Tarixdən gələcəyə uzanan körpü və Azərbaycanın strateji liderliyi
07.07.2025 [18:29]
Dünya xəritəsində coğrafi mövqe qədər, tarix də önəmlidir. Azərbaycanın üzv olduğu İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) da məhz tarix və gələcək arasında möhkəm körpü yaradan, ortaq mədəniyyət və iqtisadi maraqları birləşdirən unikal bir platformadır. 1985-ci ildə yaradılan və bu gün 10 dövləti – Azərbaycan, Türkiyə, İran, Pakistan, Əfqanıstan, Tacikistan, Türkmənistan, Qırğızıstan, Özbəkistan və Qazaxıstanı birləşdirən ECO, Avrasiya məkanının ən iri inteqrasiya layihələrindən biridir. ECO-nun əhalisi 500 milyondan çox, iqtisadi potensialı isə yüz milyardlarla dollarlıq bazar deməkdir. Bu rəqəmlərin arxasında min illərin karvan yolları, tarixi şəhərlər, mədəniyyət və ticari ənənələr dayanır. Qədim İpək Yolunun müasir davamçısı hesab edilən ECO, yalnız iqtisadi deyil, həm də siyasi və mədəni əməkdaşlıq üçün mühüm platformadır. Azərbaycan ECO-da hər zaman fəal iştirak edib. 2006 və 2012-ci illərdə Bakıda keçirilən Zirvə görüşləri ölkəmizin diplomatik fəallığının və təşəbbüskar mövqeyinin sübutu idi. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək: "Azərbaycan üçün ECO yalnız iqtisadi əməkdaşlıq təşkilatı deyil, həm də ortaq tarixin, mədəniyyətin, dini dəyərlərin yaşadıldığı böyük ailədir." 2025-ci ildə Xankəndidə keçirilən 17-ci Zirvə görüşü isə Azərbaycanın ECO daxilində nüfuzunun ən yüksək göstəricilərindən biri oldu. Bundan əvvəl Şuşada ECO Nazirlər Şurasının iclası, Ağdamda Gənclər Forumu, Laçında Qadınlar Forumu, Şuşada Biznes Forumu kimi tədbirlər ölkəmizin yalnız siyasi deyil, sosial və mədəni təşəbbüslərlə də fərqləndiyini göstərdi. COP29 kimi qlobal əhəmiyyətli konfransın məhz ECO məkanında – Azərbaycanda keçirilməsi, həm də regionun beynəlxalq əhəmiyyətini artırdı. Bu tədbirdə 197 ölkə, 70 dövlət və hökumət başçısı iştirak etdi, 77 min nəfər qeydiyyatdan keçdi. Konfransın nəticələri – inkişaf etməkdə olan ölkələr üçün maliyyə dəstəyinin 100 milyarddan 300 milyard dollara çatdırılması, İtki və Zərər Fondunun işə başlaması və karbon bazarları barədə razılaşmalar – Azərbaycanın diplomatik gücünü və beynəlxalq nüfuzunu daha da möhkəmləndirdi. Bu gün Azərbaycanın ECO daxilində rolu təkcə tranzit ölkə olmaqdan ibarət deyil. Azərbaycanın təşəbbüsü ilə yaradılan Tədqiqat Mərkəzi və Təmiz Enerji Mərkəzi, Şuşanın 2026-cı ildə “ECO-nun Turizm Paytaxtı” elan olunması regionun gələcək inkişafına strateji baxışın nəticəsidir. Bu, tarixlə gələcək arasında qurulan möhkəm körpüdür. Cənab Prezident İlham Əliyev çıxışında bir sıra ciddi məsələlərə toxundu. Bildirdi ki, “Ermənistan Azərbaycan ərazilərinin təxminən 20 faizini 30 ilə yaxın işğal altında saxlamış, etnik təmizləmə həyata keçirmiş, bir milyondan artıq soydaşımızı öz dədə-baba torpağından didərgin salmışdır. Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmamışdır. Dəfələrlə Ermənistana və onun arxasında duran dövlətlərə bildirirdik ki, əgər Ermənistan işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmasa, biz öz ərazi bütövlüyümüzü hərbi yolla bərpa edəcəyik. Əfsuslar olsun ki, Ermənistan və onun havadarları bizim bu xəbərdarlığımızı ciddi qəbul etməyiblər. Nəticədə peşman olublar. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ermənistanı döyüş meydanında darmadağın edərək 300-dən çox şəhər və kəndi azad etdi. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktı imzalamağa məcbur oldu.” Azərbaycan ECO-nun işində həmişə fəal mövqe nümayiş etdirib. Üstəlik, keçən il tarixdə ilk dəfə olaraq ECO məkanında COP29 kimi qlobal əhəmiyyətli beynəlxalq tədbir keçirildi. Bu konfrans həm iştirakçıların sayına, həm də qəbul edilən mühüm qərarlara görə xüsusi əlamətdar oldu. Prezident İlham Əliyev Xankəndidə keçirilən 17-ci Zirvə görüşündə Azərbaycanın ECO-nun fəaliyyətindəki fəal rolunu bir daha təsdiqlədi. Azərbaycanın təşəbbüsü ilə ilk dəfə keçirilən ECO Həftəsi, Şuşada Biznes Forumu, Ağdamda Gənclər Forumu, Laçında Qadınlar Forumu kimi tədbirlər regionda həm iqtisadi, həm də ictimai inteqrasiyanı gücləndirən yeni nümunə oldu. Bu fəaliyyətlər göstərir ki, Azərbaycan təkcə regionda deyil, həm də İslam aləmində və Avrasiya məkanında iqtisadi əməkdaşlığın lokomotivinə çevrilir. Azərbaycanın yerləşdiyi strateji mövqe – Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində olması, güclü enerji infrastrukturu və dayanıqlı iqtisadi inkişafı ECO-nun strateji hədəflərinə mühüm dəstək verir. Tarixin səhnəsində elə anlar var ki, qələmlə deyil, qanla, iradə ilə, inamla yazılır.
Və sonra o anlar daş kitabələrə çevrilir, nəsillərin hafizəsində əbədi qalır. Xankəndidə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü də belə bir tarixdir.
Bir vaxtlar düşmənin tankları dolaşan küçələrdə bu gün qardaş dövlətlərin bayraqları dalğalanır, salonlarda dostluq və əməkdaşlıq bəyanatları səslənir.
David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

