Zəfər dolu tariximizin parlaq səhifəsi
23.10.2025 [18:24]
Samir Qocayev
YAP Goranboy rayon təşkilatının sədri
“Bu gün səhərdən yağış yağırdı, biz Qubadlıya çatanda gün çıxdı. Təbiət də bizi salamlayır, bizi alqışlayır. Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı.” Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi Zəfərimizdən sonra 2020-ci il dekabr ayının 23-də Qubadlıya ilk səfəri zamanı Azərbaycan Bayrağının ucaldılmasından sonra səsələndirdiyi bu fikirlər sahibinə qovuşan torpaqlarımızın sevincinə havanın da dəstək olduğunu nümayiş etdirdi.
25 oktyabr Qubadlı Şəhəri Günüdür. Qubadlı rayonunun və Qubadlı şəhərinin azad edilməsi böyük strateji üstünlüyü təmin etdi. Çünki Qubadlıdan sonra növbəti istiqamət Laçın rayonu idi. Qubadlıdan Laçın rayonunun cənub hissəsinə gedən yol daim atəş altında idi. Çünki Laçın rayonuna gedən yol Ermənistanın dövlət sərhədinin yanı ilə keçir. Ona görə hərbi birləşmələrimiz digər müxtəlif yollarla, cığırlarla dağları aşaraq Laçın rayonunun strateji yüksəkliklərində yerləşmişdir. Beləliklə, Laçın rayonunun cənub hissəsində yerləşən Güləbird, Səfiyan və Türklər kəndi azad edildi və eyni zamanda, strateji yüksəkliklər ələ keçirildi.
Düşmən bilirdi ki, Şuşa azad edilmədən müharibə dayana bilməz. Dövlət başçısı İlham Əliyev sözügedən çıxışında bu məqamı da xüsusi qeyd etmişdir ki, erməni silahlı qüvvələri Laçın rayonunun cənub hissəsini götürəndən sonra bu tərəfdən Şuşaya gedəcəyimizi düşünürdülər. Azərbaycan Ordusu Şuşaya başqa yolla getdi. Bu günə qədər də onlar inana bilmirlər ki, qəhrəman əsgər və zabitlərimiz o dağlardan, dərələrdən, meşələrdən necə keçərək Şuşaya yaxınlaşıb və Şuşanı işğaldan azad ediblər. Bu baxımdan Qubadlı əməliyyatının çox böyük əhəmiyyəti var idi. Çünki Qubadlıdan sonra Şuşa şəhərini işğaldan azad etdik. Oktyabrın 25-də Qubadlı azad olundu və noyabrın 8-də Şuşa şəhəri azad edildi. Beləliklə, düşmən təslim olmağa məcbur oldu.
Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdi. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır.
Azərbaycan Ordusunun yazdığı Zəfər tarixi ölkəmizin gücünü, qüdrətini, dövlətimizin qətiyyətini, dəyişməz mövqeyini bir daha dünyaya çatdırdı. 44 günlük İkinci Qarabağ müharibəsində 5 şəhər, 4 qəsəbə, 300-ə yaxın kənd işğaldan azad edilib. 44 günün hər günü tariximizin zəfər səhifələri ilə zəngindir. Çünki elə bir gün yox idi ki, hansısa şəhər və kəndin işğaldan azad edilməsi müjdəsi verilməsin. Cəbrayl, Füzuli, Zəngilan şəhərlərinin ardınca Qubadlı şəhəri azadlığına qovuşdu. Vətən müharibəsinin gedişi dövründə Qubadlı şəhəri daxil olmaqla rayonun 41 kəndi işğaldan azad edildi.
2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.
Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizdən bəhs edərkən hazırkı dövrün əsas çağırışının məhz işğaldan azad edilmiş torpaqlarımızın bərpası və yenidən qurulması olduğunu bildirir. Bu prosesdə yeganə rəqib zamandır. Bu baxımdan ki, mənfur düşmən 30 ildə bu torpaqlarımızı tamamilə dağıdıb, yerlə-yeksan edib, həmçinin minalar basırıb. Minaların təmizlənməsi böyük vaxt itkisidir. Bunun ardınca bərpa-quruculuq işlərinin də aparılması üçün xeyli zaman gərəkdir. Ermənilər bu ərazilərdən izimizi silmək üçün bütün tikililəri tamamilə dağıdıblar. Hazırda bütün işğaldan azad edilmiş torpaqlarımız erməni vəhşiliklərinin şahidləridir.
Bütün bunlara baxmayaraq torpaqlarımızın öz sahibində olmasından sevincliyik. Milli kimliyimiz, qürurumuz özümüzə qayıdıb. Dünya Azərbaycan xalqının yenilməz, məğrur xalq olduğunun bir daha şahidi oldu. Bu gün bütün torpaqlarımızda bərpa-quruculuq işləri həyata keçirilir. İşlərin sistemliliyini təmin etmək üçün şəhərlərin Baş planları təqdim edilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2025-ci il 9 sentyabrda “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etmişdir. Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Dövlət başçısı İlham Əliyevin son beş ildə Qubadlıya səfərləri Böyük Qayıdışa xidmət edən mühüm addımlarla zəngindir. Tezliklə qayıdışın növbəti ünvanlarından biri Qubadlı olacaq.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

