Əməkdaşlığa töhfə verən Düşənbə iclası
13.10.2025 [14:59]
2025-ci il oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edib. Prezident öz nitqində MDB məkanında əməkdaşlığın inkişafı, Azərbaycanın bu qurumdakı rolu, mədəniyyət sahəsində təşəbbüslər və ikitərəfli münasibətlərə dair mühüm fikirlər səsləndirib.
Çıxışının əvvəlində ölkə başçısı cənab İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmona tədbirin yüksək səviyyədə təşkili və qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, Tacikistan xalqını ölkənin inkişafı münasibətilə təbrik edərək, Düşənbənin son illərdə keçdiyi inkişaf yolundan məmnunluğunu ifadə edib. Şəhərin gözəlləşməsi, infrastrukturun yenilənməsi və ümumi abadlıq işləri Azərbaycan tərəfinin də diqqətindən yayınmayıb.
Cənab Prezident çıxışında Azərbaycan ilə Tacikistan arasındakı dostluq və qardaşlıq münasibətlərinə də xüsusi yer ayırıb. O qeyd edib ki, bu münasibətlər qarşılıqlı hörmət, dəstək və əməkdaşlıq prinsiplərinə əsaslanır. Hər iki ölkə arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur.
Çıxışda diqqət çəkən mühüm məqamlardan biri də Azərbaycanın mədəni irsinin MDB məkanında təqdimatı ilə bağlı idi. Prezident Laçın şəhərinin 2025-ci il üçün MDB-nin mədəniyyət paytaxtı elan olunmasına görə bütün üzv dövlətlərə təşəkkür edib. Laçının uzun illər erməni işğalı altında qalmasından sonra azad olunaraq bərpa edilməyə başlandığını və hazırda müasir infrastrukturla yenidən qurulduğunu vurğulayıb. O bildirib ki, Laçın yalnız Azərbaycanın deyil, həm də ümumilikdə bölgənin qədim və zəngin tarixə malik şəhərlərindən biridir. Bu şəhərdə keçirilən MDB Mədəniyyət Paytaxtı ili çərçivəsində tədbirlər Azərbaycanın mədəniyyətini üzv ölkələrə daha yaxından tanıtmaq baxımından mühüm rol oynayıb.
Cənab Prezident çıxışında idman sahəsində əməkdaşlıq da önə çəkilib. O, bu ilin sentyabr-oktyabr aylarında Azərbaycanda keçirilən III MDB Oyunlarının əhəmiyyətindən bəhs edib. Gəncə şəhərində başlanan və bir neçə digər bölgəni əhatə edən bu oyunlarda 13 ölkədən 1600-dən çox idmançı iştirak edib. Bu tədbirin MDB ölkələri arasında dostluq, sağlam rəqabət və inteqrasiyanın inkişafına xidmət etdiyi qeyd olunub.
Çıxışının sonunda Dövlət rəhbəri cənab İlham Əliyev MDB çərçivəsində humanitar əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayaraq, təşkilatın yalnız siyasi və iqtisadi deyil, eyni zamanda mədəni sahədə də mühüm platforma olduğunu bildirib. O, iştirakçılara diqqət və dinləməyə görə təşəkkürünü bildirərək çıxışını yekunlaşdırıb.
Cənab Prezidentin bu çıxışı Azərbaycan dövlətinin MDB məkanında fəal rol oynadığını, regional əməkdaşlığa töhfə verməyə davam etdiyini və ölkənin mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına önəm verdiyini bir daha göstərdi.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

