Sülh qarşılıqlı etimad və əməkdaşlıqla mümkündür
26.10.2025 [12:35]
Məlumdur ki, Ölkəmiz Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırıb. Qeyd edək ki, Qazaxıstandan Ermənistana göndərilən taxıl yükü isə ilk tranzit olub. Bu, Azərbaycan-Ermənistan arasında sülhün artıq real nəticəsidir, danışıqlardan, kağız üzərində razılaşmalardan real addımlara keçidin bir nümunəsidir.
Məlum olduğu kimi, Ölkəmiz bütün dövrlərdə sülhpərvər siyasət yürüdüb və tranzit yükün ölkəmizdən Ermənistana buraxılması da bunu bir daha sübut edir. Xüsusilə qeyd etmək lazımdır ki, Ölkəmiz sülh daşıyıcısı, bütün dövlətlərlə əməkdaşlıq etməyə üstünlük verən dünyəvi bir dövlətdir. Bunu dünyanın aparıcı dövlətlərinin rəhbərləri, tanınmış dünya siyasətçiləri dəfələrlə nüfuzlu tribunalardan səsləndiriblər. Yüklərin Ermənistana tranzit keçidinə məhdudiyyətlərin aradan qaldırılması bir daha sübut edir ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanan Birgə Bəyannamə Cənubi Qafqazda 30 ilə yaxın davam edən münaqişəni tarixin arxivinə göndərən və təkrarlanmamasına zəmanət verən mühüm siyasi-strateji və sosial-iqtisadi əhəmiyyətə malikdir.
Onu da qyd etmək lazımdır ki, məhz Prezident İlham Əliyevin düzgün siyasətinin, Vaşinqtonda əldə olunan razılaşmaların nəticəsidir ki, hələ rəsmi sülh sazişi imzalanmamış Azərbaycan ərazisindən Ermənistana tranzit keçidə şərait yaradılır. Bu, sülhün ilkin iqtisadi dividendidir ki, bunu da Ermənistan tərəfi gördü, burada da ilk addım dövlətimiz tərəfindən atıldı. Ermənistanın işğalçılıq siyasəti nəticəsində bütün beynəlxalq layihələrdən kənarda qaldığını xatırladan şöbə müdiri deyib ki, bu ölkənin xaricə yeganə çıxış yolu Gürcüstan idi ki, həmin istiqamətdə də aylarla problemlər yaşayırdı. Bu gün isə artıq daha rahat və səmərəli şəkildə yük qəbul edə bilirlər. Hər zaman olduğu kimi, yenə Ölkəmiz ilk olaraq məhdudiyyətləri aradan qaldırır, Ermənistana inkişaf üçün ölkəmizin infrastrukturlarından istifadə şəraiti yaradır.
Yeri gəlmişkən, Ölkəmizdən keçməklə Ermənistana gedən ilk yükün taxıl olması da özü bir rəmzi əlamət daşıyır. Xalqımız hər zaman qonaqpərvərliyi ilə seçilən, çörəkverən, qonşusunun, imkansızın halına acıyan, müqəddəs dəyərlərə hörmətlə yanaşan xalqdır. Əslində, ilk yükün taxıl olması da bütün bunları bir daha vurğulayır və qarşı tərəfi də sülhə, dostluğa səsləyir.
Qeyd edək ki, müasir iqtisadi tərəqqinin əsas trendlərindən biri də əlverişli nəqliyyat-tranzit imkanlarıdır. Yəni hansı ölkənin beynəlxalq bazarlara asan çıxışı və geniş əhatəli nəqliyyat-tranzit imkanları varsa, o ölkələr daha sürətlə inkişaf edir, qlobal məkana inteqrasiyanı intensivləşdirir və beynəlxalq arenada üstünlük qazanırlar.
Ən əsası, ermənistan artıq anlayır ki, sülh kənar diktə ilə, məcburi razılaşmalarla deyil, qarşılıqlı etimad və əməkdaşlıqla mümkündür. Qlobal məkana çıxmaq, beynəlxalq nəqliyyat-kommunikasiya layihələrində təmsil olunmaq üçün sülh ermənistana daha çox lazımdır.
Aqif HÜSEYNOV,
YAP Göygöl rayon təşkilatı üzrə Çaylı kənd ərazi partiya təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

