/ / Silahlı Qüvvələr Günü yalnız orduya ehtiram günü deyil, həm də Zəfərimizin simvoluna çevrilmiş bir tarixdir
Silahlı Qüvvələr Günü yalnız orduya ehtiram günü deyil, həm də Zəfərimizin simvoluna çevrilmiş bir tarixdir
23.06.2025 [13:39]
Yaranmasının 107-ci ildönümünü böyük fərəh və sevinc hissi ilə qeyd edəcəyimiz Şanlı Ordumuz hər birimizin qürur yeridir. Əsası və təməli Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan, sağlam təməllər üzərində qurulan, Cənubi Qafqazın ən güclü ordusu olan Azərbaycan Respublikasının Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Şanlı Vətən Müharibəsində düşmənə layiqli cavab verərək tarixi Zəfəri xalqımıza yaşatdı. Xüsusi ilə qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlişindən sonra Azərbaycanda hərbi kadrların hazırlanması prosesi yenidən başlandı, bu istiqamətdə böyük uğurlar əldə olundu və Azərbaycan Ordusu böyük inkişaf yolu keçərək, bölgənin ən güclü silahlı qüvvələrinə çevrildi. Hər bir xalqın tarixində dönüş nöqtəsi olan hadisələr vardır ki, həmin anlar illərlə yaddaşlarda qalır və gələcək nəsillərə qürur mənbəyi olur. Azərbaycan xalqı üçün 2020-ci ilin 44 günlük Vətən müharibəsi belə bir şanlı səhifə oldu. Bu gün isə biz 26 İyun – Silahlı Qüvvələr Gününü fərqli bir ovqatla, artıq qalib xalq və müzəffər ordu kimi qeyd edirik. Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 ildən artıq işğal altında qalan torpaqlarımızı düşmən tapdağından azad etdi. Ordumuz öz gücünü, peşəkarlığını, texnoloji üstünlüyünü və xalqla birliyini dünyaya nümayiş etdirdi. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan ordusu təkcə regionun deyil, həm də dünyanın ən güclü ordularından birinə çevrilib. Bu tarixi zəfər təkcə hərbi uğur deyil, həm də milli birliyin və həmrəyliyin təntənəsidir. Azərbaycan xalqı öz Ordusuna olan sonsuz inamını nümayiş etdirdi və hər kəs bu şanlı yürüşdə öz vətənpərvərliyi ilə iştirak etdi. Şəhidlərimizin qanı ilə yazılmış bu qələbə xalqımızın qürur mənbəyidir. Ulu Öndər ordunu dövlətçiliyin dayağı, xalqın ümid yeri hesab edirdi. O, deyirdi: “Gənclər orduda xidmət etmək üçün tərbiyələndirilməlidir”. Bu fikrin özü milli ruhun, vətəndaşlıq şüurunun formalaşması üçün bir çağırış idi. Silahlı Qüvvələrə olan bu qayğı sonrakı illərdə daha da artdı. Ali Baş Komandan kimi Prezident İlham Əliyev də bu siyasi kursu uğurla davam etdirdi. Bu davamlılıq nəticəsində Azərbaycan ordusu regionun ən güclü ordularından birinə çevrildi. Bu gün Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığı artırıldı, ordumuz ən müasir silah və texnika ilə təchiz olundu və 44 günlük Şanlı Vətən Müharibəsində zəfər çaldı, torpaqlarımız düşmən tapdağından azad edildi. Qürur hissi ilə deyə bilərik ki, 44 günlük Vətən müharibəsi zamanı xalq sarsılmaz birlik və həmrəylik nümayiş etdirərək Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşdi və tarixi ədalət bərpa olundu.
Vətən Müharibəsindəki şanlı Zəfərimizdən sonra regionda yeni geosiyasi vəziyyət yaranıb, bu proseslər Azərbaycanın xeyrinə davam edir. Çünki bu gün Azərbaycan sözün əsl mənasında həm Beynəlxalq aləmdə, həm də regionda böyük nüfuza sahib olan bir dövlətdir. Tam əminliklə deyə bilərik ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və yorulmaz fəaliyyəti nəticəsində ölkəmiz yeni-yeni uğurlara, yeni yeni qələbələrə imza atacaqdır. Bu gün Azərbaycan müstəqil siyasət yürüdür və öz milli maraqları çərçivəsində, beynəlxalq hüquq normalarına əsaslanaraq öz siyasi mövqeyini ortaya qoyur. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan nəinki regionda, beynəlxalq aləmdə böyük nüfuz sahibi olan bir dövlətə çevrilmişdir. Silahlı Qüvvələr Günü bu gün daha mənalı və daha dəyərli şəkildə qeyd olunur. İndi bu gün yalnız orduya ehtiram günü deyil, həm də Zəfərimizin simvoluna çevrilmiş bir tarixdir. Dövlətimizin hərbi gücü, siyasi iradəsi və xalqımızın birlik ruhu bizi gələcəkdə də yeni uğurlara aparacaqdır.
Arifə Abbasova,
YAP Tovuz rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

