İtaliya–Azərbaycan Universitetinin yaradılması xüsusi əhəmiyyətə malikdir
07.10.2025 [15:41]
Toğrul Zeynalov
YAP Ağdam rayon təşkilatının əməkdaşı
İtaliya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü iki ölkə arasında strateji tərəfdaşlığın yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmadığını, eyni zamanda elm, təhsil və mədəniyyət kimi dəyərlər üzərində də qurulduğunu aydın şəkildə ortaya qoyur. Prezident İlham Əliyevin 30 sentyabr tarixində İtaliya Prezidenti Sercio Mattarella ilə birgə mətbuata verdiyi bəyanatında bu universitetin təsis olunmasının mühüm tarixi hadisə kimi qiymətləndirilməsi, onun gələcək nəsillərə hesablanmış uzaqgörən bir qərar olduğunu təsdiqləyir. İtaliyanın nüfuzlu ali təhsil ocaqlarının bu layihəyə qoşulması, Azərbaycanda Avropa təhsil ənənələrinə uyğun tədrisin təşkilinə, yerli tələbələrin beynəlxalq səviyyədə rəqabətqabiliyyətli biliklərə yiyələnməsinə şərait yaradacaq. Universitet yalnız bir təhsil mərkəzi kimi deyil, eyni zamanda elmi tədqiqatların aparıldığı, professor-müəllim heyəti və tələbələr arasında qarşılıqlı akademik əməkdaşlığın inkişaf etdiyi, yeni ideyaların və texnoloji innovasiyaların formalaşdığı bir məkana çevriləcək.
Bununla yanaşı, bu ali təhsil müəssisəsi iki ölkənin gənc nəslinin bir-birinin tarixi, dili, ədəbiyyatı və mədəni dəyərləri ilə tanış olmasına, qarşılıqlı anlaşma və hörmətin dərinləşməsinə xidmət edəcək. Mədəni diplomatiyanın güclənməsi və xalqlar arasında bağların daha da sıxlaşması baxımından bu cür təşəbbüslər olduqca əhəmiyyətlidir. İtaliya-Azərbaycan Universiteti həm də Avropa ilə Cənubi Qafqaz arasında təhsil və mədəniyyət sahəsində körpü rolunu oynayaraq, bölgədə elmi biliklərin yayılması, qabaqcıl tədris metodlarının tətbiqi və qlobal elm məkanına inteqrasiya istiqamətində mühüm bir mərkəzə çevriləcək. Bu, ölkəmizin ali təhsil sisteminin beynəlmiləlləşməsi və insan kapitalının inkişafı üçün əlavə imkanlar yaradacaq, eyni zamanda İtaliya üçün də Azərbaycanla münasibətlərin dərinləşdirilməsi baxımından strateji əhəmiyyət daşıyacaq. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu universitetin yaradılması iki ölkə arasında dostluğun və əməkdaşlığın rəmzi olmaqla bərabər, gələcək nəsillər üçün də ortaq elmi və mədəni irsə töhfə verəcək böyük bir layihədir. Bu baxımdan, İtaliya-Azərbaycan Universiteti təkcə iki dövlətin təhsil sahəsində uğurlu əməkdaşlığı deyil, bütövlükdə ortaq gələcəyə hesablanmış və hər iki xalqın rifahına xidmət edən strateji humanitar platformadır.
Xəbər lenti
Hamısına baxDünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52

