/ / Seçicilər Prezident İlham Əliyevə səs verməklə əmin-amanlığı, firavanlığı və inkişafı seçəcəklər
Seçicilər Prezident İlham Əliyevə səs verməklə əmin-amanlığı, firavanlığı və inkişafı seçəcəklər
22.09.2013 [10:51]
Samux rayonunun Zazalı, Qiyaslı və Tatlı kəndlərində seçicilərlə görüşlər keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatı partiyamızın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir. Kampaniya çərçivəsində növbəti görüşlər rayonun Zazalı, Qiyaslı və Tatlı kəndlərində keçirilib.
Öncə çıxış edən Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının sədri Gündüz Bayramov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir. Onun sözlərinə görə, Samux seçiciləri görüşlərə böyük ruh yüksəkliyi ilə qatılır, birmənalı şəkildə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevi dəstəklədiklərini bildirirlər. “Cəmiyyətin əhval-ruhiyyəsi onu deməyə əsas verir ki, qarşıdan gələn prezident seçkiləri də Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qələbəsi ilə nəticələnəcək”-deyə, YAP Samux rayon təşkilatının sədri qeyd edib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi kursun uğurlu nəticələrindən və reallaşdırılmış islahatlardan bəhs edən G. Bayramov əlavə edib ki, vətəndaşların maddi rifah halının daha da yaxşılaşdırılması, sosial müdafiə və təminat sisteminin gücləndirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yoxsulluq həddinin aşağı düşməsi sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi kimi konkret faktlar həyata keçirilən sosial-iqtisadi kursun aydın təzahürləridir: “Makroiqtisadi sabitliyin qorunub saxlanılması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın şaxələndirilməsi kimi islahatlar uğurla həyata keçirilməkdədir. Onu da qeyd edim ki, bu gün respublikamızın yüksələn ümumi iqtisadi göstəriciləri arasında qeyri-neft sektorunun payı da artmaqdadır. Həmçinin, bildirmək istəyirəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 10 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının həyata keçirilməsi Azərbaycan iqtisadiyyatının neftdən asılılığını aradan qaldırıb. Bölgələrin simasını dəyişib və bu amillər ölkənin ümumi inkişafında mühüm rol oynayıb. Azərbaycan bu gün dünyanın ən sürətli iqtisadi inkişaf tempinə malik olan ölkələri sırasında yer tutur”.
YAP Samux rayon təşkilatının sədri əlavə edib ki, regionların sosial-iqtisadi inkişafına dair ötən 10 ildə həyata keçirilən 2 Dövlət Proqramı çərçivəsində Azərbaycanın bölgələrində tikilən və yenidən qurulan - xəstəxanaların, məktəblərin, uşaq bağçalarının, kitabxanaların, mədəniyyət mərkəzlərinin, idman komplekslərinin və s. sosial obyektlərin sayı minlərlədir. “Məhz bütün bunlara görə Azərbaycan vətəndaşları cənab İlham Əliyevin siyasətini təqdir edir və dövlətimizin başçısını dəstəkləyirlər. Oktyabrın 9-da keçiriləcək prezident seçkilərinin nəticələri bunu bir daha nümayiş etdirəcək” - deyə, o, vurğulayıb.
Daha sonra çıxış edən Ağsaqqallar Şurasının sədri Həmzə Həmzəyev isə çıxışında prezident seçkilərinin əhəmiyyətindən danışıb və Samux rayon seçicilərini qarşıdan gələn seçkilərdə fəal iştirak etməyə, həmçinin, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb. Bildirib ki, bu gün ölkəmizdə əmin-amanlıq hökm sürür, insanlar rahat və təhlükəsiz həyat şəraiti ilə təmin olunub, vətəndaşların sosial rifahı günü-gündən yaxşılaşır. Buna görə də, seçicilər Prezident İlham Əliyevə səs verməklə əmin-amanlığı, firavanlığı və inkişafı seçəcəklər.
Kənd sakinləri Əli Babayev, Günay Rzayeva və digərləri isə çıxışlarında ölkəmizin dinamik inkişaf tempindən, görülən işlərin əhəmiyyətindən məmnunluq hisslərini ifadə ediblər. Bildirilib ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməklə yanaşı, məşğulluq səviyyəsinin artmasını, işsizlik həddinin aşağı salınmasını, bütövlükdə, insanların rifah halının yaxşılaşmasını şərtləndirib. Seçicilər 9 oktyabr tarixində dövlətimizin başçısı cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

