/ / Tovuzda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “8-Noyabr Zəfər Günü”nə həsr olunmuş şahmat üzrə “Zəfər Kuboku” TEMPO-turniri keçirilib
Tovuzda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “8-Noyabr Zəfər Günü”nə həsr olunmuş şahmat üzrə “Zəfər Kuboku” TEMPO-turniri keçirilib
06.11.2025 [11:39]
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Tovuz rayon İcra Hakimiyyəti ,YAP Tovuz rayon təşkilatı, Qazax–Tovuz RTİ-nin Tovuz rayon Təhsil Sektoru və nəzdində fəaliyyət göstərən Tovuz rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə “8-Noyabr Zəfər Günü”nə həsr olunmuş şahmat üzrə “Zəfər Kuboku” TEMPO-turniri keçirilib.Turnirdə 16 yaşa qədər oğlan və qızlardan ibarət məktəblilər iştirak etmişlər.
Tədbirdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova, Tovuz Təhsil Sektorunun müdiri Aysel Quliyeva, Tovuz UGİŞM-in direktoru Məleykə Əmirzadə iştirak ediblər.
8 noyabr – Zəfər Günü münasibətilə təşkil edilən tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri Tovuz UGİŞM-in direktoru Məleykə Əmirzadə açaraq 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünün keçirilməsi ilə əlaqədar rayon üzrə tədbirlər planına uyğun olaraq, rayonda silsilə tədbirlər, keçirildiyini bildirmişdir. Məleykə Əmirzadə qeyd edib ki turnirin məqsədi şagirdlərin idman hərəkatını gücləndirmək, məktəblilər arasında qarşılıqlı əməkdaşlıq mühiti yaratmaq,komanda bacarıqlarını inkişaf etdirmək, Zəfər Günü münasibətilə milli qürur və vətənpərvərlik ruhunu möhkəmləndirməkdir.
Daha sonra çıxış edən YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov yarış iştirakçılarını salamlayaraq, xalqımızı Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü münasibətilə təbrik edərək, Azərbaycan Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Ordumuz cəmi 44 gün ərzində tarixdə misli görünməmiş qəhrəmanlıq göstərərək 30 ilə yaxın müddətdə düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad edildiyini, vətən yolunda canlarını fəda etmiş şəhidlərimizin yenilməz iradəsi və qəhrəmanlıqları sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunduğunu, Zəfərimizin isə nəticəsi olaraq ölkəmiz regionda sülhün və inkişafın təminatçısına çevrildiyini bildirmişdir
Çıxış edən Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova yarışda iştirak edən məktəbliləri salamlayaraq, Azərbaycanın zəngin şahmat ənənələrinin yaranmasında Ulu Öndərin müstəsna xidmətləri olduğunu, eyni zamanda həmin ənənələr əsasında respublikamızda adlı-sanlı şahmatçılar yetişdiyini hazırda da bu idman sahəsinin hərtərfli dövlət qayğısı ilə əhatə olunduğunu bildirmişdir.
Sonra Tovuz Təhsil Sektorunun müdiri Aysel Quliyeva ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, gənclər siyasətinin uğurlu icrasından bəhs edib, bu cür tədbirlərin gənclərin intellektual inkişafına, komanda bacarıqlarının formalaşmasına önəmli töhfə verdiyini vurğulayaraq iştirakçılara uğurlar arzulayıb.
Ümumilikdə 64 şagirdin qatıldığı yarış gərgin və maraqlı mübarizə şəraitində keçib. Sonda yarışda oğlan və qızlar arasında 1,2,3 yerləri tutmuş şahmatçılar təşkilatçılar tərəfindən Kubok,medal və diplomlarla təltif edilmiş, digər yarış iştirakçılarına gələcək turnirlərdə uğurlar arzulanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

