Ağcabədidə Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilmişdir
04.10.2025 [13:06]
Oktyabr ayının 3-də Beynəlxalq Müəllimlər Günü münasibətilə YAP Ağcabədi rayon təşkilatında tədbir keçirilib.
Tədbirdə YAP fəalları, müəllimlər, ADPU-nun Ağcabədi filialının, Ağcabədi Pedaqoji Kollecinin pedaqoji fakültələrinin tələbələri və YAP Ağcabədi rayon təşkilatının könüllüləri dəvət edilmişdir.
Tədbir iştirakçıları əvvəlcə müstəqil və müasir Azərbaycanın banisi, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad etdilər.
Tədbir YAP Ağcabədi rayon təşkilatının inzibati binasında davam etdirilmişdir.
Tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilmişdir.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və xalqımıza Qələbə sevinci yaşadan, dövlət müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərin, həmçinin dünyasını dəyişən müəllimlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad etdilər.
Tədbirdə açılış nitqi ilə çıxış edən YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov bütün müəllimləri peşə bayramları münasibətilə təbrik edirək, müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkdi.
Natiq çıxışında Ümummilli Lider Heydər Əliyevin həmişə müəllim əməyini yüksək qiymətləndirdiyini, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qaldığını, onun milli təhsil quruculuğu strategiyasının ölkənin tərəqqi və inkişafına zəmin yaratdığını qeyd etdi. Çıxışda Ulu Öndər Heydər Əliyevin maarifçilik ideyalarını ölkə Prezident cənab İlham Əliyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyeva tərəfindən əzmlə və uğurla həyata keçirildiyi vurğulandı.
Təşkilat sədri Rövşən Əhmədov bildirdi ki, Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində döyüşən əsgərlərimizin vətənpərvər ruhda yetişməsində, onlara milli ruhun aşılanmasında müəllimlərin rolu danılmazdır. Vətən üçün layiqli vətəndaş, əsgər, qürurla və əzmlə torpaqlarını düşmən işğalından azad etmək məqsədilə canından keçməyə hazır olan qəhrəmanlar yetişdirən müəllimlərin əməyi və rolu inkaredilməz bir faktdır.
Tədbirdə çıxış edən “Aran yolu” qəzetinin redaktoru Məhsəti Ağayeva, Ağabəyli kənd ümumi orta məktəbinin müəllimi Hökümə Rüstəmova, Ağcabədi şəhər 4 saylı məktəbin əməkdaşı, Şəhid Həsən Süleymanovun həyat yoldaşı Qumru Süleymanova, Ağcabədi şəhər 6 saylı tam orta məktəbin direktoru Nərminə Əkbərova və Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayonu üzrə Təhsil Sektorunun məsləhətçisi Əliş Rüstəmli cəmiyyətdə müəllimin əməyinin böyüklüyünü vurğulayaraq qeyd etdilər ki, xalqımızın milli təfəkküründə müəllim adı hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunur, böyük hörmətlə və yüksək ehtiramla çəkilir. Çıxış edənlər müqəddəs peşəni şərəflə və məsuliyyətlə yerinə yetirən müəllimlərə pedaqoji fəaliyyətlərində uğurlar dilədilər.
YAP Ağcabədi rayon təşkilatı tərəfindən rayonun ictimai-siyasi həyatında fəaliyyətinə və səmərəli pedaqoji fəaliyyətinə görə bir qrup müəllim, partiya fəalları və könüllülərə Fəxri Fərman, təşəkkürnamə, sertifikat, həmçinin hədiyyələr təqdim edildi.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatdı.
Sonda tədbir iştirakçıları xatirə şəkili çəkdirdilər.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

