Azərbaycanın strateji diplomatiyası
28.08.2025 [18:24]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin Əl-Ərəbiyyə televiziya kanalına verdiyi müsahibə regional və qlobal siyasət baxımından mühüm siyasi sənəd xarakteri daşıyır. Dövlət başçısının açıqlamaları həm Cənubi Qafqazda formalaşmış yeni reallıqları, həm də Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyini əks etdirdi. Bu müsahibə bir daha təsdiqlədi ki, Azərbaycan müstəqil diplomatiyası və ardıcıl siyasi kursu ilə regionun strateji istiqamətlərini müəyyənləşdirən əsas aktora çevrilmişdir. Ən əsası müsahibədə avqustun 8-də Donald Trampın vasitəçilik səyləri ilə Ermənistan və Azərbaycan arasında imzalanmış tarixi razılaşmaya xüsusi diqqət yetirilmişdir. Cənab Prezident bildirmişdir ki, “Azərbaycan və Ermənistanın Ağ Evdə Prezident Trampın iştirakı ilə bu sənədi paraflaması müharibənin başa çatdığını göstərir. Bu, mərhələlərlə 30 ildən artıq davam edən müharibənin sonudur və həm Cənubi Qafqaz regionu, həm də daha geniş mənada Mərkəzi Asiya və Yaxın Şərq üçün tamamilə yeni imkanlar açır. Prezident İlham Əliyev müsahibədə açıq şəkildə bəyan etdi ki, Qarabağ münaqişəsi artıq tarixə qovuşmuş, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etmişdir. Bu, yalnız hərbi qələbə deyil, həm də diplomatik qələbədir. Çünki ölkəmiz beynəlxalq hüquqa əsaslanan mövqeyini həm siyasi, həm də praktiki planda təsdiq etdi. Bu mərhələdən sonra Azərbaycanın əsas hədəfi bölgədə davamlı sülhün təmin olunmasıdır. Cənab Prezidentin vurğuladığı kimi, sülh müqaviləsinin imzalanması təkcə iki dövlətin münasibətlərini normallaşdırmaq deyil, bütövlükdə Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi deməkdir.
Müsahibənin ən mühüm məqamlarından biri Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı açıqlamaları idi. Dövlət başçısı qeyd etdi ki, bu layihə yalnız Azərbaycan üçün deyil, region ölkələri və Avrasiya məkanının iqtisadi-siyasi xəritəsi üçün strateji əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizi Türk dünyasının birləşdirici xətti kimi çıxış etməklə yanaşı, beynəlxalq nəqliyyat və logistika sistemində də mühüm rol oynayacaq. Azərbaycan artıq Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin ayrılmaz parçasıdır. Bu isə ölkəmizin geoiqtisadi mövqelərinin daha da güclənməsinə gətirib çıxarır. Prezident İlham Əliyevin sözlərindən aydın olur ki, Bakı bu layihəyə sadəcə regional iqtisadi təşəbbüs kimi yox, həm də geosiyasi sabitlik və əməkdaşlıq faktoru kimi yanaşır. Müsahibədə ön plana çıxan digər vacib məqam Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursunun bir daha nümayiş etdirilməsidir. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan həm İslam aləmi, həm Qərb, həm də qonşu dövlətlərlə münasibətlərdə bərabərlik və qarşılıqlı hörmət prinsipini əsas götürür. Azərbaycan bu gün enerji, nəqliyyat və təhlükəsizlik məsələlərində qlobal əməkdaşlığın etibarlı tərəfdaşına çevrilmişdir. Dövlət başçısının bəyanatları göstərdi ki, ölkəmizin diplomatiyası yalnız ikitərəfli əlaqələrə deyil, çoxtərəfli platformalara da önəm verir. Bu siyasət Azərbaycanı beynəlxalq münasibətlərdə etibarlı və sabit tərəfdaş kimi tanıdır.
Əl-Ərəbiyyə müsahibəsi həm də Azərbaycanın Yaxın Şərq ölkələri ilə əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Prezident İlham Əliyev açıq şəkildə vurğuladı ki, Azərbaycan müsəlman dünyasının bir hissəsi kimi İslam həmrəyliyinə xüsusi önəm verir və bu istiqamətdə hər zaman aktiv mövqedə olub. Bununla yanaşı, Bakı beynəlxalq təşkilatlarla əməkdaşlıqda konstruktiv mövqe tutur. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik dövründə göstərdiyi fəaliyyət, həmçinin qlobal təhlükəsizlik və əməkdaşlıq məsələlərinə verdiyi töhfələr müsahibədə də əks olundu. Prezident İlham Əliyevin açıqlamaları ilə beynəlxalq ictimaiyyətə bir sıra strateji mesajlar ünvanlandı. Azərbaycan postmünaqişə dövründə regional sabitliyin əsas təminatçısıdır, sülh gündəliyi alternativsizdir və Ermənistan üçün də yeni imkanlar açır, Zəngəzur dəhlizi regional əməkdaşlığın mühüm sütununa çevriləcək və Azərbaycanın diplomatiyası balans, çoxtərəfli əməkdaşlıq və milli maraqlar üzərində qurulub. Bu mesajlar bir daha göstərdi ki, Azərbaycanın mövqeyi həm region daxilində, həm də beynəlxalq münasibətlər sistemində real güc amilinə çevrilib.
Prezident İlham Əliyevin Əl-Ərəbiyyə televiziyasına müsahibəsi Azərbaycanın diplomatik mövqeyinin strateji çərçivəsini müəyyənləşdirən mühüm siyasi bəyanat oldu. Dövlət başçısının açıqlamaları təsdiqlədi ki, Azərbaycan bu gün Cənubi Qafqazın siyasi gündəliyini müəyyənləşdirən aparıcı qüvvədir və regional inteqrasiyanın əsas lokomotividir. Müsahibə həm də Azərbaycanın beynəlxalq ictimaiyyətə ünvanladığı açıq mesajdır: Azərbaycan müstəqil siyasəti, güclü diplomatiyası və strateji baxışları ilə sabitliyin, əməkdaşlığın və inkişafın təminatçısıdır.
David İbramxəlilov
YAP Qusar rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

