Azərbaycan-Qazaxıstan əməkdaşlığı türk dövlətləri birliyinin parlaq nümunəsinə çevrilib
24.10.2025 [12:00]
Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
Oktyabrın 21-də Astanada keçirilən Azərbaycan–Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclası və dövlət başçılarının mətbuata verdiyi bəyanatlar iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyəsini, strateji xarakterini və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın dərin məzmununu bir daha nümayiş etdirir. Bu görüşlər həm də Avrasiya məkanında yaxın əlaqələrin, iqtisadi inteqrasiyanın və regional tərəfdaşlıq təşəbbüslərinin inkişafı baxımından mühüm tarixi hadisə kimi dəyərləndirilir. Azərbaycan və Qazaxıstan arasında müntəzəm siyasi təmaslar, liderlər səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər və imzalanan sənədlər münasibətlərin uzunmüddətli, çoxşaxəli və strateji əsaslar üzərində qurulduğunu təsdiqləyir.
İşğal dövründə Qazaxıstanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə birmənalı və prinsipial dəstəyi iki ölkə arasındakı qardaşlıq münasibətlərinin sarsılmazlığını bir daha göstərir. Beynəlxalq platformalarda Qazaxıstanın ədalətli mövqedən çıxış etməsi, Qarabağ probleminin beynəlxalq hüquq prinsipləri çərçivəsində həllinə çağırışları regionda sülh və ədalətin bərqərar olmasına mühüm töhfə verib. Bu münasibətlər sadəcə siyasi və diplomatik əməkdaşlıqla məhdudlaşmır, həm də ümumi tarixi köklərə, mənəvi yaxınlığa və türk dünyası birliyinə əsaslanır. Dost və qardaş ölkənin Azərbaycanın haqlı mövqeyini daim müdafiə etməsi xalqlarımız arasında qarşılıqlı etimadın, qardaşlıq duyğularının və mənəvi həmrəyliyin real ifadəsidir.
Azərbaycan tərəfi də eyni şəkildə Qazaxıstanın beynəlxalq təşəbbüslərini dəstəkləyir, xüsusilə Türk Dövlətləri Təşkilatı, BMT və İƏT kimi beynəlxalq qurumlar çərçivəsində vahid mövqedən çıxış edir. Bu amillər iki dövlətin xarici siyasət kursunun strateji tərəfdaşlıq ruhunda formalaşdığını göstərir. Müasir dövrdə həmin dost dövlətlərin regional və qlobal proseslərdə bir-birini dəstəkləməsi onların beynəlxalq aləmdə nüfuzunun daha da artmasına, Türk dünyasının birliyinin möhkəmlənməsinə və Avrasiya regionunda sabit inkişaf modelinin formalaşmasına xidmət edir.
Prezident İlham Əliyevin bəyanatında vurğulayıb ki, avqustun 8-də Vaşinqtonda, Ağ Evdə Prezident Trampın iştirakı və onun bu prosesə fəal köməyi ilə sülh sazişinin paraflanmasından sonra Qazaxıstan birincilər sırasında bu məsələyə öz münasibətini bildirib. Dövlətimizin başçısı Kasım-Jomart Kemeleviç ilə telefon danışığının olduğunu, ona əldə edilən razılaşmaların bütün detalları haqqında məlumat verdiyini və bir daha Azərbaycana qardaş münasibətinin şahidi olduğunu qeyd edib. Qazaxıstanın bu prosesə göstərdiyi siyasi və mənəvi dəstək, eləcə də Ermənistana tranzit yüklərin açılması ilə bağlı ilk təşəbbüsün Qazaxıstan tərəfindən reallaşdırılması regionda real əməkdaşlıq mühitinin formalaşdığını göstərir. Bu faktorlar sülhün artıq praktik müstəviyə keçdiyini, qarşılıqlı iqtisadi və logistika əlaqələrinin canlanmasına şərait yaratdığını sübut edir. Beləliklə, Cənubi Qafqazda yaranan yeni vəziyyət dayanıqlı tərəfdaşlığın və uzunmüddətli sabitliyin əsasını təşkil edir.
Prezident İlham Əliyev çıxışında azad edilmiş ərazilərin bərpası və yenidən qurulması prosesində Qazaxıstanın dəstəyini qeyd edib. Füzuli şəhərində Qazaxıstan tərəfindən inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi bu qardaşlığın parlaq təzahürünə çevrilib. Bu layihə həm də xalqlar arasında mədəni və mənəvi əlaqələrin güclənməsinə yönələn vacib addımdır. Böyük Qayıdış Proqramı çərçivəsində belə layihələrin həyata keçirilməsi Qazaxıstanın həmrəyliyini, birgə gələcəyə inamını və dostluq ənənələrinin möhkəmliyini əks etdirir.
İqtisadi və ticarət əlaqələri baxımından Azərbaycan–Qazaxıstan münasibətləri son illərdə ən yüksək səviyyəyə çatıb. Hökumətlərarası Komissiyanın fəaliyyəti nəticəsində əmtəə dövriyyəsi sürətlə artır, yeni investisiya layihələri icra olunur. Birgə İnvestisiya Fondunun yaradılması iki ölkənin biznes mühitinə yeni nəfəs gətirib, enerji, logistika, kənd təsərrüfatı və sənaye sektorlarında çoxsaylı layihələrin icrasına real imkan yaradıb. Bu iqtisadi dinamizm strateji tərəfdaşlığın dayanıqlı əsaslarını möhkəmləndirir.
Energetika sahəsində əməkdaşlıq xüsusi strateji məna daşıyır. Xəzərin dibi ilə elektrik kabeli layihəsi və bərpaolunan enerji mənbələrinin inkişafı üzrə həyata keçirilən birgə təşəbbüslər təkcə iqtisadi fayda deyil, həm də Avrasiya enerji təhlükəsizliyinə mühüm töhfə kimi dəyərləndirilir. Eyni zamanda, bu əməkdaşlıq regionun enerji tranziti xəritəsini yenidən formalaşdırır və gələcəkdə yaşıl enerjiyə keçid prosesinə təkan verir.
Nəqliyyat və logistika sahəsində Orta Dəhliz və Zəngəzur dəhlizi kimi layihələr Avrasiya məkanının geoiqtisadi strukturunu dəyişdirəcək. Azərbaycan ərazisində avtomobil və dəmir yolu xətlərinin bərpası 2026-cı ilin ortalarında tamamlanacaq, bu marşrutlar Asiya ilə Avropanı birləşdirən strateji arteriyalara çevriləcək. Həmin layihələr həm də siyasi və mədəni inteqrasiyanın güclənməsi baxımından xüsusi əhəmiyyətə malikdir.
Mədəni-humanitar əməkdaşlıq istiqamətində Azərbaycan və Qazaxıstan arasında mövcud əlaqələr yeni mərhələyə qədəm qoyur. Hər iki ölkədə mədəniyyət günlərinin təşkili, təhsil, elm və gənclər siyasəti sahəsində həyata keçirilən müştərək proqramlar xalqlar arasında qarşılıqlı anlayış və mənəvi birliyi daha da möhkəmləndirir. Gələcəkdə regionlarda daimi mədəni tədbirlərin keçirilməsi planı isə xalqlar arasında humanitar diplomatiyanın inkişafına xidmət edir.
Astanada keçirilən Ali Dövlətlərarası Şuranın ikinci iclası bir daha göstərir ki, Azərbaycan və Qazaxıstan münasibətləri sarsılmaz qardaşlıq və ortaq gələcək vizyonu üzərində qurulub. Hər iki dövlətin liderlərinin siyasi iradəsi, qarşılıqlı etimada əsaslanan münasibətlər və ümumi məqsədlər Avrasiya məkanında davamlı tərəfdaşlığın, sülh və inkişafın əsas dayaqlarıdır. Bu əməkdaşlıq modelinin uğuru regionun gələcəyinə inamı möhkəmləndirir və yeni geosiyasi reallıqlar fonunda Avrasiya birliyinin parlaq nümunəsinə çevrilib.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

