/ / Cənab İlham Əliyev təkcə Yeni Azərbaycan Partiyasının deyil, bütün Azərbaycan xalqının seçimidir
Cənab İlham Əliyev təkcə Yeni Azərbaycan Partiyasının deyil, bütün Azərbaycan xalqının seçimidir
25.09.2013 [10:16]
Bərdənin Türkmən və Kələntərli kəndlərində keçirilən görüşlərdə bu fikir bir daha bəyan edilib
Ölkənin hər yerində olduğu kimi, Bərdə də 9 oktyabr prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Əliyevin Bərdə rayonu üzrə seçki qərargahının üzvləri kampaniya çərçivəsində dünən seçicilərlə növbəti görüşlərini keçiriblər.
Rayonun Türkmən və Kələntərli kəndlərində keçirilən görüşləri giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya cənab İlham Əliyevin rəhbərliyi ilə ötən 10 il ərzində həyata keçirilən siyasət barədə ətraflı məlumat verib. Rayon təşkilatının sədri 9 oktyabr prezident seçkilərinin Azərbaycanda demokratiyanın növbəti təntənəsi olacağını vurğulayıb, azad, ədalətli, şəffaf şəraitdə keçiriləcək bu seçkilərdə də xalqın iradəsinin qələbə qazanacağına əminliyini ifadə edib: “Azərbaycan vətəndaşları cənab İlham Əliyevi alternativsiz lider kimi qəbul edir və Onun uğurla davam etdirdiyi siyasi və iqtisadi islahatlar kursunu tam dəstəkləyirlər”.
Kənd sakinləri qarşısında çıxış edən akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, Azərbaycan Tibb Universitetinin kliniki farmakologiya kafedrasının müdiri Adil Baxşəliyev cənab İlham Əliyevin həyata keçirdiyi layihələrdən və ölkədə aparılan abadlıq quruculuq işlərindən ətraflı danışıb. O, 9 oktyabrda keçiriləcək prezident seçkilərinin əhəmiyyətini vurğulayaraq söyləyib ki, cənab İlham Əliyev təkcə Yeni Azərbaycan Partiyasının deyil, bütün Azərbaycan xalqının seçimidir: “Bu özlüyündə bir tutarlı arqumentdir. Prezident İlham Əliyevin 10 illik fəaliyyəti dövründə ölkədə elə bir sahə yoxdur ki, orada dövlət başçısının diqqət və qayğısının izləri görünməsin. Bu səbəbdən Prezident İlham Əliyev bütün azərbaycanlıların yeganə namizədi və seçimidir”.
Seçicilər qarşısında çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Arif Əliyev, partiya fəallarından Ofelya Hüseynova, Həsən Həsənov və kənd ziyalılarından Taryel Nəcəfov rayonda gedən inkişafdan, həmçinin, Prezident İlham Əliyevin Bərdə rayonunun əhalisinə göstərdiyi diqqət və qayğıdan ətraflı danışıblar. Natiqlər insanlara rahat həyat bəxş edən bu siyasətin davamına tərəfdar olduqlarını, oktyabrın 9-da cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.
Çıxış edən kənd sakinləri Saleh Qasımov, Məhbubə Əsədova, Vurğun Hüseynov, Gülmirə Qurbanova və başqaları öz növbələrində dövlət başçısının xarici və daxili siyasətini dəstəklədiklərini bildirib və qeyd ediblər ki, bu seçkilərdə də Ulu öndər Heydər Əliyev siyasətinə və bu siyasəti uğurla həyata keçirən cənab İlham Əliyevə səs verəcəklər.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

