Vaşinqtondan ucalan sülhün səsi
12.08.2025 [15:11]
Gözlər Vaşinqtonda idi. Dünyanın diqqəti Cənubi Qafqazın üzərində dönmuşdu və qapısı Azərbaycan bayrağı ilə açılan böyük bir Zəfər səhifəsi tarixə yazıldı. Avqustun 8-i yalnız təqvimdə bir gün deyil. Bu, əsrin diplomatik zirvəsidir, 35 illik ədalət mübarizəsinin qızıl möhürüdür. Bu gün ABŞ liderlərinin mövqeyi əvvəlki mövqedən tamamilə, köklü şəkildə fərqlənir. Bu mövqe regionda sülh və əmin-amanlığın, region ölkələri arasında əbədi sülhün bərqərar olmasın üzərində qurulub. Donald Tramp administrasiyasının mövqeyini Qarabağda münaqişə başlayandan bəri ən obyektiv yanaşma kimi qiymətləndirmək mümkündür. ABŞ Cənubi Qafqaza qayıtmaqla yanaşı, regionda nüfuz qazanmaq, sülhü bərqərar edən ölkə kimi tarixə düşmək niyyətindədir. Vaşinqtonun addımları və Azərbaycanla güclənən münasibətləri bölgədə sabitlik üçün mühüm əhəmiyyət kəsb edir. Ən əsası Vaşinqton görüşü regionda yeni geosiyasi reallığın yaranmasına və balansların formalaşmasına səbəb olacaq. Bu vəziyyətdə isə rəsmi Bakı əsas aktor kimi çıxış edəcək. Bir vaxtlar bizi “ümumi dövlət” saxtakarlığına, “Aland modeli” illüziyasına, “paket” və “mərhələli” həll tələsinə salmaq istəyənlər – bu gün, məhz bu torpağın qalib övladlarının yaratdığı reallığı qəbul edərək, qalib Azərbaycanın diplomatik masasının şahidi oldular. 2020-ci ilin 10 noyabr kapitulyasiyasının məntiqi sonluğu – Ermənistanın bütün ərazi iddialarından imtinası – Vaşinqtondan bütün dünyaya sülhün yeni manifesti kimi səsləndi. Bəli, bu zəfərin yolu asan olmadı. 44 gün – xalqın iradəsini, ordunun gücünü, cənab Prezident İlham Əliyevin qətiyyətini dünyaya göstərdi. Ardınca 2023-cü ilin antiterror əməliyyatları – düşmənin illərlə qurdlaşdırdığı məkrin son nəfəsini kəsdi. O günlərdə Bakını işğal edəcəklərini iddia edənlər indi Azərbaycanın açdığı yollarla dünyaya çıxış axtarır. Vaşinqton Bəyannaməsi ilə Azərbaycan diplomatiyası təkcə regional deyil, qlobal səhnədə də yeni səhifə açdı. Bu sənəd, həm siyasi, həm hüquqi baxımdan Azərbaycan dövlətinin mövqeyini möhkəmləndirdi, sülhün və sabitliyin təminatçısı kimi ölkəmizin nüfuzunu daha da yüksəltdi. Bu uğur Azərbaycanın yalnız torpaqlarını bərpa etməsi deyil, həm də bölgədə davamlı sülh və əməkdaşlıq mühitinin formalaşması üçün nümunəvi model yaratmasıdır. Və indi – masada, diplomatiya meydanında – qalibin imzası çəkildi. Bu imza ilə Azərbaycan yalnız XX əsrin sonunda itirdiyi torpaqlarına nəzarəti bərpa etmədi, həm də XX əsrin əvvəlində əlindən alınan Zəngəzura fərqli yolla – siyasi zəka, strateji baxış və böyük gücün yaratdığı yeni reallıqla qayıtdı. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” artıq təkcə kommunikasiya xətti deyil – bu, türk dünyasının, Türküstanla Xəzərin qərbindəki torpaqların birləşmə yoludur. Vaşinqton Bəyannaməsi – dünyanın gözü qarşısında imzalanan tarixi sənəddir. Orada yazılan hər bənd – illərlə davam edən mübarizəmizin hüquqi zəfəridir. Ermənistanın iddialarından imtinası, ATƏT-in Minsk Qrupunun tarixə qovuşması, Azərbaycanla Naxçıvan arasında maneəsiz bağlantı, regionda yeni iqtisadi damarların açılması, sərhədlərin toxunulmazlığı və qisasçılığın istisna edilməsi gərgin və uğurlu diplomatiyanın nəticəsidir. Bu sənəd, eyni zamanda, regionda yeni iqtisadi əməkdaşlıq platformalarının yaradılmasına şərait yaradır. Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki rolu daha da artacaq, nəqliyyat dəhlizləri genişlənəcək, ölkəmiz beynəlxalq ticarət xəritəsində strateji əhəmiyyətli mərkəz kimi möhkəmlənəcək. Bu gün qalibin səsi yalnız meydanda deyil, diplomatiya salonlarında da ucaldı. Bu gün şəhidlərimizin ruhu şaddır – çünki onların qanı ilə yazılan Zəfər, cənab Prezident İlham Əliyevin uzaqgörənliyi və xalqımızın dəmir iradəsi ilə sülhün imzasına çevrildi. Bu tarix gələcək nəsillərə müharibəsiz, təhlükəsiz və inkişaf edən bir Vətən vəd edir. Azərbaycan – bu gün regionun güc mərkəzi, sülhün təminatçısı, Türk dünyasının qapısıdır. Biz meydanda da, masada da qalib gəldik.
Rüstəm Nağıyev, YAP Gədəbəy rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

