Laçında genişmiqyaslı quruculuq işləri həyata keçirilir
25.08.2025 [15:53]
2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının gücünü, dövlətin qətiyyətini və ordumuzun şücaətini bütün dünyaya nümayiş etdirdi. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi və müdrik diplomatiyası nəticəsində Azərbaycan ordusu işğala son qoydu. Laçın rayonu 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən Azərbaycan dövlətinə qaytarıldı. Bu, sadəcə bir ərazi azadlığı deyil, həm də 30 illik ədalətsizliyə son qoyulması idi. Laçın torpaqlarına geri dönüş xalqımızın milli qürurunun bərpası, tarixi ədalətin təntənəsi oldu.
Laçın şəhəri günü Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama uyğun olaraq hər il 26 avqust tarixində təntənəli şəkildə qeyd edilir. Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun 2022-ci ilin avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndlərini nəzarətə götürməsi ilə əlaqədardır.
Laçının azad olunmasında və onun yeni inkişaf mərhələsinə qədəm qoymasında cənab Prezident İlham Əliyevin rolu müstəsnadır. Onun apardığı ardıcıl siyasət, güclü ordu quruculuğu, beynəlxalq aləmdə apardığı diplomatik mübarizə Laçının işğaldan azad olunmasının əsas səbəblərindən biri oldu. Cənab Prezident İlham Əliyevin tez-tez vurğuladığı kimi: “Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunub, Laçın da artıq bizimdir.” Bu sözlər Laçının simasında Azərbaycan xalqının milli iradəsinin rəmzinə çevrilib. Yeni inkişaf dövrü və Böyük Qayıdış isə Laçına yeni bir nəfəs verdi. Azadlıqdan sonra Laçın rayonunda genişmiqyaslı bərpa və quruculuq işləri aparılmağa başlandı. Azərbaycan hökuməti burada müasir şəhərsalma prinsiplərinə uyğun olaraq yollar, körpülər, məktəblər, xəstəxanalar, enerji infrastrukturunu yenidən qurur.
Dövlət Başçısının sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8418 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Laçında hal-hazırda iri miqyaslı bərpa-quruculuq işləri aparılır, 1000-dən çox yaşayış evi tikilib və bərpa olunub. Laçın şəhərində 626 fərdi ev, çoxmənzilli binada 138 mənzil, 87 qeyri-yaşayış sahəsi istifadəyə verilib. Hazırda şəhərdə 89 fərdi ev, 28 çoxmənzilli bina, 26 qeyri-yaşayış sahəsinin tikinti və bərpası davam edir. Eyni zamanda 237 fərdi ev və 29 çoxmənzilli binanın (436 mənzil) tikintisi planlaşdırılır.
Laçınlılar 31 ildən sonra öz doğma yurdlarına qayıdıblar. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən indiyədək Laçın şəhərinə 571 ailənin, yəni 2091 nəfərin, Zabux kəndinə 217 ailənin, yəni 823 nəfərin, Sus kəndinə 59 ailənin, yəni 215 nəfərin, Bəylik kəndinə 89 ailənin, yəni 363 nəfərin daimi məskunlaşması təmin olunub.
Gündüz Alıkişiyev,
YAP Tərtər rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

