Şəmkir rayonunda 23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olundu
24.06.2025 [15:47]
YAP Şəmkir rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir rayon İcra Hakimiyyəti Başçısının müavini Aynur Abdullayeva, rayon İcra Hakimiyyəti Aparatının işçiləri və rayonun digər qurumlarında dövlət qulluğunda çalışan partiya fəalları iştirak etdilər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış edərək bildirdi ki, Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılmasında və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub: "Ulu Öndərin əsasını qoyduğu dövlətçilik konsepsiyası hazırda onun layiqli davamçısı, Prezident cənab İlham Əliyev tərəfindən yüksək peşəkarlıqla davam etdirilir".
F. Vəliyev qeyd etdi ki, Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamına əsasən hər ilin 23 iyun tarixi dövlət qulluqçuları peşə bayramı kimi təsdiq olunub. Artıq on doqquz ildir ki, Azərbaycanın dövlət qulluqçuları özlərinin peşə bayramını qeyd edirlər. Bu müddət ərzində Azərbaycan Prezidentinin sərəncamları ilə bir çox dövlət qulluqçusu yüksək ixtisas dərəcəsi alıb, məhz dövlət qulluqçuları üçün təsis olunmuş "Vətənə xidmətə görə" ordeninin müxtəlif dərəcələri, "Dövlət qulluğunda fərqlənməyə görə" medalı və "Əməkdar dövlət qulluqçusu" adı ilə yaranıb.
Sonra çıxış edən rayon İcra Hakimiyyəti Başçısının müavini Aynur Abdullayeva və digər çıxış edənlər də dövlət qulluqçularını peşə bayramları münasibətilə təbrik edib, onlara işlərində müvəffəqiyyətlər diləyiblər.
Qeyd olunub ki, dövlət qulluğunda çalışanlar rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edir, abadlıq və quruculuq işlərində nümunə göstərirlər.
Tədbir çərçivəsində dövlət qulluğunda fərqlənən rayon İcra Hakimiyyətinin və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları, rayonun digər qurumlarında dövlət qulluğunda çalışan bir qrup şəxslər YAP Şəmkir rayon təşkilatının Fəxri Fərmanları ilə təltif edildilər.
Xəbər lenti
Hamısına baxDünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06

