaycan bu gün regionun lider dövləti olmaqla yanaşı, həm də çağdaş, demokratik və hüquqi dövlət modelini uğurla tətbiq edən ölkələr sırasında önəmli yer tutur.
Tədbirdə digər çıxış edənlər: YAP ərazi təşkilatı sədrinin müavini, şöbə müdiri Cavanşir Eyvazov, YAP fəalı, mühəndis Ülviyyə Orucova və başqaları bildiriblər ki, Azərbaycan müstəqil bir dövlət olaraq Konstitusiya və suverenlik prinsipini tam şəkildə həyata keçirir. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi isə ölkəmizin hüquqi dövlət quruculuğuna olan bağlılığını bir daha təsdiq edir. Bu il çərçivəsində keçirilən tədbirlər və təşəbbüslər həm ölkə vətəndaşlarının, xüsusilə də gənc nəslin hüquqi düşüncəsinin inkişafına, həm də dövlətçilik prinsiplərinin dərinləşdirilməsinə xidmət edir.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

