Müstəqil dövlətin Konstitusiya günü
12.11.2025 [16:45]
Azərbaycan xalqının dövlətçilik tarixində elə günlər var ki, bu günlər yalnız bir sənədin, bir hadisənin deyil, bütöv bir ideologiyanın, milli iradənin və dövlət suverenliyinin təntənəsini ifadə edir. 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü də məhz bu əlamətdar tarixlərdən biridir. Bu gün müstəqil Azərbaycanın hüquqi əsaslarının, demokratik cəmiyyət quruculuğunun bünövrəsini qoyan gün kimi yaddaşlarda əbədi yer alıb.
1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilən ilk milli Konstitusiya, xalqın dövlətçilik iradəsinin, azadlıq və müstəqillik arzusunun hüquqi ifadəsinə çevrildi. Bu sənəd Azərbaycan Respublikasının siyasi, iqtisadi və sosial həyatını tənzimləyən əsas qanun olmaqla yanaşı, dövlətin ən ali hüquqi dayağıdır. Konstitusiyanın qəbul edilməsi ilə Azərbaycan Respublikası hüquqi, demokratik, dünyəvi və unitar dövlət kimi öz konstitusion statusunu təsbit etdi.
Azərbaycan Respublikasının Konstitusiyası Ulu Öndər Heydər Əliyevin dövlətçilik zəkasının və uzaqgörən siyasətinin parlaq təcəssümüdür. Məhz onun rəhbərliyi ilə hazırlanmış bu sənəd, dövlətin müstəqilliyini hüquqi cəhətdən möhkəmləndirdi, insan hüquq və azadlıqlarının təminatına xüsusi önəm verdi. Konstitusiyada “hakimiyyətin mənbəyi xalqdır” prinsipi təsbit edilərək, xalqın iradəsinin ali hüquqi dəyərə çevrildiyi vurğulandı.
Bu sənədin qəbulundan sonra ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində mühüm islahatlar həyata keçirildi. Məhkəmə-hüquq sistemi yenidən formalaşdırıldı, demokratik institutlar möhkəmləndirildi, vətəndaş cəmiyyəti quruculuğuna geniş yol açıldı. Konstitusiya, həmçinin, Azərbaycan Respublikasının beynəlxalq hüquq normalarına uyğun modern idarəetmə sisteminə keçidini təmin etdi.
Dövlətimizin bu günkü inkişafında, cəmiyyətin sabitlik və ədalət prinsiplərinə əsaslanan hüquqi mühitində Konstitusiyanın rolu misilsizdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar da məhz bu ali sənədin prinsiplərinə uyğun şəkildə davam etdirilir. Ölkəmizin iqtisadi və sosial həyatında baş verən hər bir müsbət dəyişiklik, məhz Konstitusiyada təsbit olunmuş insan amilinə, ədalətə və qanunun aliliyinə söykənir.
Konstitusiyanın ruhunda insan hüquqları və vətəndaş azadlıqları xüsusi yer tutur. Bu sənəd hər bir azərbaycanlının şərəfini, hüququnu, rifahını qoruyan, onu dövlətin ali dəyəri kimi tanıyan bir zəmanə sənədidir. Hər bir vətəndaşın azad söz demək, sərbəst yaşamaq, öz gələcəyini müəyyən etmək haqqı məhz bu sənədlə təmin olunur.
12 Noyabr təkcə bir bayram deyil, həm də dövlətlə xalqın birliyinin, qanunun aliliyinə sadiqliyimizin rəmzidir. Hər il bu günü qeyd etməklə biz dövlətçiliyimizin əsaslarını, azadlığımızın hüquqi bünövrəsini bir daha xatırlayır, onu gələcək nəsillərə ötürmək məsuliyyətimizi dərk edirik.
Bu gün Azərbaycan Konstitusiyası müasir dövrün tələblərinə cavab verən, daim inkişaf edən bir dövlətin sabitlik və ədalət rəmzidir. Onun hər bir maddəsi müstəqil Azərbaycanın gələcəyinə, ədalətli və güclü cəmiyyətin formalaşmasına xidmət edir.
Konstitusiyanın qəbulundan ötən illər ərzində Azərbaycan, regionda söz sahibinə çevrilib, hüquqi və siyasi müstəvidə nümunəvi inkişaf modeli ortaya qoyub. Bu nailiyyətlərin əsas qaynağı isə elə həmin 12 noyabrda qəbul edilən “Azərbaycan Respublikasının Konstitusiyası” adlı müqəddəs sənəddir.
12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü xalqımızın milli dövlətçilik tarixində əbədi bir zirvədir. Bu zirvə xalqın iradəsini, dövlətin hüquq üzərində qurulmuş sabitliyini və gələcəyə olan inamını əks etdirir.
Xəyyam Vəliyev,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

