YAP Nizami rayon təşkilatının yaranmasının 20 illik yubileyi Eko-parkda qeyd olunub
02.11.2013 [10:20]
Sədaqət Vəliyeva: Bu gün YAP Nizami rayon təşkilatı 140-a yaxın ərazi ilk partiya təşkilatlarında 10 314 nəfəri birləşdirir
Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 21 və partiyanın Nizami rayon təşkilatının 20 illik yubileyi Eko-parkda qeyd olunub.
Tədbir iştirakçıları əvvəlcə Eko-parkdakı Ümummilli lider Heydər Əliyevin büstü önünə çiçəklər düzüblər.
Sonra rayon təşkilatının yubileyi münasibətilə ağac əkilib.
Eko-parkın toplantı zalında işini davam etdirən tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva partiyanın yaranma tarixi və Azərbaycan dövlətçiliyinin inkişafında oynadığı rol barədə danışıb. Sədr qeyd edib ki, Ulu öndərimiz Heydər Əliyevin adı ilə birbaşa bağlı olan YAP xalqımızın və respublikamızın müstəqilliyi istiqamətində böyük mübarizə yolu keçib: “Yeni Azərbaycan Partiyası qısa müddətdə təşkilatlanaraq ölkənin ən mütəşəkkil siyasi qüvvəsinə çevrilib”.
Sədaqət Vəliyeva, həmçinin, bildirib ki, 1993-cü ildə yaradılmış rayon təşkilatı böyük inkişaf yolu keçib, üzvlərinin və ərazi təşkilatlarının sayı əhəmiyyətli dərəcədə artıb: “Əlbəttə ki, Nizami rayonunda əhalinin YAP-a axını, ilk ərazi partiya təşkilatlarının yaradılması Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursa və Onun layiqli davamçısı, bütün dünya azərbaycanlılarının lideri Prezident İlham Əliyevə inanmasından irəli gəlir. Elə bunun nəticəsidir ki, bu gün YAP Nizami rayon təşkilatı 140-a yaxın ərazi ilk partiya təşkilatlarında 10 314 nəfəri birləşdirir. Həm partiyamızın yaradılmasının 21-ci, həm də rayon təşkilatının əsasının qoyulmasının 20-ci ildönümünün qeyd olunması üçün keçirilən tədbirlər böyük ruh yüksəkliyilə qəbul edilir”.
Sədaqət Vəliyeva sonda bir daha deyib ki, YAP Nizami rayon təşkilatı hər zaman olduğu kimi, budəfəki seçkilərdə də yüksək aktivlik nümayiş etdirdi və üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışdı.
Tədbirdə çıxış edən rayon təşkilatının “Ekologiya” ərazi ilk partiya təşkilatının sədri Azər Əliyev partiyanın yaranmasının o dövrün tələbi olduğunu deyib: “1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı və bununla da Azərbaycan inkişaf yoluna qədəm qoydu. Təbii ki, ölkəmizin əldə etdiyi uğurlarda partiyamızın da özünəməxsus rolu və payı var. Hazırda isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası uğurla fəaliyyət göstərir və regionun ən güclü siyasi qüvvəsinə çevrilib”.
Azər Əliyev onu da deyib ki, 2007-ci ildə ilk təsis iclasını keçirən “Ekologiya” ərazi ilk partiya təşkilatının sıralarında hazırda, əksəriyyəti gənc olmaqla, 200-dək üzv birləşib.
Çıxış edən YAP Nizami rayon təşkilatının Gənclər Birliyinin idarə heyətinin üzvü Həbib Nəsirov və Roman İsayev vurğulayıblar ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi palitrasında yeganə siyasi təşkilatdır ki, gənclərin inkişafına və özünü təsdiqinə geniş imkanlar yaradır.
Daha sonra tədbirdə partiyaya yeni qəbul edilmiş üzvlərə vəsiqələr təqdim edilib və bir neçə fəal rayon təşkilatının ictimai-siyasi həyatında aktiv iştirakına görə fəxri fərmanla təltif olunub.
Xəbər lenti
Hamısına baxDünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52

