Qarşıdan gələn prezident seçkilərində tovuzluların yeganə seçimi cənab İlham Əliyev olacaq
25.09.2013 [10:17]
YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat - təşviqat kampaniyası çərçivəsində Tovuz rayonunda minlərlə rayon sakininin iştirakı ilə möhtəşəm mitinq - konsert təşkil olunub
Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Heydər oğlu Əliyevin təbliğat - təşviqat kampaniyası Tovuz rayonunda uğurla davam edir. Bu məqsədlə minlərlə rayon sakininin iştirak ilə möhtəşəm mitinq-konsert təşkil olunub.
Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, millət vəkili Rafiq Məmmədhəsənov deyib ki, 2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanan cənab İlham Əliyev Azərbaycanın hərtərəfli inkişafını əsas hədəf kimi qarşıya qoydu: “Bunun üçün iqtisadi artımın yalnız neft deyil, qeyri-neft sektorunun inkişafı hesabına olmasının vacibliyini bildirdi. Cari ildə regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramının icrası başa çatacaq. Birinci Dövlət Proqramının icrasından ötən dövr ərzində ölkə iqtisadiyyatı üç dəfə artıb. İqtisadiyyata qoyulan investisiyalar 140 milyard dollar təşkil edir. Təkcə cari ildə investisiyaların həcmi 12,6 milyard dollar olmuşdur ki, bunun da təxminən 7 milyardı daxili investisiyalardır. Dünyanı bürüyən maliyyə və iqtisadi böhran illərində Azərbaycan iqtisadiyyatının artması beynəlxalq səviyyədə uğurlu siyasətin məntiqi nəticəsi kimi dəyərləndirildi. İqtisadiyyatın aynası olan büdcə son 10 ildə 20 dəfədən çox artıb. Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə dövlət büdcəsi 1,2 milyard dollar idi. Azərbaycan dövlət büdcəsi ilə də Cənubi Qafqaz regionunda ən güclü iqtisadiyyata malik olduğunu nümayiş etdirir. Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın uğurlarının davamlılığını təmin etməklə, qarşıya qoyulan hər bir hədəfə yüksək səviyyədə nail olmağa əsas verir”.
Sonra çıxış edən Azərbaycan Milli Güləş Yığmasının baş məşqçisi Firdovsi Umudov bu görüşə göstərilən marağa görə tovuzlulara minnətdarlıq edib. O, ölkəmizdə həyata keçirilən uğurlu gənclər və idman siyasətindən danışaraq deyib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə böyük idman hərəkatı həyata keçirilir. Bu gün Azərbaycanın hər bir yerində Olimpiya idman kompleksləri tikilib istifadəyə verilib. Bu idman mərkəzlərində idmanla məşğul olan gənclərimiz dünya miqyasında keçirilən yarışlarda ölkəmizi uğurla təmsil edir, Azərbaycanın bayrağını yüksəklərə qaldırır.
Daha sonra çıxış edən millət vəkili Qənirə Paşayeva qeyd edib ki, son 10 ildə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları nəticəsində paytaxtla bölgələrimiz arasında fərq aradan götürülüb, regionlarımız sosial-iqtisadi inkişafı ilə dünyanın diqqətindədir: “Cənab İlham Əliyevin tez-tez paytaxtın ayrı-ayrı rayonlarında, qəsəbələrində, eyni zamanda, bölgələrimizdə olarkən ictimaiyyət nümayəndələri ilə görüşməsi, onların problemləri ilə yaxından tanış olaraq, həlli ilə bağlı aidiyyatı qurumlara tapşırıqlarını verməsi də ölkə əhalisinə qayğının təzahürüdür. Bakı və Bakıətrafı qəsəbələrin, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası nəticəsində rayonların və qəsəbələrin siması əhəmiyyətli dərəcədə dəyişib, quruculuq və abadlıq işləri geniş vüsət alıb. Cənab İlham Əliyev hər bir rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair ayrılıqda sərəncamlar imzalayır və dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan vəsait ayrılır. Bu gün Azərbaycan quruculuq meydançasına çevrilib. Regionlar arasında sağlam rəqabət gedir. Ölkə ictimaiyyəti uğurlarımızla fəxr edir, gələcəyə böyük inamla baxırlar. Təbii ki, əhali inkişafa, tərəqqiyə, Azərbaycanın bu gününə və gələcəyinə hesablanmış siyasətə dəstək olacaq. Bizim şübhəmiz yoxdur ki, qarşıdan gələn prezident seçkilərində cənab İlham Əliyev xalqımızın böyük dəstəyini qazanaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçiləcək”.
Rayon Ağsaqqallar Şurasının sədri Fərman Nağıyev də dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin Tovuz rayon seçiciləri tərəfindən razılıq və rəğbətlə qarşılandığını söyləyərək əlavə edib ki, qarşıdan gələn prezident seçkilərində rayon sakinlərinin yeganə seçimi cənab İlham Əliyev olacaq.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16

