Yüksələn birliyimiz ortaq uğurlu gələcəyimizin ən etibarlı zəmanətidir
26.08.2025 [15:21]
Məlum olduği kimi, Ölkəmiz müstəqillik qazandıqdan sonra özünün xarici siyasətində Mərkəzi Asiya ölkələri, o cümlədən qədim tarixi dostluq və əməkdaşlıq əlaqələri olan Türkmənistan və Özbəkistanla münasibətlərə hər zaman xüsusi diqqət yetirilib. 44 günlük Vətən müharibəsində qazanılan qələbədən sonra ölkəmizin xarici siyasətində əsas prioritetlərdən biri Mərkəzi Asiya ilə əlaqələri dərinləşdirmək olub. Bununla bağlı son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin region ölkələrinə çoxsaylı rəsmi, dövlət, işgüzar səfərləri, eyni zamanda, region ölkələrin liderlərinin Azərbaycana səfərləri intensiv xarakter alıb. Qeyd etmək lazımdır ki, ortaq tarix, mənəvi yaxınlıq, etnik soy-kök birliyi də bu xalqlar, dövlətlər arasında münasibətlərin dərinləşməsində böyük rol oynayır. Son illərin iqtisadi göstəricilərə nəzər yetirsək görərik ki, ticarət dövriyyəsi xeyli artıb.
Yeri gəlmişkən, qeyd edək ki, avqustun 22-də Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana səfərə gəlib. Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə üçtərəfli sammit keçirilib və sammitin yekunlarına görə Birgə Bəyanat qəbul edilib. Bu Bəyannamə bərabərlik, qarşılıqlı fayda və bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında ölkələr arasında ticari-iqtisadi əməkdaşlığı gücləndirmək məqsədini daşıyır. Tədbirin sonunda Azərbaycan, Türkmənistan və Özbəkistan respublikalarının rəhbərləri bu üç ölkə arasında yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış ediblər.
Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında ölkələr arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu xüsusi vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, "Bölgəmizdə yeni, çox perspektivli və sülhə yönəlmiş əməkdaşlıq formatı yaradılır”. Prezident İlham Əliyev bunu tarixi bir gün adlandırıb.
Bildiyiniz kimi, hazırda işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilməkdədir. Qarabağın yenidən qurulmasında qardaş ölkələrin iştirakı isə böyük mənəvi və siyasi dəyərə malikdir. Bu yaxınlarda Qurbanqulu Berdiməhəmmədov Füzulidə olarkən ölkəsinin hədiyyəsi olan məscidin tikintisi ilə bağlı dövlətimizin başçısı cənab İlham Əliyevə təklif irəli sürmüşdü. Hörmətli Prezidentimiz də bu təklifi minnətdarlıqla qəbul etmişdi. Artıq məscidin memarlıq təsviri hazırdır və yaxın gələcəkdə təməli qoyulacaq. Ölkə başçımız Zirvə görüşündə çıxışı zamanı bunu türkmən xalqının, Türkmənistan liderinin Azərbaycan xalqına, Azərbaycana olan dəstəyinin nümunəsi və qardaşlığımızın təcəssümü kimi qiymətləndirdi. Prezident İlham Əliyev həmçinin, çıxışında Şavkat Mirziyoyevlə birgə Füzulidə Özbəkistanın hədiyyəsi olan dahi özbək mütəfəkkiri Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik orta məktəbin açılışında iştirak etdiklərini və Xankəndidə yaradılmış tikiş fabrikinin fəaliyyəti ilə tanış olduqlarını vurğuladı. “Bu, Azərbaycana, dirçələn Qarabağ bölgəsinə qardaş özbək xalqından çox böyük hədiyyədir”, - deyə dövlətimizin başçısı vurğulayıb. Hesab edirəm ki, bu kimi təşəbbüslər Azərbaycan xalqına göstərilən səmimi dəstəyin nümunəsidir və azad edilmiş ərazilərimizin bərpasında qardaş ölkələrin yanımızda olduğunu bir daha nümayiş etdirir.
Onu da qeyd edək ki, Zirvə görüşünün ən mühüm nəticələrindən biri Azərbaycan, Türkmənistan və Özbəkistan arasında üçtərəfli əməkdaşlıq formatının yaradılmasıdır. Bu əməkdaşlıq nəqliyyat, tranzit, logistika, elektroenergetika, neft-qaz sahələrini və mədəni əlaqələri əhatə edəcək. Beləliklə, üç qardaş ölkə təkcə ikitərəfli deyil, həm də çoxtərəfli əməkdaşlıq müstəvisində yeni model formalaşdırır. Bu model bölgədə sabitlik, inkişaf və qarşılıqlı faydalı tərəfdaşlığın möhkəm təməlini qoyur.
Ən əsası, Prezident İlham Əliyevin Türkmənistana səfəri yeni əməkdaşlıq istiqamətləri baxımından olduqca əhatəli keçdi. Görüşlər çərçivəsində nəqliyyat, tranzit, logistika, elektroenergetika, neft və qaz sahələrində tərəfdaşlığın daha da dərinləşəcəyinə heç bir şübhə yoxdur. Üçtərəfli əməkdaşlıq formatı isə gələcək uğurların və strateji layihələrin xəbərçisi kimi tarixə düşdü.
Ruslan Məmmədov,
YAP Göygöl rayon təşkilatı üzrə Quşqara kənd ərazi partiya təşkilatının fəal üzvü
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

