Azad Qubadlı: tarixi Zəfər və milli birliyin parlaq ifadəsi
26.10.2025 [00:33]
Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
25 oktyabr 2020-ci il Azərbaycan tarixinin şanlı səhifələrindən biridir. Həmin gün Qubadlı şəhərinin işğaldan azad olunması Vətən müharibəsində dönüş nöqtəsi kimi Zəfərin yaxınlaşmasını təmin edib. Bu əlamətdar hadisə həm də illərlə doğma yurd həsrəti ilə yaşayan Qubadlı sakinlərinin qəlbində sevinc və fərəh hissi yaratdı.
Qubadlı rayonu ölkənin cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşir. Ümumi sahəsi 802 kvadrat kilometr olan rayonun səthi əsasən dağlıqdır. Qərbdən Ermənistanla, şimaldan Laçın və Xocavənd, şərqdən Cəbrayıl, cənubdan isə Zəngilanla həmsərhəddir. Rayon ərazisindən Bərgüşad və Həkəri çayları və onların qolları – Ağa çayı, Kiçik Həkəri, Meydandərəsi axır. Qubadlının torpaqları təbii dərman bitkiləri, meşələr və faydalı qazıntılarla zəngindir. Hacılıda mişar daşı, Eyvazlıda əqiq, Başaratda mərmərləşmiş əhəng daşı, Mollabürhan ərazisində tuf daşı yataqları mövcuddur.
1988-ci ildən etibarən Ermənistanın hərbi təcavüzü Qubadlıya da sirayət etdi. 1993-cü il avqustun 31-də rayon tamamilə işğal olundu. İşğal nəticəsində 94 yaşayış məntəqəsi, minlərlə fərdi ev, sosial və mədəniyyət obyektləri, məktəblər, körpülər və inzibati binalar yerlə yeksan edildi. 29997 nəfər sakin doğma yurdlarından didərgin düşdü. Ermənilər burada beynəlxalq hüquqa zidd olaraq qanunsuz məskunlaşma siyasəti həyata keçirdilər. Cenevrə konvensiyalarının tələblərini pozaraq, müxtəlif ölkələrdən gətirilən ermənilər Qubadlı torpaqlarında - Xanlıq kəndində salınan qəsəbədə məskunlaşdırıldı.
2020-ci ilin 44 günlük Vətən müharibəsində Qubadlı əməliyyatı xüsusi əhəmiyyət daşıyırdı. Şəhərdə ermənilər güclü istehkamlar qurmuş, strateji yüksəkliklərdə mövqe tutmuşdular. Azərbaycan Ordusu yüksək peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirərək ilk növbədə bu yüksəklikləri azad etdi. Daha sonra ətraf kəndlər – Xanlıq, Padar, Sarıyataq və digərləri, nəhayət oktyabrın 25-də Qubadlı şəhəri düşməndən təmizləndi. Beləliklə, şanlı ordumuzun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad edildi.
Hər bir döyüşçünün fədakarlığı dövlət tərəfindən yüksək dəyərləndirilib. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis olunub və 15209 hərbi qulluqçu bu medalla təltif edilib.
Qubadlıda bərpa və yenidənqurma işləri planlı şəkildə həyata keçirilir. 2021-ci il oktyabrın 27-də “Qubadlı” gömrük postu yaradılıb. Bu post iqtisadi tənzimləmədə mühüm rol oynayır.
31 iyul 2023-cü il tarixli Sərəncama əsasən, işğaldan azad olunmuş ərazilər üzrə şəhər günləri təsis olunub. Bu qərara əsasən 25 oktyabr – Qubadlı şəhəri günü kimi qeyd edilir. Bu tarix həm Zəfərin, həm də dirçəlişin, quruculuğun başlanğıcı kimi əbədiləşdirilib.
Prezident İlham Əliyevin tapşırığı ilə Qubadlı-Eyvazlı avtomobil yolu inşa olunur. 28,5 km uzunluğunda və III texniki dərəcəyə uyğun olan bu yol həm sosial, həm də iqtisadi əhəmiyyət daşıyır. Bundan əlavə, 2023-cü il sentyabrın 5-də imzalanmış Sərəncama əsasən, “Yeni Qubadlı–Laçın avtomobil yolu”nun layihələndirilməsi və tikintisi üçün 20 milyon manat vəsait ayrılıb. Bu magistral yol Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının nəqliyyat əlaqələrini daha da möhkəmləndirəcək.
Nazirlər Kabinetinin 2025-ci il 9 sentyabr tarixli qərarı ilə “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilib. Bu sənəd Qubadlının müasir, ekoloji baxımdan dayanıqlı şəhər kimi formalaşmasını təmin edəcək. Hazırda Mahruzlu və Zilanlı kəndlərində yenidənqurma işləri aparılır. Mahruzluda 190 evin, Zilanlıda isə 159 evin tikintisi nəzərdə tutulub. Gələcəkdə bu yaşayış məntəqələrində minlərlə sakin məskunlaşacaq.
Qubadlıda həyat yenidən canlanır, burada həm evlər və yollar, həm də milli ruh, torpağa sədaqət bərpa olunur. 25 oktyabr - Qubadlı şəhəri günü hər bir vətəndaş üçün qürur və iftixar günüdür, çünki bu torpaq azadlığı qanla, igidliklə qazanıb. Qubadlının bugünkü dirçəlişi tarixin, dövlət siyasətinin və xalq iradəsinin birgə təntənəsidir.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

