Sumqayıt seçiciləri YAP-ın namizədi cənab İlham Əliyevi seçib
02.10.2013 [10:16]
YAP Sumqayıt şəhər təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində şəhər seçiciləri ilə görüş keçirib
Oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində Sumqayıt şəhərində seçicilərlə növbəti görüş keçirilib. Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilən görüşdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin həyat və fəaliyyəti ilə bağlı məlumat verib.
Şəhər təşkilatının sədri bildirib ki, son 10 ildə ölkəmiz yüksək inkişaf yolu keçib. A.İmaməliyev son 10 ildə əldə olunan nailiyyətlərdən danışıb: “Bu gün Sumqayıt özünün inkişafının yeni mərhələsini yaşayır. Mən əminəm ki, qədirbilən sumqayıtlılar hər zaman olduğu kimi, bu dəfə də seçkilərdə yüksək fəallıqla iştirak edəcəklər və öz seçimlərində hər zaman olduğu kimi, dövlətçiliyimizi, birliyimizi, inkişafımızı seçəcəklər”.
Çıxış edən təbliğat-təşviqat qrupunun üzvü, Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanov bildirib ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Natiq sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli liderin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən davam etdirilən daxili və xarici siyasət xəttinin dayandığını önə çəkib.
Daha sonra çıxış edən təbliğat-təşviqat qrupunun üzvü Əbülfəz Babayev deyib ki, gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub.
Çıxış edən millət vəkili Leyla Abdullayeva Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində regionlarda yeni məktəblərin, diaqnostika mərkəzlərinin, olimpiya komplekslərinin tikilməsindən danışıb. Millət vəkili bildirib ki, ötən müddət ərzində atılan addımlar və sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir.
Tədbirdə çıxış edən təbliğat-təşviqat qrupunun üzvləri Fəxrəddin Rəhimov, Aydın Nağıyev, Eldar İsmayılov Sumqayıt sakinlərinin hər zaman dövlətçiliyin keşiyində dayandığını bildiriblər. Onlar oktyabrın 9-da sumqayıtlıların birmənalı şəkildə inkişafımızı davam etdirəcək namizədə-Yeni Azərbaycan partiyasının namizədi İlham Əliyevə səs verəcəyini söyləyiblər.
Tədbirdə bir daha vurğulanıb ki, hər bir Sumqayıt seçicisi bu gün ölkə Prezidentinin apardığı siyasi kursu dəstəkləyir. Əminlik ifadə olunub ki, Sumqayıt sakinləri ölkəmizdəki siyasi-iqtisadi sabitliyi dəstəkləyirlər və bu dəstəyi oktyabrın 9-da YAP-ın namizədi cənab İlham Əliyevə səs verməklə növbəti dəfə nümayiş etdirəcəklər.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

