Yeni regional inteqrasiya və çoxşaxəli əməkdaşlıq modeli
17.11.2025 [17:33]
Elşən Alıyev
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə iki ölkə arasında möhkəm strateji müttəfiqliyin həm mahiyyətini, həm də regionda formalaşan yeni əməkdaşlıq modelini təcəssüm etdirir. Bu müsahibədə, həmçinin regional siyasi-iqtisadi, humanitar və mədəni əlaqələrin dərinləşməsinə dair önəmli məlumatlar təqdim edilir.
Dövlətimizin başçısı müsahibəsində vurğulayıb ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır. Bu məkan xalqların ortaq mənəvi dəyərləri, dil və etnik yaxınlığı, zəngin tarixi və mədəni irsi üzərində qurulub. İlk baxışda Azərbaycanı Mərkəzi Asiya ölkələrindən fiziki olaraq ayırsa da, Xəzər dənizi bu region üçün mühüm birləşdirici amildir. Prezident İlham Əliyev qeyd edib ki, bu gün Xəzər dənizi, sadəcə, coğrafi anlayış deyil, o, hər şeydən əvvəl xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir.
Noyabrın 16-da Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət görüşü qardaş xalqlar arasında əsrlər boyu davam edən dostluğu möhkəmləndirməklə siyasi-iqtisadi, nəqliyyat, investisiya, enerji, mədəni, humanitar və rəqəmsal transformasiya sahələrində çoxsəviyyəli əməkdaşlığın genişlənməsində mühüm mərhələ olacaqdır.
Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir. İki ölkəni ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq və zəngin tarixi-mədəni irs birləşdirir. Əsrlər boyu xalqlar arasında dərin rəğbət və hörmət mövcud olub və dövlətlərarası münasibətlər bu möhkəm təməl üzərində uğurla inkişaf edir. Bu münasibətlərin inkişafına Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə yaranan şəxsi etimad və dostluq münasibətləri də mühüm töhfə verir. Son illər ərzində baş tutan çoxsaylı, yüksək səviyyəli qarşılıqlı səfərlər əməkdaşlığın dinamikliyini əyani şəkildə göstərir. Bu səfərlər çərçivəsində onlarla mühüm sənəd, o cümlədən Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə, Müttəfiqlik münasibətləri haqqında Müqavilə, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün “Yol Xəritəsi” imzalanıb.
İki ölkə arasında təsis edilmiş Ali Dövlətlərarası Şura Azərbaycan və Özbəkistan arasında strateji dialoqun institutlaşdırılmış mexanizmidir. Şura artıq iki iclas keçirib: 2024-cü ildə Daşkənddə və 2025-ci ildə Bakıda. Bu format dövlətlərarası əməkdaşlığın planlaşdırılması və prioritetlərin müəyyənləşdirilməsi üçün əsas platformadır.
Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü dəyişməz olaraq dəstəkləyir. Qarabağın bərpasına verdiyi töhfə, xüsusən də azad edilmiş Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikintisi, iki ölkə arasında qardaşlıq və həmrəylik münasibətlərinin əyani nümunəsidir. Özbəkistan bu təşəbbüsü irəli sürən ilk ölkə, Prezident Şavkat Mirziyoyev isə dünyada ilk liderdir.
Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığı sürətlə genişlənir. 2024-cü ildə ticarət dövriyyəsi 252 milyon ABŞ dolları təşkil edib, 2025-ci ilin yanvar-sentyabr aylarında isə 319 milyon ABŞ dollarına çataraq 87,5% artım göstərib. Sərmayə qoyuluşu sahəsində də əməkdaşlıq möhkəmlənir. Özbəkistan ölkəmizin iqtisadiyyatına 21,8 milyon, Azərbaycan isə Özbəkistana 183,5 milyon ABŞ dolları sərmayə yatırıb. 2023-cü ildə ümumi kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti yaradılıb. Həmçinin, Xankəndidə tikilən yüngül sənaye müəssisəsi ölkələr arasında həm iqtisadi, həm də humanitar əlaqələrin güclənməsinə xidmət edir. Azərbaycan–Özbəkistan Regional Forumu biznes dairələri üçün səmərəli əməkdaşlıq platforması kimi fəaliyyət göstərir.
Azərbaycan və Özbəkistan Orta Dəhliz Beynəlxalq Nəqliyyat Marşrutunda mühüm aktor kimi çıxış edir. 2024-cü ildə tranzit daşımaların həcmi 1,3 milyon ton, 2025-ci ilin yanvar-sentyabr aylarında isə təxminən 1 milyon ton olub. Azərbaycanda modern limanlar, dəmir yolları və hava limanları ölkəni regional tranzit qovşağına çevirir. Zəngəzur dəhlizinin açılması isə Mərkəzi Asiya üçün əlavə logistika imkanları yaradır.
SOCAR-ın Özbəkistana neft və neft-kimya məhsullarının ixracı, həmçinin “Neftegaztexnologiya” birgə müəssisəsinin fəaliyyəti enerji sahəsində əməkdaşlığın əsasını təşkil edir. 2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji sistemlərinin inteqrasiyasına dair sazişlər regionun enerji təhlükəsizliyini möhkəmləndirir. Yaşıl enerji layihələri isə gələcəkdə bərpaolunan enerji sektorunda yeni imkanlar açır.
Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatında fəal iştirak edir, eyni zamanda BMT, Qoşulmama Hərəkatı, İƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı və AQEM çərçivəsində qarşılıqlı əməkdaşlıq göstərirlər. Bu fəaliyyət tərəflərin beynəlxalq arenada bir-birini dəstəkləməsini təmin edir.
Prezident İlham Əliyevin müsahibəsi bir daha sübut edir ki, Azərbaycan və Özbəkistan strateji müttəfiqlik səviyyəsindədir və münasibətlər yalnız ikitərəfli əməkdaşlıqla məhdudlaşmır, həm də regional inteqrasiya və beynəlxalq platformalarda yeni əməkdaşlıq modellərini formalaşdırır. Ortaq tarixi, mədəni və geosiyasi dəyərlər, liderlər arasında etimad və strateji sənədlər müttəfiqliyin möhkəm təməlini təşkil edir.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

