YAP Qazax rayon təşkilatının 32 illik yubileyi qeyd olundu
24.07.2025 [16:05]
24 iyul 2025-ci il tarixdə Qazaxda Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının 32 illik yubileyi münasibətilə təntənəli tədbir keçirildi.
Yubiley tədbirinin iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər çiçək dəstələri düzərək, Dahi Rəhbərə olan dərin hörmət və ehtiramlarını bildirdlər.
Tədbir Dövlət Himninin səsləndirililməsi ilə başlandı. Sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin edilməsi, suverenliyimizin bərpası uğrunda canlarından keçmiş müqəddəs şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək tarixi zərurətdən və xalqın istəyi ilə yaranmış, zamanın bütün sınaqlarından üzü ağ çıxmış Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində keçdiyi şərəfli və mənalı yoldan ətraflı danışdı. A.Nəbiyev YAP Qazax rayon təşkilatının yaranma tarixindən, mövcud durumundan, partiyanın VII Qurultayında və 32 illik yubiley tədbirində Möhtərəm Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənablarının proqram xarakterli nitqindən irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsindən geniş bəhs edərək, tədbir iştirakçılarını bu əlamətdar gün münasibətilə təbrik etdi və onlara gələcək siyasi fəaliyyətlərində uğurlar arzuladı.
Tədbirdə çıxış edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ötən əsrin 90-cı illərinin əvvəlində ölkəmizin düşdüyü acınacaqlı durumu, mövcud özbaşınalıqları, xaos və anarxiyanı bir daha xatırladaraq, o dövrdə nicat yolunun ancaq və ancaq Ulu Öndər Heydər Əliyevdə olduğunu xüsusi vurğuladı. Rayon İcra Hakimiyyətinin başçısı məhz, həmin dövrdə “Məşhur 91-lər” adlanan bir qrup vətənpərvər ziyalının Ümummilli Lider Heydər Əliyevə müraciət etdiyini, çox çətin və ağır şəraitdə Yeni Azərbaycan Partiyasının yarandığını qeyd etdi. Rayon İcra Hakimiyyətinin başçısı Yeni Azərbaycan Partiyasının və müstəqil Azərbaycanın memarı olan Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən, böyük xilaskarlıq missiyasından, bu gün Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurlardan, əldə olunan naliyyətlərindən geniş bəhs etdi və tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi.
Daha sonra YAP Qazax rayon təşkilatının ilk sədri, partiya veteranı Abbas Göyüşov, partiya veteranlarından Nəsibə Tağıyeva, Cavanşir Rüstəm, Kazım Kazımlı, gənc partiya üzvü Esmira Qəribova, çıxış edərək Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycanın dünəninə, bu gününə və gələcəyinə xidmət edən alternativsiz bir partiya olduğundan, partiyanın keçdiyi şərəfli yoldan bəhs edərək, öz siyasi həmfikirlərini təbrik etdilər və onlara gələcək fəaliyyətlərində uğurlar arzuladılar.
Tədbirdə Daş Salahlı 1 saylı tam orta məktəbin şagirdləri Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirdilər, müxtəlif ədəbi - bədii kompozisiya ilə çıxış etdilər.
Tədbirin sonunda YAP Qazax rayon təşkilatının yaradılmasında, təşkilatlanmasında və inkişafında xidmətləri olan bir qrup partiya veteranı YAP Qazax rayon təşkilatının Fəxri Fərmanı və hədiyyələrlə təltif olundu, partiya sıralarına yeni qəbul olunmuş gənclərə partiya üzvlük vəsiqələri təqdim edildi.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

