Milli həmrəyliyimiz Azərbaycanı gücləndirən asas mənəvi qüvvədir!
29.12.2025 [17:24]
Azərbaycanın müasir dövlətçilik ideologiyasının əsasında dayanan ən vacib dəyərlərdən biri məhz milli həmrəylikvə azərbaycançılıq məfkurəsidir. Bu məfkurə xalqımızın mənəvi birliyini, milli kimliyini və dövlətçilik şüurunu formalaşdıran əsas ideoloji dayaqlardan biridir.
Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılmış milli həmrəylik ideyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və daim yeni məzmunla zənginləşdirilir. Bu məfkurənin mərkəzində xalq və dövlət birliyi dayanır. Məhz bu birlik sayəsində Azərbaycan müstəqilliyini qoruyub saxlamış, iqtisadi, siyasi və hərbi gücünü artıraraq regionun lider dövlətinə çevrilmişdir.
Tarixə nəzər salsaq görərik ki, zəngin və çoxəsrlik tarixə malik olan xalqımız daim özünün tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq, bəşər sivilizasiyasına böyük töhfələr verib. Lakin vaxtilə baş verən müharibələr, inqilablar, hərbi münaqişələr və dünyada gedən ictimai-siyasi proseslər nəticəsində ölkəmiz parçalanıb, azərbaycanlıların bir qismi yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalaraq doğma Vətəndən kənar ölkələrə köçürülüblər. Hazırda dünyanın hər yerində azərbaycanlılar yaşayırlar və uzun müddət Vətəndə yaşayan azərbaycanlılar başqa ölkələrdə məskunlaşmış həmvətənləri ilə görüşmək, əlaqələr yaratmaq imkanından belə məhrum olublar. Keçmiş SSRİ dövlətinin qadağaları qardaşın qardaşla görüşməyinə imkan vermirdi. Məhz, Sovet rejiminin zəifləməyə başladığı 1980-ci illərin sonlarında Azərbaycan xalqı öz həmvətənləri ilə əlaqələr yaratmaq üçün səylərini artırdı.
Xüsusilə qeyd etmək lazımdır ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması barədə qərar qəbul edilməsi xalqın milli birliyinin möhkəmlənməsinə stimul verdi.
Onu da qeyd etmək lazımdır ki, 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərdi və həmin qurultayda Ulu Öndərin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı isə dillər əzbərinə çevrildi. Yorulmaz fəaliyyəti ilə Heydər Əliyev siyasi fəlsəfəsinə, onun liderlik məktəbinə söykənən Prezident İlham Əliyev bu gün Ulu Öndərin bu sahədəki xidmətlərini uğurla davam etdirir. Dövlətimizin başçısının “Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq 2006-cı il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım oldu, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynadı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Mən dünyada yaşayan hər bir azərbaycanlının prezidentiyəm” kəlməsi həmrəyliyimizi daha da möhkəmləndirdi. Vətən müharibəsində əldə edilən tarixi Qələbə milli həmrəyliyin, xalqın dövlətə inamının və azərbaycançılıq ideyasına sədaqətin parlaq nəticəsi oldu. Xalq-iqtidar birliyinin, xalqımızın möhkəm həmrəyliyinin məntiqi nəticəsi kimi Qarabağda erməni işğalına son qoymaq üçün 2020-ci il 27 sentyabrda başlayan və 44 gün davam edən Vətən müharibəsində qazanılan Qələbə ilə işğala birdəfəlik son qoyuldu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin hər bir əlamətdar hadisədən sonra xalqa müraciəti nəinki ölkəmizdə, eyni zamanda dünyanın hər yerində yaşayan hər bir azərbaycanlının böyük sevincinə və bayramına cevrildi və daha da həmrəy olmasını təmin etdi.
Hazırda günü gündən möhkəmlənən həmrəyliyimiz və azərbaycançılıq ideyası həm ölkə daxilində, həm də xaricdə yaşayan milyonlarla soydaşımızı birləşdirən mənəvi bağ rolunu oynayır. Milli həmrəylik yalnız bir ideya deyil, həm də mənəvi məsuliyyətdir və milli düşüncə tərzidir. Hər bir Azərbaycan vətəndaşı bu məfkurənin daşıyıcısı olmalı, onu yaşatmalı və gələcək nəsillərə ötürməlidir. Çünki milli həmrəylik və azərbaycançılıq ideyası güclü, suveren və müstəqil Azərbaycanın əbədi ideoloji təməlidir. Hər bir vətəndaş ölkənin rifahı, inkişafı və təhlükəsizliyi naminə öz sahəsində çalışmalı, vətənpərvərlik ruhunu ətrafına aşılamalıdır. Bu həmrəylik Azərbaycanı gücləndirən əsas mənəvi qüvvədir.
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

