/ / “Heydər Əliyev siyasi məktəbini öyrənirik” dərslərinin “Şanlı Zəfərimiz-əbədi qürurumuz” mövzusunda növbəti məşğələsi keçirildi
“Heydər Əliyev siyasi məktəbini öyrənirik” dərslərinin “Şanlı Zəfərimiz-əbədi qürurumuz” mövzusunda növbəti məşğələsi keçirildi
27.10.2025 [14:08]
Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatının nəzdində fəaliyyət göstərən “Heydər Əliyev siyasi məktəbini öyrənirik” dərslərinin “Şanlı Zəfərimiz-əbədi qürurumuz” mövzusunda növbəti məşğələsi keçirilib.
Məşğələdə çıxış edən YAP Qusar rayon təşkilatının sədr müavini Neva Abdurahmanova bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər müasir Azərbaycan dövlətinin gücünü, xalqımızın birliyini və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun yenilməzliyini bir daha sübut edib. Rayon təşkilatının sədr müavini bildirib ki, belə məşğələlər böyüməkdə olan gənc nəslin milli ruhda tərbiyə olunması, dövlətçilik ideyalarına sədaqət və vətənpərvərlik duyğularının daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Tədbirdə çıxış edən Qusar Rayon prokurorunun köməkçisi Gülçöhrə Kərimzadə, Suvacal kənd tam orta məktəbin direktoru Şəfiqə Qiyasova və digər natiqlər 44 günlük Vətən müharibəsində qazanılmış parlaq Zəfərdən, Azərbaycan bayrağının təsis olunma tarixindən, eləcə də Konstitusiyamızın dövlətin əsas qanunu kimi əhəmiyyətindən bəhs edərək, Konstitusiyamızın bölmələri və əsas müddəaları barədə iştirakçılara geniş məlumat veriblər.
Diskussiya şəraitində baş tutan tədbirdə gənclərin qeyd olunan mövzularla bağlı sualları cavablandırılıb. II Qarabağ müharibəsinin iştirakçısı olmuş qazilər keçdikləri döyüş yolu barədə şagirdlərə ətraflı məlumat veriblər. Məşğələ çərçivəsində iştirakçılar rayon Heydər Əliyev Mərkəzinin muzey bölməsində “Ulu Öndər Heydər Əliyev və Qusarlılar” kataloqundan Ümummilli lider Heydər Əliyevin hərbçilərlə olan fotoeksponatları ilə tanış olub.
Sonda məşğələ iştirakçılarına Hadrut şəhərinin düşmən işğalından azad olunması əməliyyatından bəhs edən "Hadrut" filmi nümayiş olunub.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

