Tarixi Zəfər və davamlı inkişafın yeni mərhələsi
20.10.2025 [12:54]
Elşən Alıyev
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
Azərbaycanın müasir tarixi xalqın yaddaşına qızıl hərflərlə yazılan qələbə səhifələri ilə zəngindir. 17 oktyabr 2020-ci il - bu tarix xalqın iradəsini, ordunun qüdrətini və dövlətin birliyini təcəssüm etdirən əlamətdar gündür. Məhz həmin gün şanlı ordumuz Füzuli şəhərini işğaldan azad edərək növbəti Zəfərini qazandı.
Qarabağ diyarının incisi olan Füzuli əsrlər boyu Şərq sivilizasiyasının, qədim ticarət yollarının və zəngin mədəni irsin ayrılmaz hissəsi kimi formalaşıb. Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər uzanan bu torpaq həm təbiət gözəlliyi, həm də mənəvi dərinliyi ilə fərqlənib.
Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır. XIII əsrə aid Şeyx Babi Yaqub və XIV əsrin Mirəli türbələri, qədim yaşayış yerləri və dini abidələr bu diyarın qədim sivilizasiyanın daşıyıcısı olduğunu sübut edir.
Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində Ermənistan tərəfindən işğal olunmuşdur. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür. Azərbaycan Respublikasının Silahlı Qüvvələri 1994-cü il yanvarın 5-də Füzuli rayonunun 22 yaşayış məntəqəsini işğaldan azad etmişdir.
İşğal illərində Füzuli yerlə-yeksan edildi, məscidlər təhqir olundu, qəbiristanlıqlar dağıdıldı, evlər külə döndü. Füzuli səssiz şəkildə qurtuluş gününü gözləyirdi. Vətən müharibəsinin ən ağır və strateji əhəmiyyətli döyüşlərindən biri məhz Füzuli uğrunda gedirdi. Düşmən bu ərazini 27 il müddətində keçilməz istehkamlarla möhkəmləndirmişdi. Buna baxmayaraq, Azərbaycan Ordusu yüksək peşəkarlıqla bu müdafiə xətlərini yararaq Füzulini azad etdi. Bu şanlı Qələbə hərb tarixində yeni dövrün başlanğıcı oldu. Füzuli əməliyyatı həm ordunun taktiki çevikliyini, həm də xalq-iqtidar-ordu birliyinin qüdrətini bütün dünyaya nümayiş etdirdi.
2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edilmişdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25325 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən, 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olub. 2023-cü ilin avqustunda Füzuliyə ilk köç karvanlarının yola düşməsi ilə şəhərin tarixində yeni səhifə başladı. Artıq yüzlərlə ailə doğma yurduna qayıdıb, küçələrdə həyatın səsi yenidən eşidilir. Böyük Qayıdış Proqramı çərçivəsində yaxın illərdə 22 minə yaxın insanın Füzulidə məskunlaşması planlaşdırılır.
Artıq Füzuli Cənubi Qafqazın bərpa və yenidənqurma mərkəzlərindən birinə çevrilib. “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” əsasında həyata keçirilən layihələr şəhərin gələcəyini müasir və davamlı inkişaf prinsipləri üzərində formalaşdırır. “Füzuli” yarımstansiyası, Rəqəmsal İdarəetmə Mərkəzi, Köndələnçay su anbarı, Zəfər və Füzuli–Şuşa avtomobil yolları regionun sosial-iqtisadi həyatına yeni nəfəs gətirib. Qısa müddətdə inşa edilən Füzuli Beynəlxalq Hava Limanı isə regional logistikanın strateji mərkəzinə çevrilərək beynəlxalq əməkdaşlığa yeni imkanlar açıb.
Füzulinin bərpasında dost və qardaş ölkələrin dəstəyi xüsusi önəm daşıyır. Özbəkistanın təşəbbüsü ilə inşa edilən Mirzə Uluqbəy adına məktəb və Qazaxıstanın dəstəyi ilə yaradılan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi ortaq dəyərlərimizin və türk dünyası həmrəyliyinin parlaq təzahürüdür. Bu layihələr dostluğun və ortaq gələcəyə inamın təzahürüdür.
Füzulidə inşa edilən hər bina, salınan hər park, açılan hər məktəb xalqın birliyinin, dövlətin gücünün və Zəfər ruhunun təcəssümüdür. 17 oktyabr xalqın əzmini, milli qürurunu və yenidən doğulan həyatın təntənəsini ifadə edən müqəddəs tarixdir.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

