Qələbənin və Böyük Qayıdışın təzahürü
26.08.2025 [22:19]
Artıq neçə müddətdir ki, soydaşlarımızın doğma yurd, yuvalarına qaytarılması prosesi başlayıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən qurulan ərazilərə keçmiş məcburi köçkünlərin köçürülməsi uğurla davam edir. Prezident İlham Əliyev çıxışlarında qətiyyətlə bildirir ki, işğaldan azad edilən ərazilərə Böyük Qayıdış Proqramı milli prioritetlərimiz sırasındadır. Uzun sürən ayrılıqdan, həsrətdən sonra Kəlbəcərə də ilk köç karvanı yol alıb. Kəlbəcərlilər böyük sevinc və qürur hissi ilə öz doğma yurd yerlərinə qovuşublar. Bu, əzəli-əbədi yurd yerimizdə, tarixi torpaqlarımızda həyat yenidən öz axarına düşür. Prezident İlham Əliyev işğaldan azad edilən ərazilərə mütəmadi olaraq səfərlər edir və xüsusi əhəmiyyət daşıyan bu səfərlər artıq davamlı xarakter alıb. Bu mənada Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2025-ci il avqustun 21-də Kəlbəcər və Ağdərəyə son səfərləri xüsusi əhəmiyyət kəsb edir. Səfərlər Böyük Qayıdış proqramının ardıcıl mərhələsi olmaqla yanaşı, Qələbənin beşinci ildönümündə azad olunmuş ərazilərdə gedən inkişafın, dövlət siyasətinin mərkəzində vətəndaş rifahının dayandığının parlaq göstəricisidir. Dövlət başçısı görülən işlərə birbaşa nəzarət edir, bu ərazilərdə bir sıra obyektlərin təməlqoymasında iştirak edir. Prezident Ilham Əliyevin Kəlbəcər şəhərində çıxışı zamanı səsləndirdiyi “Dövlət sizin üçün burada gözəl şərait yaradıb. Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir” fikri, əslində Azərbaycanın postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi irimiqyaslı yenidənqurma və bərpa işlərinin mahiyyətini tam əks etdirir.
Görülən işlər bütövlükdə işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpasına öz töhfəsini verir. Qələbədən ötən beş ildə Kəlbəcər rayonunda da genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilmişdir. Müasir yollar, elektrik stansiyaları, sosial obyektlər istifadəyə verilmiş, kəndlərin bərpasına başlanılmışdır. Prezident və birinci xanımın səfərləri zamanı bu layihələrin açılışında iştirak etməsi dövlət rəhbərliyinin azad olunmuş torpaqlara daim xüsusi diqqət göstərdiyini bir daha nümayiş etdirdi. Bu səfərlər çərçivəsində xüsusi əhəmiyyət daşıyan layihələrdən biri Murovdağ tunelinin tikintisidir. Azərbaycanın ən mürəkkəb dağ massivlərindən birində inşa olunan bu nəhəng mühəndis qurğusu həm Qarabağ bölgəsinə gedən yolu xeyli qısaldacaq, həm də Kəlbəcərin digər rayonlarla birbaşa əlaqəsini təmin edəcək.
Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoyub. Bütün bölgələrimizdə bərpa, quruculuq işləri aparılır. Bu da Azərbaycanın qısa zamanda işğaldan azad edilmiş əraziləri dirçəldəcəyinin göstəricisidir. Həmin ərazilərimiz bölgənin ən gözəl ərazilərindən birinə çevriləcək. Cənab İlham Əliyevin Kəlbəcər sakinləri ilə görüşündə dediyi kimi “Dövlət sizin üçün burada gözəl şərait yaradıb. Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Siz artıq birinci yaşayış kompleksində evlərlə təmin olunursunuz, amma inşaat işləri bununla bitmir. Bu gün təməlini qoyduğum növbəti yaşayış komplekslərində yaxın gələcəkdə sizin qohumlarınız, dostlarınız gəlib yerləşəcək. Birinci mərhələdə “Böyük Qayıdış” Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq. Təbii ki, lazım olan bütün digər infrastruktur layihələri də icra edilibdir. İşıq, su, təbii qaz çəkilib, yollar salınıb, minalardan təmizləmə işi aparılıb. İndi Kəlbəcər şəhərində gözəl məktəb tikilir və gələn il istifadəyə veriləcək. Ancaq builki dərs ilini kəlbəcərli uşaqlar modul tipli məktəbdə oxuyacaqlar.”
Prezident İlham Əliyevin Kəlbəcərə səfəri bir daha göstərir ki, Azərbaycan artıq öz haqqını bərpa etmiş, tarixi ədaləti təmin etmiş, xalqını doğma yurduna qaytarmış güclü bir dövlətdir. Bu səfər həm də gələcəyə ünvanlanmış çağırış idi – işğal dövründə dağıdılan hər bir kənd bərpa olunacaq, hər bir məcburi köçkün doğma torpağına qayıdacaq, Böyük Qayıdış prosesinə heç bir amil mane ola bilməyəcək. Kəlbəcər bu gün həm Qələbənin, həm də Böyük Qayıdışın aydın təzahürüdür.
Gündüz Bayramov,
YAP Samux rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

