/ / “Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin tarixi əhəmiyyəti var” mövzusunda dəyirmi masa keçirilib
“Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin tarixi əhəmiyyəti var” mövzusunda dəyirmi masa keçirilib
12.11.2025 [10:49]
YAP Samux rayon təşkilatında YAP Samux rayon təşkilatının və Samux Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş “Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin tarixi əhəmiyyəti var” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masada əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masanı giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Azərbaycan Konstitusiyasının tarixindən, onun dövlətimizin inkişafındakı rolundan, eləcə də ölkəmizin əldə etdiyi nailiyyətlərdən danışıb. Azərbaycanın müstəqilliyinin bərpa olunduqdan sonra ölkədə aparılan siyasi-hüquqi islahatlardan, demokratik cəmiyyət quruculuğundan, bu işlərin uğurla aparılmasında məhz mərhum prezident Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanaraq, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edilmiş Konstitusiyamızın qəbulundan keçən 30 ildə ölkəmizin müstəqil, hüquqi və demokratik dövlət quruculuğu sahəsində, dünya birliyinə inteqrasiyada mühüm uğurlar qazandığını qeyd edib.
Prezident İlham Əliyevin bu gün ölkəmizdə apardığı uğurlu islahatların qanunlarımızın aliliyinə söykənməklə ölkəmizin daha da çiçəklənməsinə, xalqımızın sosial-rifah halının yaxşılaşmasına xidmət etdiyini deyən G.Bayramov qanunlara hörmət, dövlətə sədaqət, Vətənə məhəbbətin hər bir azərbaycanlının həyat amalına çevrildiyinə əminlik ifadə edib.
Samux rayon İcra Hakimiyyəti Başçısı aparatının müavini Kəmalə Xəlilova, Samux rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin məsləhətçisi Rafiq Sadıqov “12 Noyabr Konstitusiya Günü” haqqında ətraflı məlumat verərək 1995-ci il noyabrın 12-də Azərbaycan xalqının referendum yolu ilə öz dövlətinin Əsas Qanununu - Konstitusiyasını qəbul etdiyini və bu Konstitusiyanın müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk milli Konstitusiyası olduğunu, ölkədə demokratik, hüquqi, dünyəvi və unitar dövlət qurulması işinə hüquqi zəmin yaratdığını qeyd ediblər. Bildiriblər ki, Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ölkədə bütün sahələrdə yaşanan xaosdan, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etmək üçün xalqın hakimiyyətə dəvət etdiyi ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı.
Daha sonra dəyirmi masada İnstitut qəsəbə tam orta məktəbin müəllimi Dilarə Əsgərova, Qarayeri qəsəbə 2 saylı tam orta məktəbin müəllimi Jalə Nəsibova və Qarayeri qəsəbə 1 saylı məktəb-liseyin müəllimi Nüranə Rüstəmova çıxış edərək Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsinin Azərbaycanın dövlətçilik ənənələrini daha da möhkəmləndirmək, xalqın hüquq və azadlıqlarının təmin olunmasına dair öhdəlikləri vurğulamaq məqsədi daşıdığını, bu qərarın, həmçinin milli suverenliyimizin və hüquqi dəyərlərimizin təbliği baxımından tarixi bir addım olduğunu qeyd ediblər.
Natiqlər respublikada son illərdə dövlət başçısı tərəfindən aparılan konstitusiya-hüquq islahatları nəticəsində ölkəmizin Əsas Qanunu olan Azərbaycan Respublikası Konstitusiyasının daha da təkmilləşərək, insan hüquq və azadlıqlarının daha səmərəli təmin olunmasına zəmin yaratdığını vurğulayıblar.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22

