Sülh, sabitlik və tərəqqi Türk dünyasının birliyi naminə strateji əhəmiyyət kəsb edir
27.10.2025 [16:01]
Azərbaycan Prezidenti İlham Əliyevin 20-21 oktyabr 2025-ci il tarixlərində Qazaxıstana dövlət səfəri iki ölkə arasında münasibətlərin tarixində mühüm mərhələ kimi qiymətləndirilir. Bu səfər təkcə diplomatik proqram deyil, eyni zamanda Xəzərin iki sahilində yerləşən qardaş ölkələrin strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi üçün real addımların atılması ilə yadda qalır.
Müstəqilliyin ilk illərindən başlayaraq iki ölkə arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlıq bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Prezident İlham Əliyev də “Kazinform”a müsahibəsində qeyd edib ki, Qazaxıstanla Azərbaycan arasında münasibətlər “qardaşlıq və dostluq prinsiplərinə” əsaslanır və “hər iki ölkə regionun sabitliyi və inkişafı üçün ortaq mövqedən çıxış edir”.
İki ölkə arasında münasibətlərin mühüm dayaqlarından biri də iqtisadi əməkdaşlıqdır. 2024-cü ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 470 milyon ABŞ dolları təşkil etmiş, 2025-ci ilin yanvar-avqust aylarında isə bu göstərici 547 milyon dollara yüksəlmişdir. Energetika sahəsində əməkdaşlıq çərçivəsində 2024-cü ildə Qazaxıstanın 1,5 milyon ton nefti Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə ixrac edilib və gələcəkdə bu həcmin illik 20 milyon tona çatdırılması planlaşdırılır. Nəqliyyat və tranzit sahəsində də mühüm irəliləyişlər müşahidə olunur. 2024-cü ildə Azərbaycan üzərindən 3,5 milyon ton yük daşınıb, bu da əvvəlki illə müqayisədə 20% artım deməkdir. Bu artım Orta Dəhlizin effektivliyinin və əhəmiyyətinin artdığını göstərir.
Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (Orta Dəhliz) Bakı və Astananı strateji tərəfdaşa çevirən əsas elementlərdəndir. Bu dəhliz Avropa ilə Asiyanı birləşdirən yeni qlobal ticarət marşrutu kimi ölkələrimizə böyük iqtisadi imkanlar yaradır. Orta dəhlizin ayrılmaz komponenti olan Zəngəzur dəhlizi isə Cənubi Qafqaz regionu üçün əlavə tranzit imkanları yaradır. Bu dəhliz Azərbaycanın nəqliyyat-logistika rolunu regional səviyyədə gücləndirir və həm Avrasiya ticarət şəbəkələrində, həm də Türk dünyasında inteqrasiyada yeni üfüqlər açır.
Prezident İlham Əliyevin Qazaxıstana səfəri və səfər ərəfəsində verdiyi müsahibə göstərir ki, Azərbaycan–Qazaxıstan əlaqələri qarşıdakı illərdə daha da dərinləşəcək. Bu münasibətlər təkcə iki ölkənin maraqlarına xidmət etmir, həm də Xəzər regionunda sabitlik, iqtisadi tərəqqi və Türk dünyasının birliyi üçün strateji əhəmiyyət kəsb edir.
Nəbi Hacıyev,
YAP Sabunçu rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52

