/ / Tərtər rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilib
Tərtər rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilib
19.11.2025 [17:00]
“Konstitusiya və Suverenlik İli” çərçivəsində 19 noyabr 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycan dövlətinin əsas dayaqlarından biridir ” başlığı altında tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur xanım Sofiyeva, YAP Mərkəzi Aparatının Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları üzrə kuratoru Elmar Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, ərazi partiya təşkilat sədrləri, şəhid ailələri, qazilər, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Mərkəzi Meydanda Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra onlar Tərtər rayon Mədəniyyət Mərkəzinin foyesində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin əks etdirən foto-sərgiyə və Yeni Azərbaycan Partiyasının 33- cü ildönümünə həsr edilmiş ümumtəhsil məktəblilərinin rəsm və əl işlərindən ibarət sərgilərə baxıblar.
Tədbir rayon Mədəniyyət Mərkəzinin zalında davam etdirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müasir, müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradıcısıdır və Yeni Azərbaycan Partiyasının keçdiyi yol” adlı qısametrajlı film nümayiş olunub.
YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycanın müasir inkişaf yolunun əsasında Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və xalq-lider birliyi dayanır: Müstəqilliyin ilk illərində ölkənin qarşılaşdığı xaos və böhran dövlətçiliyin məhv olmaq təhlükəsini yaratmışdı. Belə bir mərhələdə 91 nəfər ziyalının Ulu Öndər Heydər Əliyevə ünvanladığı müraciət xalqın nicat çağırışı idi. Bu müraciət milli məsuliyyətin təcəssümü olmaqla dövlətin gələcəyini qorumaq iradəsini ifadə edirdi. Ulu Öndər müraciəti böyük uzaqgörənliklə dəyərləndirərək xalqa arxalanan liderlik yolunu seçdi. Naxçıvanda keçirilən təsis konfransı Yeni Azərbaycan Partiyasının ideoloji təməlini formalaşdırdı.
Eldar Əsədov vurğulayıb ki, ölkənin ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır və bu gün bu maraqlar Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə qorunur: Partiya yaranan andan dövlətçilik düşüncəsinin bərpası, sabitliyin təmin edilməsi və milli maraqların qorunması uğrunda mübarizə apardı. Ulu Öndərin hakimiyyətə qayıdışı Azərbaycan dövlətinin yenidən qurulmasını təmin etdi. Güclü idarəetmənin, mütərəqqi siyasi xəttin və milli həmrəyliyin əsası da məhz həmin dövrdə qoyuldu. 2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət daha da müasirləşdi. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan regionun lider dövlətinə çevrildi. Ordu quruculuğunda görülən işlər 2020-ci ildə Vətən Müharibəsində tarixi Zəfərlə nəticələndi. Bu Qələbə xalq-lider birliyinin təntənəsi idi. 2023-cü ildə suverenliyin tam bərpası dövlətçilik tariximizin yeni zirvəsi oldu.
Tədbirdə iştirak edən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur xanım Sofiyeva diqqətə çatdırıb ki, müstəqilliyin ən çətin çağlarında xalqın iradəsindən güc alan Yeni Azərbaycan Partiyası, dövlətçilik düşüncəsinin möhkəmlənməsində həlledici rol oynayan tarixi bir missiyanın daşıyıcısı kimi formalaşıb.Ulu Öndər Heydər Əliyevin müdrik liderliyi və siyasi qətiyyəti partiyanın ideoloji əsaslarını müəyyən edərək onu milli inkişafın aparıcı qüvvəsinə çevirib. Prezident İlham Əliyevin uzaqgörən siyasəti isə Yeni Azərbaycan Partiyasını modern dövlət quruculuğu prosesinin strateji mərkəzinə yüksəldib. Bu gün partiyanın 33-cü il dönümü həm siyasi yetkinliyin, həm də Azərbaycan dövlətçiliyinə sədaqətin parlaq təcəssümü kimi dəyərləndirilir.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov öz çıxışında Azərbaycanın müstəqillik yolunda atdığı ən mühüm addımlardan biri 91-lərin Ulu Öndər Heydər Əliyevə müraciətindən,Yeni Azərbaycan Partiyasının yaradılması həmin müraciətin məntiqi davamı olmasından, Partiyanın təsis konfransının dövlətçiliyin yenidən dirçəlişinin başlanğıc nöqtəsinə çevrilməsindən, Yeni Azərbaycan Partiyası yaranan gündən milli maraqları müdafiə edən intellektual siyasi güc olaraq formalaşmasından danışıb. Bildirib ki,Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkədə dərin islahatların əsasını qoydu. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox böyük uğurlar qazandı. Bu gün cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə daha da genişlənməkdədir. Bu, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına olan dərin inamdan və ehtiramdan irəli gəlir.
30 ilə yaxın işğal altında qalan torpaqlarımızın 2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsində azad edilməsi, düşmən üzərində böyük tarixi Qələbə qazanılması, lokal xarakterli antiterror tədbirləri, suverenliyin tam bərpası və ən nəhayət Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli dövlət bayrağımızın ucaldılması və Prezident İlham Əliyevin Xankəndi şəhərindən xalqımıza müraciəti bir tərəfdən ümumi rifahın, tərəqqinin və inkişafın məntiqi yekunudursa, digər tərəfdən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müstəsna hərbi-siyasi məharətinin və çoxşaxəli dövlətçilik fəaliyyətinin ən parlaq nümunəsidir. Bu nailiyyətlər ətrafında 700 mindən çox üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının 33 illik inkişaf yolunun parlaq göstəricisidir.
Tədbirdə “Vətən Müharibəsi Qəhrəmanı" Azər Abdullazadə, şəhid anası Afiqə Mirzəyeva, Statistika ƏPT-nin sədri İradə Rəfiyeva, Mamırlı ƏPT-nin sədri Əli Əzimov da çıxış ediblər. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyası haqqında dediyi sözlər qürur hissilə vurğulanıb : “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır”
Tədbirdə Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü münasibətilə və partiyanın ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, Yeni Azərbaycan Partiyası sıralarına yeni üzv olanlara üzvlük vəsiqələri və rayonun ictimai-siyası həyatında fəal iştirak edənlərə qiymətli hədiyyələr təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

