Sabunçu rayonunda energetiklərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib
21.10.2025 [14:08]
Sabunçu rayonunda energetiklərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyyəti başçısı Adil Vəliyev bildirib ki, artıq 21 ildir Azərbaycan energetikləri 20 oktyabrı öz peşə bayramları günü kimi qeyd edirlər. Bu tarix Azərbaycanın həyatında xüsusi əhəmiyyət kəsb edən əlamətdar bir hadisəyə əsaslanır. Düz 44 il əvvəl, 1981-ci il oktyabrın 20-də “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) birinci enerji bloku Ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilib, bununla da Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsası qoyulub.
YAP Sabunçu Rayon Təşkilatının sədri Araz Xudadanov qeyd edib ki, Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamı ilə 20 oktyabrın ölkəmizdə Energetiklər Günü kimi təsis edilməsi milli energetika sahəsinə və bu sahədə çalışan insanların fədakar əməyinə ölkə rəhbərliyinin verdiyi böyük dəyərin ifadəsidir. Bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi enerji siyasəti, xüsusilə də bərpa olunan enerji mənbələri sahəsində atılan addımlar, Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan edilməsi bu sahəyə olan diqqətin bariz göstəricisidir.
Daha sonra çıxış edən Rayon İcra Hakimiyyyəti başçısının I müavini Elşən Həsənli və müavin Ramil Əliyev rayon ərazisində enerji təchizatı sahəsində çalışan əməkdaşları peşə bayramları münasibətilə təbrik ediblər.
Sonda Sabunçu Rayon Enerji Təchizatı və Satışı idarəsinin rəisi Ülvi Həsənov və Maştağa Enerji Təchizatı və Satışı idarəsinin rəisi Paşa Əliyev Sabunçu Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif olunublar. Həmçinin Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatı tərəfindən rayon ərazisində enerji təchizatı sahəsində çalışan partiya üzvləri Əlsafa Quliyev və Rasim Əhmədov da Diplomla təltif olunublar.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

