/ / Nəsimi rayonunda “Azərbaycan Respublikasının uğurları: Müstəqillikdən tam suverenliyə doğru” adlı tədbir keçirilib”
Nəsimi rayonunda “Azərbaycan Respublikasının uğurları: Müstəqillikdən tam suverenliyə doğru” adlı tədbir keçirilib”
16.10.2025 [12:04]
Oktyabrın 15-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Dillər Universitetində Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və R.Behbudov küçəsi 134 ünvanı üzrə (Azərbaycan Dillər Universiteti) Ərazi Partiya Təşkilatının 18 Oktyabr - Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr edilmiş “Azərbaycan Respublikasının uğurları: Müstəqillikdən tam suverenliyə doğru” mövzusunda tədbir keçirilib.
Öncə Dövlət Himni səsləndirilib.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın müstəqillik tarixindən bəhs edən videoçarx izlənilib.
Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, 18 oktyabr - Müstəqilliyin Bərpası Günü ilə bağlı çıxış edib.
Qeyd olunub ki, Ulu öndər Heydər Əliyevin müdrikliyi və siyasi iradəsi Azərbaycanı güclü dövlətə çevirib, gələcək inkişafını sürətləndirib.
Bildirilib ki, Ulu Öndər hakimiyyətə qayıtdığı ilk gündən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini daim diqqət mərkəzində saxlayaraq, bu istiqamətdə mühüm islahatların reallaşdırılmasını təmin edib:
“Müstəqillik əldə olunandan bu günə qədər suverenliyimizin bərpası istiqamətində görülən işlər asan başa gəlməyib. Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin ilk keşiyində duran və onun inkişafının təməlini qoyan dahi şəxsiyyətdir."
Sonra çıxış edən Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov tədbirin təşkilatçılarına və ADU rəhbərliyinə təşəkkürünü bildirərək qeyd edib: “Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə edib”.
Bildirilib ki, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev ən yeni tariximizin çətin anlarından şərəflə çıxaraq, müstəqilliyimizin gerçəkləşməsində və ictimai-siyasi həyatımızın bütün istiqamətləri üzrə inkişafının təmin edilməsində qarant rolunu oynayıb.
Daha sonra professor İbrahim Kazımbəyli “Azərbaycan Respublikasında müstəqilliyin bərpası və tam suverenlik istiqamətində atılan uğurlu addımlar”, ADU-nun Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müəllimi Zərifə Əliyeva “Azərbaycan Respublikasında siyasi sistemin formalaşdırılması və dövlət quruculuğu”, ADU-nun tələbəsi, “Yeni Klub”un sədri Mədinə Əhmədova isə “Azərbaycan gəncliyi tam suverenliyin bərpası dövründə” mövzularında məruzələrlə çıxış ediblər.
Tədbirin sonunda ADU tələbələrinin ifasında bədii kompozisiya təqdim olunub.
Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49

