Qazax seçiciləri cənab İlham Əliyevi dəstəkləyirlər
24.09.2013 [10:40]
Rayonun Hüseynbəyli və Qarapapaq kəndlərində təbliğat-təşviqat kampaniyası çərçivəsində görüş keçirilib
Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir. Dünən kampaniya çərçivəsində Qazax rayonunun Hüseynbəyli və Qarapapaq kəndlərində seçicilərlə növbəti görüşlər keçirilib.
Görüşdə çıxış edən YAP Qazax rayon təşkilatının seçki qərargahının üzvləri Polad Ağakişiyev, Tərlan Bədəlova, Cavanşir Rüstəmov bildiriblər ki, ötən 10 il ərzində ölkədə genişmiqyaslı quruculuq işləri həyata keçirilib: “Bütün bunlar Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində baş tutub. Növbəti 5 ildə isə Azərbaycanı daha böyük uğurlar gözləyir və bizi bu uğurlara İlham Əliyev aparacaq. Ona görə də, 9 oktyabrda hamılıqla məntəqələrə gedib alternativsiz namizədimizə səs verməliyik”.
Daha sonra çıxış edən təbliğat-təşviqat qrupunun üzvü Anar Nəbiyev ölkəmizdə həyata keçirilən təhsil siyasətinin uğurlarından danışıb və bundan gənclərin daha çox yararlandığını bildirib: “Cənab İlham Əliyev gənclərə xüsusi diqqət və qayğı göstərir. Bu diqqətin nəticəsində gənclərə öz potensialını, bacarığını üzə çıxartmaq üçün bütün imkanlar yaradılıb. Azərbaycan gəncləri dünyanın nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilir ki, onlar gələcəkdə xalqımızın intellekt resurslarını təşkil edəcəklər. Hər kəs övladını gələcəkdə xoşbəxt görmək istəyirsə, 9 oktyabrda İlham Əliyevə səs verməlidir”.
Tədbirdə çıxış edən Arzu Novruzov, Mübariz Süleymanov qeyd ediblər ki, Azərbaycan durmadan irəliləyir, ölkə iqtisadiyyatı son illərdə öz inkişafının yeni və daha intensiv mərhələsini yaşayır: “Cənab İlham Əliyev əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş islahatları yeni dövrün tələbləri səviyyəsində davam etdirib, verdiyi hər bir vədi əməli işi ilə doğruldub, insanlara yüksək qayğı prinsipinə əsaslanan sosialyönümlü siyasət strategiyası həyata keçirib”.
Çıxış edən seçicilər Mahirə Abbasova, Solmaz Hacıyeva, Rəhim Qocayev bildiriblər ki, cənab İlham Əliyev alternativsiz namizəddir. Bildirilib ki, ölkəmizdə aparılan nəhəng quruculuq işlərinin davam etdirilməsinin, yeni-yeni yaşayış məskənlərinin salınmasının, yolların, körpülərin inşasının, iqtisadiyyatımızın, mədəniyyətimizin, bir sözlə, bütün həyatımızın tərəqqisinin bir yolu var: “Bu yol İlham Əliyevə bir daha xalq sevgisi və inamını ifadə etməklə 9 oktyabrda Onun namizədliyinin dəstəklənməsi ilə seçilən yoldur”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

