Qazaxda 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi
12.06.2025 [17:21]
2025-ci il iyunun 12-də YAP Qazax rayon təşkilatının və Qazax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş “15 iyun - Milli Qurtuluş Günü Azərbaycanın Şanlı Dövlətçilik tarixinə qızıl hərflərlə yazılan bir gündür!” mövzusunda tədbir keçirilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələrinin qoyulması ilə başlanıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və müqəddəs şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev açaraq 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Rayon təşkilatının sədri Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyasından, Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən, müstəqil Azərbaycanımızın xoş - firavan gələcəyi naminə həyata keçirdiyi möhtəşəm layihələrdən, bu gün Ulu Heydər Əliyev ideyalarının, onun siyasi kursunun Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında əzmlə, uğurla davam etdirilməsindən geniş bəhs edib.
Qazax Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov çıxış edərək bildirib ki, hər il təntənə ilə qeyd etdiyimiz 1993-cü ilin 15 iyunu xalqımızın tarixinə qızıl hərflərlə yazılmış bir gündür. Azərbaycan xalqının çox böyük çətinliklərlə yenidən əldə etdiyi müstəqilliyinin xilası məhz, həmin tarixdən başlanır. Ulu Öndər Heydər Əliyevin iyun aynın 15-də yenidən siyasi hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə möhtəşəm bir hadisə kimi daxil olmaqla, Milli Qurtuluşumuzun təməlini qoymuşdur.
İcra Başçısı daha sonra qeyd edib ki, bu gün müstəqil Azərbaycan dövləti Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti nəticəsində sürətlə inkişaf edərək dünyada nüfuzlu, qüdrətli bir dövlətə çevrilib. Xalqımızın Böyük Xilaskarı, Dahi Şəxsiyyət Heydər Əliyevin ideyaları, onun ilahi arzuları bu gün Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında zaman - zaman həyata keçir, müstəqil Azərbaycanımız hər gün yeni bir uğura, nailiyyətə, qələbəyə imza atır.
Tədbirdə BDU Qazax filialının müəllimi Ülviyyə Bayramova, partiya veteranlarından Fərhad Qocamanov, Ramil Qurbanov, Qazax Dövlət Sosial İqtisadi Kollecinin müəllimi Türkan Allahverdiyeva çıxış edərək Ümummilli Lider Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, misilsiz xidmətlərindən ətraflı bəhs ediblər. Natiqlər Ulu Öndərin əziz xatirəsinin heç zaman unudulmayacağını, müdrik xalqımızın qəlbində əbədi olaraq yaşayacağını bildiriblər.
Qazax şəhər 2 saylı tam orta məktəbin şagirdləri Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyiblər və müxtəlif ədəbi - bədii kompozisiya ilə çıxış ediblər.
Sosial şəbəkələrdə yüksək siyasi fəallıq göstərən bir qrup partiya fəalı YAP Qazax rayon təşkilatının Fəxri Fərmanı ilə təltif olunub, Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş gənc üzvlərə partiya üzvlük vəsiqələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43

