YAP Naxçıvan şəhər təşkilatında tədbir keçirilib
26.12.2025 [10:53]
Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan şəhər təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov bildirib ki, Yeni Azərbaycan Partiyası yaranan gündən etibarən milli maraqlara əsaslanan siyasəti, güclü dövlət idarəçiliyini, xalqla hakimiyyət birliyini və davamlı sosial-iqtisadi inkişafı əsas prinsip kimi qəbul edib. Bu ideyalar təkcə partiyanın deyil, bütövlükdə, Azərbaycan dövlətinin inkişaf fəlsəfəsinə çevrilib. 2025-ci ilin ölkədə “Konstitusiya və Suverenlik İli” elan olunması məhz bu siyasi-fəlsəfi xəttin davamı kimi xüsusi məna daşıyır.
O vurğulayıb ki, konstitusion dəyərlərin qorunması və dövlət suverenliyinin möhkəmləndirilməsi Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas prioritetlərindən biri olmaqla, Yeni Azərbaycan Partiyasının fəaliyyətində də ideoloji əsas kimi çıxış edir. Yeni Azərbaycan Partiyasının inkişafında partiya Sədrinin birinci müavini Mehriban Əliyevanın fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir. Onun partiya rəhbərliyində təmsil olunması Yeni Azərbaycan Partiyasının ictimai dayaqlarını möhkəmləndirib, humanist və müasir idarəçilik yanaşmalarını gücləndirib. Naxçıvan Muxtar Respublikasında da Yeni Azərbaycan Partiyasının üzvləri dövlət siyasətinin icrasında fəal iştirak edir, ictimai-siyasi sabitliyin qorunmasına və islahatların cəmiyyətə düzgün çatdırılmasına mühüm töhfə verirlər.
YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli bildirib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda təsis edilən Yeni Azərbaycan Partiyası müstəqil dövlətçiliyimizin və ümummilli maraqların təmin edilməsi naminə cəmiyyətimizin bütün təbəqələrinin qüvvəsini səfərbər edən ən böyük siyasi partiyadır. Partiyaya artan maraq dövlətçilik dəyərlərinə sadiq, məsuliyyətli və milli maraqları üstün tutan yeni nəslin formalaşmasına xidmət edən sağlam ideoloji mühitin göstəricisidir.
O qeyd edib ki, bu gün partiyanın 740 mindən artıq üzvü var. Naxçıvan Muxtar Respublikası üzrə bu say 58 mini ötür ki, onun da 18 min 600 nəfəri Naxçıvan şəhər sakinidir. Təşkilatın üzvlərinin 33 faizini isə gənclər təşkil edir.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev qeyd edib ki, Yeni Azərbaycan Partiyası Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ötən dövrdə daha da inkişaf edərək, nəinki ölkənin, hətta Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilib. Bu gücü, bu yeniliyi hər il inkişaf edən, çiçəklənən Naxçıvanın simasında da görmək mümkündür.
“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri, şəhid baş leytenant Amin Gülməmmədovun atası Mais Gülməmmədov Yeni Azərbaycan Partiyasının 33 il ərzində ardıcıl və məqsədyönlü şəkildə bütün hədəflərə çatdığını deyib. O bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə olunan tarixi Zəfər və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam təmin edilib.
Daha sonra partiya fəalları mükafatlandırılıb.
Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Tədbir bədii hissə ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

