YAP Xətai rayon təşkilatı imzatoplama kampaniyasını yüksək fəallıq şəraitində başa çatdırıb
16.08.2013 [09:28]
Azərbaycan siyasi palitrasının avanqard qüvvəsi kimi çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) oktyabrın 9-da keçiriləcək prezident seçkilərinə hazırlığı davam etdirir. Partiya bu prinsipi əsas tutur ki, seçki hazırlığının yüksək səviyyədə həyata keçirilməsi uğurlu nəticə üçün əsasdır. Həmçinin, YAP Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq bütün prosedur qaydalarına əməl edərək sabit vətəndaş cəmiyyətinin, hər bir ölkənin mütərəqqi inkişafının əsası kimi dəyərləndirilən seçkilərin yüksək fəallıq şəraitində keçirilməsinə öz töhfəsini vermək üçün ciddi səylər göstərir.
Məlum olduğu kimi, YAP avqustun 13-dən partiyanın namizədi İlham Əliyevin imzatoplama kampaniyasına start verib. Hər bir rayon və şəhər təşkilatı bu işdə xüsusi fəallığı ilə diqqət çəkir.
Ötən seçki proseslərinin təhlili bu reallığı da təsdiqləyir ki, özündə 4 seçki dairəsini, 144 ərazi ilk partiya təşkilatını, eyni zamanda, 20 mindən artıq üzvü birləşdirən YAP Xətai rayon təşkilatı bu prosesdə daim fəal olub, yüksək nəticələrlə prosesi başa çatdırıb. Bunu qarşıdan gələn prezident seçkilərinin imzatoplama kampaniyası dövründə görülən işlər və əldə edilən nəticələr də təsdiqləyir. Artıq rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb.
YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov ötən ay təşkilatın qəragahında Yeni Azərbaycan Partiyasının Bakı şəhəri üzrə rayon təşkilatlarında yaradılmış seçki qərargahlarının üzvləri ilə görüşü xatırladaraq bildirib ki, hər bir rayon təşkilatı üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışır. Seçicilərin rayon üzrə ümumi sayının 166011 nəfər olduğunu deyən H.Mirələmov bu saydan 1500 nəfərin imzasının toplanmasının tələb olunduğunu bildirib: “Artıq imzaların toplanması başa çatıb. Toplanmış imza vərəqələrinin Seçki Məcəlləsinin və qanunvericiliyinin tələblərinə uyğun olaraq doldurulması yoxlanılıb”.
O da qeyd olunub ki, Xətai rayonu üzrə seçki qərargahının üzvlərinin sayı 21-dir. Onlar qarşıda duran vəzifələrin lazımi səviyyədə yerinə yetirilməsi üçün ciddi səylə çalışırlar.
H.Mirələmov bir məqamı da xüsusi olaraq vurğulayıb ki, Azərbaycan demokratiya yolunda inamla irəliləyən ölkədir: “Demokratik cəmiyyətin varlığını təsdiqləyən amillərdən biri kimi seçkilərin şəffaf, beynəlxalq standartlara uyğun keçirilməsi üçün zəruri olan bütün işlər görülür və uğurlu nəticələr göz qabağındadır. Seçicilərin seçki hüquqlarından sərbəst istifadə edərək istədikləri namizədin imzatoplama kampaniyasında fəallıq nümayiş etdirmələri qürurverici haldır. Bu, bir daha onu təsdiqləyir ki, növbəti mərhələlər də uğurla başa çatacaq, səsvermə prosesi yüksək fəallıq şəraitində keçiriləcək. 9 oktyabr prezident seçkiləri bir daha Azərbaycanın demokratik dəyərlərə sadiqliyini dünyaya nümayiş etdirəcək”.
Xəbər lenti
Hamısına baxDünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46

