Xankəndi Zirvə görüşü Azərbaycanın regionda xüsusi aktor olduğunu bir daha nümayiş etdirdi
08.07.2025 [23:19]
İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) hökumətlərarası təşkilat kimi 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılmışdı. Təşkilat 1964-1979-cu illərdə fəaliyyət göstərmiş Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamı sayılır. Müstəqilliyimizi bərpa etdikdən sonra ölkəmizin ilk daxil olduğu qurumlardan biridir. 1992-ci ilin noyabrın 28-də bizdən başqa 6 ölkə - Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan da Təşkilata üzv qəbul olundu. Ulu Öndər Heydər Əliyevin 2002-ci ildə İstanbulda keçirilmiş ECO-ya üzv ölkələrinin dövlət və hökumət başçılarının 7-ci Zirvə görüşündə təşkilatın daha səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə qurumun Tədqiqat Mərkəzinin yaradılması təklifi ilə çıxış edib. Prezident İlham Əliyev tərəfindən həmin təklif Təşkilatın 2006-cı ildə Bakıda keçirilən 9-cu Zirvə görüşündə yenidən irəli sürülüb və 2021-ci ildə 14-cü Zirvə görüşündə həmin təklif qəbul olunub və Bakı şəhərində təsis edilib. Mərkəzin əsas məqsədi iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün ECO-ya üzv ölkələrə yardım etməkdir.
“ECO-nun Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən 15-ci Zirvə görüşü də ölkəmiz üçün məhsuldar və faydalı keçmişdi. Həmin görüşdə dövlətimizin başçısı İlham Əliyev Tədqiqat Mərkəzinin yaradılması barədə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsünün üzv dövlətlər tərəfindən dəstəklənməsinə görə təşəkkürünü bildirib və Bakı şəhərində yerləşəcək Tədqiqat Mərkəzinin fəaliyyəti üçün lazım olan şəraitin yaradılacağını qeyd edib.
İqtisadi Əməkdaşlıq Təşkilatını bizim üçün vacib edən daha bir addımı onun 17-ci Zirvə görüşünün Azərbaycanın tarixi torpağı olan Xankəndi şəhərində keçirilməsi oldu. Son illər ölkəmiz beynəlxalq tədbirlərin keçirilməsi mərkəzinə çevrilib. Belə tədbirlərin işğaldan azad edilmiş şəhərlərimizdə keçirilməsi xüsusilə önəmlidir. Eyni zamanda, həmin torpaqlarda bu gün baş verənlər gələcək üçün sənəd, hüquqi akt və maddi sübutdur. Bütün dünya görür ki, dövlətimiz öz tarixi torpağına necə sahib çıxır. İşğal zamanı düşmən tərəfindən viran qoyulmuş, cinayətkarlığın, qaçaqmalçılığın, narkoticarətin və separatizmin mərkəzi olmuş ərazilərimiz yenidən qurulur, bərpa edilir. İllərlə işğalda qalmış ərazilərimiz indi əməkdaşlıq və sabitlik yurduna, region və dünyamız üçün əhəmiyyətli mərkəzlərə çevrilir.
Qarabağın rəsmi şəhəri hesab edilən Xankəndində baş tutan belə bir mötəbər tədbir ölkəmizin siyasi, iqtisadi, mədəni baxımından regionun aparıcı aktorlarından olduğunu, beynəlxalq tədbirlərin yüksək səviyyədə və təhlükəsiz şəkildə keçirilməsində böyük təcrübəyə malik olduğunu göstərir. Belə tədbirləri keçirməklə biz bütün dünyaya nümayiş etdiririk ki, Azərbaycan beynəlxalq əməkdaşlığın, sülhün, sabitliyin, bərabər hüququn, başqa xalqların və dövlətlərin də rifahını düşünən bir ölkədir.
Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü kimi təşkilatın əsas məqsədləri olan regional iqtisadi inteqrasiya, dayanıqlı inkişaf və qarşılıqlı faydalı əməkdaşlığa daim sadiqlik nümayiş etdirir. Azərbaycan təşkilatın fəal üzvü kimi həm siyasi, həm də iqtisadi müstəvidə əməkdaşlıq təşəbbüslərinə dəstək verməklə yanaşı, praktiki nəticələrə hesablanmış regional layihələrin həyata keçirilməsində mühüm rol oynayır.
Xankəndidə keçirilmiş Zirvə görüşü Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatında oynadığı fəal və təşəbbüskar rolunun bariz təzahürüdür. Bu tarixi tədbir Azərbaycanın təşkilat çərçivəsində regional əməkdaşlığın təşviqinə, dayanıqlı inkişafın təmininə və ortaq geoiqtisadi maraqların uzlaşdırılmasına verdiyi mühüm töhfəni bir daha nümayiş etdirdi.
Samirə Zeynalova,
YAP Tərtər rayon təşkilatının mühasibi
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

