Ölkəmiz beynəlxalq münasibətlər sistemində çoxşaxəli və balanslaşdırılmış siyasət yürüdür
14.10.2025 [17:45]
Məlum olduğu kimi, dünən Misirdə yalnız Yaxın Şərqin deyil, dünyanın gələcək taleyini həll edə biləcək sammit keçirilib. Şarm-əl-Şeyxdə Qəzza bölgəsinin gələcəyi ilə əlaqədar təşkil olunan sammitdə qlobal siyasətdə söz sahibi olan dövlətlərin başçıları iştirak ediblər.
Xüsusilə qeyd lazımdır ki, həyata keçirdiyi müstəqil siyasətlə qlobal nüfuzu artan, adı dünyanın tanınmış siyasətçiləri arasında çəkilən, etibarlı tərəfdaş statusuna sahiblənən Prezident İlham Əliyev də sammitə dəvət olunanlar sırasında yer alıb. İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak edib. Qeyd edək ki, bu yüksəksəviyyəli siyasi tədbirə Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer, İtaliya Nazirlər Şurasının Sədri Corcia Meloni, İspaniyanın Baş naziri Pedro Sançes, həmçinin Yaponiya, Hindistan, Kanada, Yunanıstan, Bəhreyn, Əl-Küveytin, Qətər və İordaniyanın xarici işlər nazirləri, eləcə də BMT və Avropa İttifaqının təmsilçiləri qatılıblar.
Yeri gəlmişkən, qeyd edək ki, Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp tərəfindən sammitə şəxsən dəvət olunması isə artıq Azərbaycanın qlobal siyasətdə özünəməxsus yer tutduğunu göstərir. Azərbaycan Prezidentinin Yaxın Şərq Sülh Sammitinə dəvət alması heç də təsadüfi xarakter daşımır. Ölkəmiz Suriyaya yardım məqsədilə təbii qaz ixrac etməsi faktı Prezident İlham Əliyevin humanist baxışlarını göstərməklə yanaşı, sülhə doğru addım atan siyasi liderlik qabiliyyətində olduğunu da nümayiş etdirir. Bütün bunlar Azərbaycan Prezidentinin dünya liderləri sırasında sülhsevər dövlət başçısı kimi nüfuzunu möhkəmləndirir. Ölkəmiz özünün praqmatik siyasi xətti və iqtisadi inkişafı ilə dünya birliyində layiqli yerini tutub. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan artıq regional oyunçu statusundan çıxaraq, qlobal səviyyədə problemlərin həllində iştirak edən ölkəyə çevrilməkdədir. Ümumiyyətlə, xarici siyasətin düzgün müəyyənləşdirilməsi və icrası dünyanın mürəkkəb və həssas bölgəsində - coğrafi baxımdan Qərb və Şərqin kəsişməsində, sivilizasiyaların qovuşma məkanında, strateji yanaşmalarda isə geosiyasi və geoiqtisadi maraqların üst-üstə düşdüyü ərazidə yerləşən Azərbaycan üçün həm ötən dövrlərdə, həm də indi müstəsna əhəmiyyətə malikdir. Məhz bu siyasət nəticəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində rolu və nüfuzu yetərincə yüksəkdir. 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyünün ardınca ölkəmizin 2017-2019-cu illər üçün 176 səs lehinə olmaqla BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilməsi, 2019-cu ildə isə dünyanın 120 ölkəsini birləşdirən Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürməsi xarici siyasətimizin nailiyyətləri kimi tarixə yazılıb. Onu da qeyd edək ki, həyata keçirdiyi müstəqil siyasətlə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Prezident İlham Əliyev hadisələri düzgün analizetmə, doğru qərarvermə bacarığı, uğurlu hücum diplomatiyası ilə ölkəmizi həm də dünyada etibarlı tərəfdaş kimi tanıdıb. Müasir dünyamızın acı reallıqları fonunda İlham Əliyev coğrafi cəhətdən elə də böyük olmayan dövləti - Azərbaycanı beynəlxalq siyasətin subyektindən onun mühüm aktoruna çevirib. Azərbaycan qısa zaman ərzində Avropanın enerji təhlükəsizliyinin təminatçısı statusuna sahiblənib.
Məlumdur ki, təkcə son illərin xarici siyasətinin uğurlarına nəzər yetirsək aydın şəkildə görərik ki, ölkəmizlə müxtəlif sahələr üzrə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artmaqdadır. Həmçinin Azərbaycan da bir çox böyük dövlətlərlə strateji tərəfdaşlığını gücləndirməkdə maraqlıdır. Əlbəttə ki, Ölkəmizin strateji tərəfdaşlıq etdiyi ölkələrin sayının artmasını, müttəfiqlərinin coğrafiyasının genişlənməsini şərtləndirən əsas amil isə İkinci Qarabağ müharibəsindəki şanlı Zəfərimizdir. Bu gün İlham Əliyev şəxsiyyətinə, liderliyinə, geosiyasi, geoiqtisadi miqyasda nəzər yetirsək görərik ki, dövlətimizin başçısı təkcə Azərbaycanın, Qafqazın alternativsiz lideri deyil, o, ümumiyyətlə, dünya miqyasında tanınan qlobal liderliyi etiraf olunan şəxsiyyətdir. Elə bir beynəlxalq və mötəbər toplantı yoxdur ki, Azərbaycan Prezidenti həmin tədbirlərə dəvət edilməsin və orada müasir dövrün çağırışları, mövcud prblemlərinin həlli yolları barədə fikirlər səsləndirməsin, təkliflərini irəli sürməsin. Yəni İlham Əliyev təkcə bütün regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq dünya miqyasında baş verən qlobal hadisələr zamanı qətiyyətli mövqe nümayiş etdirir. Dövlətimizin başçısının təşəbbüsləri qlobal miqyasda beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. Buna misal olaraq İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi irəli sürdüyü qlobal təşəbbüslər, mühüm təklifləri göstərmək olar. Prezident İlham Əliyev beynəlxalq siyasət arenasında artan nüfuzu və strateji yanaşmaları ilə diqqət çəkir. Bu da onu göstərir ki, İlham Əliyev yalnız Azərbaycanın milli maraqlarını qorumaqla kifayətlənmir, eyni zamanda regiondakı və qlobal səviyyədəki sülh və sabitlik proseslərinə təsir edir. Prezident Ilham Əliyevin Yaxın Şərq Sülh Sammitində iştirakı da bu nüfuzun daha da gücləndiyinin təsdiqidir. İlham Əliyevin məsələlərə diplomatik yanaşması Azərbaycanı yalnız regionda deyil, həm də beynəlxalq aləmdə etibarlı və nüfuzlu bir tərəfdaş kimi tanıdıb. Yaxın Şərq Sülh Sammitində iştirak edən Prezident Əliyev Azərbaycanı yalnız enerji ixracatçısı kimi deyil, həm də beynəlxalq sülh və təhlükəsizlik məsələlərində fəal iştirak edən bir aktor olaraq təqdim edib. Bu onun Azərbaycanın beynəlxalq məsələlərdə yalnız regional deyil, qlobal məsələlərdə də mühüm söz sahibi olduğunu göstərir.
Ən əsası, Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitindəki iştirakı ölkəmizin qlobal siyasətdəki artan rolunu bir daha nümayiş etdirir. Onun diplomatik ustalığı, regiondakı və dünya miqyasında sülhün bərpa edilməsinə yönəlmiş səyləri, həmçinin Azərbaycanın multikultural dəyərlərə və beynəlxalq əməkdaşlığa verdiyi əhəmiyyət onu qlobal siyasət arenasında etibarlı və güclü bir lider olaraq tanıdır. Bu, yalnız ölkəmiz üçün deyil, bütün dünyada sabitlik və qarşılıqlı anlaşmanın təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.
Mahir Hacıyev,
YAP Göygöl rayon təşkilatı üzrə Heyvandarlıq Elmi Tədqiqat İnstitutu ərazi partiya təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34

