Ulu Öndər Heydər Əliyev–Azərbaycan xalqının qəlbində əbədiyaşar Lider!
11.06.2025 [22:13]
1991-ci ilin oktyabrın 18-də Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edən xalqımız 1993-cü ilin yayınadək çətin və ağrılı günlərini yaşayırdı. Mənfur düşmənimiz olan ermənilər o zaman ölkəyə rəhbərlik edə bilməyən hakimiyyət nümayəndələrinin səriştəsizliyindən istifadə edərək, Şuşanı, Laçını, Kəlbəcəri işğal etdi, Qarabağ və ətraf rayonlar üçün böyük təhlükə yarandı. Hakimiyyət hərisləri öz kürsülərində qalmaqları naminə ölkəni parçalanmaq və işğal təhlükəsi ilə üz-üzə qoydular.
Yaranmış vəziyyətdən çıxış yolunu axtaran Azərbaycanın xalqı xilasını yalniz Heydər Əliyevin simasinda gördü.
Xalqın təkidli tələbi Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışını tarixi zərurətə çevirdi. Azərbaycan xalqı qanı və canı bahasına əldə etdiyi müstəqilliyin qorunması üçün bu müstəqilliyin əldə olunmasına ən çox töhfə vermiş və onu qoruya biləcək əvəzsiz lideri dəvət etdi.
1993-cü il iyunun 9-da Heydər Əliyev, nəhayət, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Bu isə daxili və xarici düşmənlərimizin bütün planlarının pozulmasının başlanğıcı oldu.
1993-cü ilin iyun ayının 15-də Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıtması nəticəsində müstəqilliyimiz tarixində əslində böyük bir faciənin qarşısı alınmış, məhz onun səyləri nəticəsində respublika ərazisinə səpələnmiş silahlı cinayətkar dəstələr zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinə, separatçı meyillərə son qoyuldu.
Ulu Öndər ilk növbədə, hakimiyyətdəki boşluğu aradan qaldırdı. Respublikanın müxtəlif bölgələrində baş qaldırmış separatçı qüvvələri və parçalanma meyillərini sağlam düşüncəli vətəndaşların, xalqın böyük əksəriyyətinin fəal köməyi ilə zərərsizləşdirdi, vətəndaş müharibəsi təhlükəsinin qarşısını aldı. Ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr ləğv edilməyə başlandı, Azərbaycan dövlətçiliyinə, müstəqilliyə, ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar ünsürlər cəmiyyətdən təcrid edildi və cəzalandırıldı. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarda dövlətə və Vətənə mənsubluq hissləri aşılanmağa başlandı. Ulu öndər Heydər Əliyevin qayıdışı ilə Azərbaycan xalqında ruh yüksəkliyi, öz gələcəyinə inam yarandı.Azərbaycan parçalanma təhlükəsindən xilas oldu .
Ulu Öndər qeyd edirdi ki, hər bir gənc azərbaycan vətəndaşı öz həyatını qurarkən, özünü həyatda fəaliyyətə hazırlayarkən və fəaliyyətə başlayıb onu davam etdirərkən özü haqqında da düşünməlidir, ailəsi haqqında da düşünməlidir. Ancaq hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir. Dahi Şəxsiyyət gənclərin aparıcı qüvvə olduğunu vurğulayaraq qeyd edirdi ki bu sizin vəzifənizdir və güman edirəm ki, hər bir Azərbaycan gənci cəmiyyətdə, ölkədə öz vəzifəsini layiqincə yerinə yetirməyə çalışacaqdır. Hər bir gənc Azərbaycanın müstəqil gələcəyini təmin etmək üçün vətəni sevməlidir, ölkəni, torpağı, xalqımızı, dilimizi, dinimizi, milli ənənələrimizi sevməlidir.
Məhz Ulu Öndər ideyaları ilə böyüyən gənclərin sayəsində - vətənini, torpağını,millətini, ərazi bütövlüyünü canından çox sevən əsgər, zabit və ümumilikdə qeyrətli Vətən oğulları, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbə qazanaraq, torpaqlarımızın bütövlüyünü təmin etdilər.
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs Azərbaycanın bu günü və gələcəyi üçün aktuallıq kəsb edən siyasi məktəb kimi özünü təsdiq etmişdir. Bu yol Azərbaycanın sarsılmaz təməlidir!
Gündüz Alıkişiyev,
YAP Tərtər rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

